Hörmətli Adnan Oktarın 24 dekabr 2010-cu il tarixli reportajından Rad surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Rad surəsi, 33-cü ayədə: “Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi?”-deyir Allah. Diqqət edin,“hər kəsin qazandığını qoruyub saxlayan Allah… Müşriklər isə Allaha şəriklər qoşurlar.”Yəni, “bir insanın nə etdiyinin hamısını təsbit edən Allahamı şərik qoşurlar? “Hamısına Allah nəzarət edir””-deyilir. Hal-hazırda da Allah bizi izləyir. Bu yığıncağı, bu söhbəti, Allah hər istiqamətdən, hər cəhətdən izləyir indi. Həm söhbətlərimizi dinləyir, həm də bizi müşahidə edir indi. Bizi də danışdırır.“Müşriklər isə Allaha şəriklər qoşurlar.”Nəyi şərik qoşurlar? Atomları. Dünyadakı bütün atomların çox ağıllı olduğunu deyir darvinistlər. Haşa Allah kimi ağıllı olduqlarına inanırlar. Hər atomun Allah kimi ağıllı olduğuna inanırlar.