Cənab Adnan Oktarın 24 oktyabr 2011-ci ildəki söhbətindən Yusif surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: 12-ci surə, şeytandan Allaha sığınıram: “Rəhman, Rəhim olan Allahın adı ilə, Əlif, lam, ra​​. Bunlar açıq-aydın Kitabın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.” Yəni Allah, (insanların) anlamaqlarını, düşünməklərini istəyir. Allah, dərindən düşünməklərini istəyir. “Biz bu Quranı sənə vəhy etməklə sənin üçün (həqiqi) ən gözəl hekayəti danışırıq.” Həzrəti Yusif ilə bağlı hekayələr nə imiş? Həqiqi hekayə (xəbər) məsələn, baxırıq başqa yerlərdə dəyişdirilib, burada isə Allah “doğru xəbər verirəm sənə, əsil həqiqəti bildirirəm” deyir. “Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.” Allah qeybdən ona xəbər verir, Peyğəmbərimiz (s.ə.v) Yusif surəsinin əsil həqiqətini bilmirdi, yəni hz. Yusif (ə.s)-ın yaşadığı həyatı Allah tam düzgün şəkildə izah edir. “Bir zaman Yusif atasına, atacan…”

Diqqət edin, xitab edərkən “atacan” deyə xitab edir, “həqiqətən mən”, yəni həmişə təsiredici, vurğulayıcı “həqiqətən, doğru danışıram mənasında” sözlərdən istifadə edir. “Mən yuxuda on bir ulduz“- deməli on birdə bir məna var, “on bir ulduz, günəş və ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.” Bu, vəhyin daha fərqli bir formasıdır, yəni Allah, (yuxu vasitəsi ilə) ona gələcəkdə olacaq hadisələri bildirir, amma üstüörtülü bir şəkildə bildirir. “(Atası Yaqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.” Bəddiüzzaman nə deyir? Hər dediyin doğru olsun, amma hər doğrunu hər yerdə, hər kəsə danışma. Doğru ola bilər, amma mütləq izah edilməlidir deyə bir şey yoxdur.

“Yoxsa sənə bir hiylə qurarlar”, deməli ledüni bir rəftar göstərmək lazımdır, yəni ağıllı hərəkət etmək lazımdır, doğrudur deyə hər şey deyilməz. Yeri, zamanı gələndə deyilər. O kamillik meydana gələndə deyilər. “Çünki şeytan insanın açıq-aşkar bir düşməndir.” Ictimaiyyətin müsəlmanların əleyhinə fəaliyyət göstərən bir düşmən olduğunu deyir Allah. “Beləcə, Rəbbin səni seçəcək.” Bu vəhylə bildirilən xəbərdir, “Rəbbin səni seçəcək” yəni üstün edəcək. Sənə yuxuları yozmağı öyrədəcək”-bu da vəhy məlumatıdır, yəni qəti həyata keçəcək olan şeylərdir. “…Və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir.

Buradakı işarə, İsrail oğullarının da imanı dərin şəkildə yaşayacaqlarını, İslamın ruhunu, Quranın ruhunu bütünlüklə mənimsəyəcəklərini və İslamın dünyaya hakim olacağını bildirir, inşaAllah.
“And olsun Yusif və onun qardaşlarının hekayəsində soruşanlar üçün ayələr, ibrətlər vardır.” Yəni ancaq soruşanlar üçün (ibrətlər var), maraqlanmayanlar üçün yoxdur. Maraqlanan üçün, dərin düşünən üçün var, inşaAllah. “Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun (doğma) qardaşı atamıza bizdən daha sevimlidir (əzizdir).” Sevgiyə həsəd aparırlar, dövrümüzdə də görürsünüz mənə olan sevgini də qısqananlar var, elə deyilmi? “ Biz bütöv bir dəstə olmağımıza baxmayaraq! Yəni “Biz daha güclüyük, daha bütöv bir dəstəyik.

Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.” Diqqət edin, xəstə ruh sahibləri çarəsiz qalanda görün peyğəmbəri necə günahlandıracaq hala gələ bilir. Yəni, çarəsiz qalan kimi, görün nə deyirlər? Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.” Münafiqlər də indi, əgər Peyğəmbərimiz (s.ə.v) yaşamış olsaydı, eyni şəkildə ona da eyni rəftarı göstərərdilər, yəni onlar üçün fərqi yoxdur. Münafiqlərin azğınlığına baxın: “Öldürün Yusifi” –deyirlər, bunların tapdıqları həllə (çıxış yoluna) bir baxın. Bu cür vəhşi, faşist, mərhəmətsiz zehniyyət, o dinin yaşanmamasından qaynaqlanan qəddarlıq və zülmkarlıqdır. Hal-hazırda İslam aləmində də bir çox yerdə bu qəddarlığı, bu mərhəmətsizliyi görürük.

“…Ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin.” Yəni, ya həbs edilməli, ya da öldürülməlidir. Niyə, həsəd aparırlar? Qısqanclıqdan (paxıllıqdan). Qısqanclıq, nəticədə ya həbsə girilməyini və ya öldürülməyini istəyir, ikisindən biri olmalıdır, yəni şəhid edilməlidir. “Ancaq o zaman diqqəti cəlb edərsiz”-deyirlər, əgər onu təsirsiz hala gətirsəniz, o zaman diqqəti cəlb edə bilərsiz. İndi də, Axırzamanda, azğın alçaqlar özlərinə diqqəti çəkmək üçün hz. Mehdi (ə.s)-a hücum edirlər, çünki özlərini ön plana çıxartmaq, ucaltmaq istəyirlər. Çünki əgər hz. Mehdi (ə.s) öndə olsa, onlar geridə qalarlar, ona görə də mehdiyyəti ortadan qaldırmaq istəyirlər.

Həm də hz. Mehdi (ə.s)-a zəmin hazırlayanları da ortadan qaldırmaq istəyirlər, nə edirlər? Bədiüzzamana, Seyid Saleh Özcana, Sunqur Ağabəyə qarşı çıxırlar, hücum edirlər, mənə hücum edirlər. Çünki mehdiyyətə zəmin hazırlayırıq (kömək edirik, dəstəkləyirik). “Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”-deyirlər, yəni təqvalı, saf, seçmə, yaxşı bir müsəlman birliyi olarsınız. “Necə bir əlamət, hansı xüsusiyyəti istəyirsiniz?”- deyə soruşuruq. “Mehdiyyətə qarşı hərəkət etsəniz, hz. Mehdi (ə.s)-ı təsirsiz hala gətirsəniz, siz seçmə olarsınız”– deyirlər. Diqqət edin, özlərini təqvalı etmək istəmirlər, təqvalını, yaxşı olanı aradan götürərək özlərinin seçiləcəklərini fikirləşirlər.

Halbuki bir insan, gözəl bir şey varsa daha gözəl olmağa səy göstərər, elə deyilmi? Bunlar necə edir, daha gözəl olanı aradan götürüb özlərini ön plana çıxartmaq istəyirlər, bu şeytani bir davranışdır. “Bir başqası belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yoldan keçənlərdən biri onu götürər.” Bir başqası…”-deyilir, ehtimal edilir ki, bu, Xızır (ə.s)-dır. Diqqət edin, Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yoldan keçənlərdən biri onu götürər -deyir, bu vəhy tələb edir, yəni yoldan keçənlərdən birinin onu götürəcəyini hardan bilir, elə deyilmi? Vəhylə bilinən bir məlumatdır bu. Burada Xızır (ə.s)-ın dövrədə olduğunu görürük inşaAllah.

