Hörmətli Adnan Oktarın 3 iyun 2011-ci il tarixli reportajından Furqan surəsi ilə əlaqədar şərhləri.
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram. “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi! “–deyəcək”. Siz açıqlamışdınız hocam, Peyğəmbərimiz (s.ə.v)-in tək şikayəti Quranın tərk edilməsidir. Axırzamana işarə edir, inşaAllah.
ADNAN OKTAR: Hz. Mehdi (ə.s) dövründə, Quran geniş şəkildə, dünya səviyyəsində tərk ediləcək. Xüsusilə xurafatçılar dəstəsi tərəfindən Quran tərk ediləcək. Qurana döyüş açacaqlar və təqva adına Qurana qarşı çıxacaqlar. Quranın qeyri-kafi olduğunu, Quranda Allahın hökmlərini açıqlamadığını, Quranın əhəmiyyəti olmadığını, əsil olanın xurafatlar olduğunu, xurafatlara görə hərəkət etmənin sünnəyə uyğun olduğunu, Qurana riayət etməyin də dəlalət və fitnə olduğunu deyəcəklər. Allah ayədə nə deyir, bir daha söylə.
OKTAR BABUNA: “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi! ” – deyəcək”
ADNAN OKTAR: Peyğəmbərimiz (s.ə.v)-in dediyi bir sözdür, lakin Axırzamanda hz. Mehdi (ə.s)-ın da deyəcəyi bir sözdür, inşaAllah.
OKTAR BABUNA: “Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər.” Hər Peyğəmbərə deyir hocam, “günahkarlardan bir düşmən etdik”.
ADNAN OKTAR: Bir dəccal. Dəccalsız olmaz. Peyğəmbərlərə qədimdə bir dəccal qarşı çıxar. Axırzamanda hz. Mehdi (ə.s)-a 30-a yaxın dəccal qarşı çıxar. 30-dan çoxdur. Dünya böyük olduğuna görə, 7 milyard insan var. Ona görə Allah hz. İsa (ə.s)-ı da köməkçi edir hz. Mehdi (ə.s)-a. Böyük bir hadisədir, çünki, çox böyük mövzudur. 30 dəccal. “Qadınlardan da 30 dəccal çıxacaq” -deyir. Qədimdə məsələn, bir dəccal kimi Firon, bir də Nəmrud var idi. Amma indi elə deyil. Xurafatçılardan da, kafirlərdən də dəccal çıxacaq. Böyüklü-kiçikli olacaq. İt sürüsü kimi dəccal çıxacaq, Darvin başda olmaqla.