Header

Yusif surəsi, 1-8-ci ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 10 oktyabr 2011-ci il tarixli reportajından Yusif surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR:Allah, hz. Yusifin şanlı-şöhrətli gözəl həyatına dair bir surə ayırmışdır. Yusif surəsi. Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. “Əlif. Ləm. Ra.” Kim bilir nə izah edilir burada, “Əlif. Ləm. Ra.” görəsən vəzifəli mələklərinmi adlarıdır?“Bu, açıq-aydın Kitabın ayələridir.“ Deməli, üstüörtülü (başa düşülməyən) deyil, Quran ayələri açıq-aydındır.“Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.“ Deməli, ağlımızı işlətməliyik, düşünməliyik, dərin düşünməliyik inşaAllah.

“Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəni“ bax, ən gözəl hekayəni “danışırıq” deyir Allah. Yəni, “nağıl deyil, həqiqətdir, həqiqətən olmuş hadisələri xəbər veririk” deyir Allah.“Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.” Bu nədir? Qeyb xəbəridir, Allah qeybdən məlumat verir.“Bir zaman Yusif atasına dedi: “Atacan! Mən…” diqqət edin “ata” deyil “atacan” deyir, “yuxuda on bir ulduz, günəş və ay gördüm“ deyir. 11-də iki dənə bir var. Əlbəttə ki, bunun bir çox mənası var. 11 sentyabr hadisəsinə də işarə var. Günəş və ay deyilir, günəş və ay tutulmaları Mehdinin çıxış əlamətləridir, onlara işarə var. 11 imamdan sonra 12-ci imam Mehdi (ə.s)-dır, ona da işarə var. Başqa da var amma indi… Nəysə.

Məsələn, dördüncü ayə.“O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar“. Diqqət edin, “yuxunu qardaşlarına danışma” deyir, Axırzamanın bilgisiz cahilləridir. Mehdiyyətin gözəlliklərini izah edincə necə oldular? Bəzi müşrikin və müşrikat, Munafiqun və münafiqat qudurmuş it kimi bizə hücum etməyə başladılar. Biz yuxumuzu izah etdik, dedik ki,“İslam dünyaya hakim olacaq, Mehdi çıxacaq, İsa Məsih zühur edəcək”, gözəl yuxumuzu, həqiqi olan yuxumuzu izah etdik. Guya qardaşımız kimi görünən bir sıra münafiq və münafiqat, müsəlman kimi görünən kəslər qudurmuş it kimi ağızlarından su axıdaraq bizlərə hücum etdilər. Ayədə:

“Yoxsa sənə hiylə qurarlar“ –deyir Allah. Onlar da hiylə qurdular, oyun oynadılar, küfrlə əlbir oldular.“Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.” Yəni, dəccal və dəccaliyyət, şeytan, insan üçün açıq-aşkar qəti bir düşməndir.“Beləcə, Rəbbin səni seçəcək“, yəni digər insanlar arasından seçəcək. Allah ona şərh etmə bacarığı öyrədəcəyini bildirir, göstərir. Mehdi də çox gözəl şərh edəcək, hədisləri və Axırzaman hadisələrini ən gözəl şərh edən adam olacaq.

“Sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır.” Yaqub ailəsi yəni, İsrail. Mehdi (ə.s) hansı nəsildəndir? “İsrail oğulları” nəslindəndir, hz. Davud (ə.s) nəslindəndir, inşaAllah. Nemətini necə tamamlayar? Mehdisini İslam aləminin başçısı edərək. Bütün İsrail oğullarını, bütün İsmayıl oğullarını, bütün müsəlmanları qurtararaq bu ayə reallaşacaq inşaAllah.“Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. “And olsun” -deyir Allah, and içir-“Yusif və onun qardaşlarının hekayəsində soruşanlar üçün ibrətlər vardır.” Yəni, maraqlananlar üçün, soruşanlar üçün ibrətlər var, soruşmayanlar üçün deyil. Bax, Allah şərt qoyub.

“Soruşanlar üçün vardır” -deyir Allah.“Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir.“” Diqqət edin, qısqanclıq, müdhiş bir qısqanclıq duyurlar o dövrdəki kəslər.“Biz bütöv bir dəstə olmağımıza baxmayaraq” –deyirlər. Hal-hazırda da müşriklər və münafiqlər bir-birlərini həqiqətən dəstəkləyir, böyük bir ittifaq qrupu yaradırlar. Bəli, hələlik bu surəni bu qədər izah edək inşaAllah.

1

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313