Hörmətli Adnan Oktarın 20 sentyabr 2011-ci il tarixli reportajından Ali İmran surəsi ilə əlaqədar şərhləri.
QONAQ: İnşaAllah. Ali İmran surəsi, 139-cu ayəni deyirəm inşaAllah. Qovulmuş şeytandan Allaha sığınıram. “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız”-buyurur Allah.
ADNAN OKTAR: Baxın, bu möcüzəvi bir ayədir. Deyir ki, Allah: “Acizlik göstərməyin”-yəni heç vaxt ümidinizi itirməyin, müqavimətinizi itirməyin. “Kədərlənməyin”-yəni qəmgin olmayın, narahat olmayın, əziyyət çəkməyin-“möminsinizsə” yəni Qurana səmimi qənaətiniz varsa (həqiqətən inanırsınızsa), bu, haqqıyla iman etməkdir. Tövratda da buna diqqət çəkilir. “On adam iman etsin yetər”-deyir Allah. Yəni, Allah: “on adamı dünyaya hakim edərəm” -deyir. Haqqıyla iman edən bir adam belə olsa, yəni bir nəfər bir adam belə olsa Allah dünyaya İslam əxlaqını hakim edər, yeganə bir adam belə olsa. Bu, çox böyük bir sirdir. Bəziləri isə:
“Necə olacaq? Çox çətindir, əsgərimiz yoxdur, ordumuz yoxdur, suyumuz yoxdur, liderimiz yoxdur”-deyir. “Televizorumuz, radiostansiyamız yoxdur. Ətrafımızda adamlarımız da yoxdur. Buna görə, lağ edərlər, döyüşərlər, hücum edərlər. Anarxiya, terror var”-deyirlər. Bir adam haqqıyla iman etsə, bir adamla Allah İslam əxlaqını dünyaya hakim edər. Amma haqqıyla, yəni yüz faiz imanı nəzərdə tutur Allah. Hər tərəfli imanlı. Allah beləsini dünyaya hakim edər. Hal-hazırda da hz. Mehdi (ə.s) vəsiləsi ilə də məhz dünyaya hakim edir. Hz. Seyyidina İsa Məsih (ə.s) da, o gözəllər gözəli hz. İsa Məsih (ə.s), Mehdi (ə.s) Həzrətlərinə, o mübarək insana, o gözəllər gözəlinə qardaş olaraq Allah tərəfindən göndərilir.
“Mən sənin vəzirinəm“-deyir hz. Mehdi (ə.s)-a. Nə böyük qürur, nə böyük şərəf, nə böyük gözəllikdir. Ulul əzm bir peyğəmbərdir. Hal-hazırda dünyada ən çox sevəni olan Peyğəmbərdir. Çünki xristianlar, müsəlmanlar, hamısı onu sevir. Ən çox rəvacda (istənilən) olan Peyğəmbəri Allah hz. Mehdi (ə.s)-a köməkçi olaraq, vəzir olaraq göndərir. Yəni“sənin əmrindəyəm” -deyir. Onun əmri altına girəcək, hz. Mehdi (ə.s)-ın əmrinə girəcək. Belə böyük bir insandır hz. Mehdi (ə.s).
Ona görə bu qədər ört-basdır etmək üçün bu dərəcədə bütün dünyada yer yerindən oynayır. Bölgədə müharibə etməyə yol verməyəcəyik. İsraillə Türkiyə vuruşmayacaq. Heç bir ölkə ilə müharibə olmayacaq. Sülh olacaq. Hz. Xızır (ə.s) baxırsan Amerikada, baxırsan Kiprdə, baxırsan Ankaradadır, hər yerdədir. Baxırsan bir gün məmur görünüşündə, bir gün bir qəhvə masası görünüşündə, bir gün baxırsan bir göyərçin görünüşündə olar, hər yerdədir, inşaAllah. Yol verməyəcəyik (müharibəyə), görəcəksiniz, inşaAllah.