Çünki bu, bütünlüklə Xızır (ə.s)-ın üsullarından biridir. Diqqət edin, quyunun dibinə atılır. Baxsan və desən ki, görəsən hz. Musa (ə.s) görsəydi (bu vəziyyətə) nə deyərdi? Bir ehtimal belə olardı: “Axı niyə uşağı bu quyunun dibinə atdın, öldürmək üçün atdın?”-deyərdi, elə deyilmi? Yəni o məntiqlə elə görünür, yaxud bir başqası da olsaydı belə deyə bilərdi: Yoldan keçənlərdən biri onu götürər” Bunu bilməyi, yəni belə bir təhlükəli bir şey etməyi və onun orada bir yolçu karvanının onu alacağını bilməsi, Xızır (ə.s)-ın xüsusiyyətidir. “Ata!” Diqqət edin, onlar da xitab edərkən elə xitab edirlər, Sən nə üçün Yusifi bizə etibar etmirsən?” Münafiq ruhu ilə hörmət göstərmirlər, məsələn, peyğəmbər olmağına baxmayaraq, “sən nə üçün”-deyə xitab edirlər, bunların üslubuna bir baxın.

Peyğəmbərimiz (s.ə.v)-ə qarşı da münafiqlər kobud bir üslubdan istifadə edirdilər. Əlbəttə ki, mən bunlara münafiq demirəm, amma üslubları münafiqdir. “Yusifi bizə etibar etmirsən” Deməli, güvənmirsə bir bildiyi vardır, əlbəttə ki, peyğəmbər etibar etməz. “Halbuki biz onun yaxşılığını istəyənlərik.” Deməli münafiqin sözünə inanmamalıyıq. Guya yaxşılığını istəyir, hardan yaxşılığını istəyirsən? Pislik etmək üçün edirsən … Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar…” Diqqət edin, yaxşılıq edirmiş kimi bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!”

Deməli, belə anormal insanların sözünə inanmaq doğru deyil, aldatmaq üçün bu cür üslubdan istifadə edə bilərlər, buna qarşı diqqətli olmaq lazımdır. “O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışsın, onu nəzarətsiz qoyduqda canavar onu yesin.” Əlbəttə ki, kədərlənməmək lazımdır, bu peyğəmbərin səhvdir. Həm də qorxuram ki, sizin başınız qarışıb onu nəzarətsiz qoyduqda…” diqqət edin, iki nöqtədə onlara yol göstərir. İnsan heç vaxt zəifliyini bildirməməlidir, bir müsəlman öz zəifliyini bildirməməlidir, çünki münafiqun və münafiqat, kafirun və kafirat müsəlmanın o zəifliyindən istifadə edər.

İki zəiflikdən xəbər verir burada: sizin başınız qarışıb onu nəzarətsiz qoyduqda” –deməklə bir yol göstərmiş olur-“ Həm də qorxuram ki, canavar onu yesin.”, bununla da ikinci yolu göstərir. Onlara iki dənə yol göstərmiş olur, iki dənə zəif nöqtəsini göstərir. “Onlar dedilər: And olsun…” -and içirlər, münafiqlər çox and içərlər- Biz bütöv bir dəstə olduğumuz halda…”, həqiqətən münafiqlər öz aralarında dalaşarlar, amma bir-birlərini yaxşı qoruyarlar. Mən bu birliyə münafiq demirəm, lakin xarakter münafiq xarakteridir. “Canavar onu yesə, demək biz ziyana uğrayanlarıq.” Yəni, elə bir şey olmaz, “biz ziyana uğrayarıq, itirən olarıq, elə bir şey etmərik və etdirmərik”-deyirlər.

Canavara diqqət çəkilməsi çox diqqətəlayiqdir. Bir çox heyvana diqqət çəkilə bilərdi, amma məhz canavara diqqət çəkilib. Məsələn, bir çox yırtıcı heyvan var, ilan da deyə bilərdi, əqrəb də deyə bilərdi, elə deyilmi? Ayı var, kaftar var, hər şey var, yəni uşaq üçün hamısı təhlükədir. Bir çox yırtıcı heyvan var, xüsusilə o dövrdə. (Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə” Diqqət edin, təşkilatçı kimi hərəkət edirlər, onu aparıb quyuya atmaq qərarına gəldikdə” -buna birlikdə qərar verirlər. “Biz ona belə vəhy etdik” baxın, Allahdan vəhy alır, “and olsun” Allah and içir “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən.”

