Hörmətli Adnan Oktarın 2 iyun 2011-ci il tarixli reportajından Yasin surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Oktar hoca, 79-cu ayədən 83-ə qədər oxu. Şeytandan Allah sığınırıq.

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram, Yasin surəsi. “De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik deyilmi?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona yalnız “Ol!” deyər, o da olar”. Hocam siz, bəzi müsəlmanların darvinizm tələsinə düşdükləri üçün həmişə bu yaradılışa Qurandan dəlillərini verirsiniz, inşaAllah.

ADNAN OKTAR: Bəli, təkamülçü düşüncə ilə yaxınlaşırlar. Amerikada da ortaya çıxmışlar, onlara da bu ayələri xatırlatmaq lazımdır. Mələklər təkamüllə olmadı, cinlər, şeytanlar təkamüllə olmadı. Cənnət yataqları, Cənnət əşyaları, Cənnət badələri, Cənnət dolçaları təkamüllə olmadı, Allah yaradır, bunu bilməlidirlər. Yaratmanın Allah baxımından son dərəcə asan olduğunu bilməlidirlər.

OKTAR BABUNA: Yasin surəsi. “Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız”.

ADNAN OKTAR: Təbii ki, Allahın tərifi yoxdur, başa düşülməsi üçün deyirəm. Allah Cənnətdə hamımızı qardaş etsin, inşaAllah.

1