Yəni onlar səni tanıya bilməyəcəklər, hz. Mehdi (ə.s)-ı da tanımayacaqlar, amma “Bu əməlləri barədə xəbər verəcəksən.” Hz. Mehdi (ə.s) da necə olacaq? Hz. Mehdi (ə.s)-ı da tanıya bilməyəcəklər, hz. Mehdi (ə.s) irəlidə münafiqlərin, şəxsiyyətsiz, əxlaqsız soysuzların, əxlaqsız alçaq komandasının etdiyi bütün əxlaqsızlıqları barədə xəbər verəcək. Məsələn, “sən bu əxlaqsızlığı etdin, sən bu pisliyi etdin, sən bu səhvi etdin” alçaqlıqlarının bir-bir üstünü açacaq. Quran ona işarə edir inşaAllah. Onlar axşamçağı ağlaya-ağlaya atalarının yanına gəldilər.” “Axşamçağı”-deyilir, niyə məhz axşamçağı?

Çünki axşamüstü bütün insanların yuxuya getdiyi, həyatın çəkildiyi, havanın qaraldığı vaxtdır, bu vaxt axtara bilməyəcək, tapılmağı çətin olacaq. Məsələn, “irəli, gedin axtarın” deyə bilməz, axşam olduğuna görə qaranlıqdır və tapmaq çox çətindir. Onu xüsusilə seçirlər, məsələn, əxlaqsızlıq etmək istəyənlər həmişə axşam vaxtını seçərlər, planı axşam qurarlar. Çünki dövlət məmurları bu vaxtı olmaz, etibar edilən yerlər passiv olar, onları tapmaq çox çətin olar axşam. Gündüz isə aktiv olarlar. “Ağlaya-ağlaya”-deyilir, məsələn, bütün münafiqlər saxtakardırlar, çıxarlar ağlayaraq danışarlar ki, təsirli olsun. Xalqda da belə bir zəiflik vardır, ağlayan görən kimi ağlayanın haqlı olduğunu fikirləşər.

Ona görə də haqlı çıxmaq istəyənlər adətən ağlayaraq məqsədlərini izah etmək istəyərlər ki, ictimai üzvlərin dəstəyini alsınlar. Ağlamağın şiddəti nə qədər çoxdursa, o qədər çoxu onu dəstəkləyər. Orta ağlayırsa “eh”-deyərlər, amma şiddətli ağlayırsa, əgər huşunu itirirsə daha çox dəstəkləyərlər, yəni onun artıq doğru və səmimi olduğuna inanarlar. Bunun bir münafiq taktikası olduğunu deyir Allah. İstisnasız hər hadisəyə aid deyildir, əlbəttə ki, bu, müstəsna hadisələrdir, həqiqətən səmimi, həyəcanlandığı üçün ağlayan da ola bilər, lakin, adətən bir münafiq taktikasıdır. “Dedilər: Ey atamız, həqiqətən…” Niyə “həqiqətən” deyirlər, çünki yalan dedikləri üçün əvvəlcə bir işə “biz yalan demirik” kimi başlayarlar.

Həqiqətən biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik.” Çox pis bir hekayə uydurublar, “Yarışırdıq” həmişə münafiqlər belə, çox pis bir ssenari qurarlar. “Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik.” -hekayənin inandırıcı olmağı üçün təfərrüatlı danışırlar, məsələn görürük, elə deyilmi? Münafiqlər, saxtakarlar çıxar təfərrüat verər, inandırıcı olmaq üçün “bax belə olmuşdu, filan olmuşdu” deyər. Xalqın da saf nümayəndələri təfərrüat verən kimi inanarlar ona. “Əşyalarımızın yanına qoymuşduq. Canavar da onu yedi.” Hz. Yaqub (ə.s) nə demişdi?

“Qorxuram ki, onu canavar yesin”– demişdi, elə deyilmi? Nə demişdi? “Başınız qarışar, nəzarətsiz qoyduqda”-demişdi, onlar nə deyir? Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik”-deyirlər. “(Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər.” Deməli, Axırzamanda hz. Mehdi (ə.s)-a qarşı da saxta dəlillərlə, saxta sənədlərlə oyun oynanılacaq, müsləmanlara qarşı oyun oynayacaqlar, buna diqqət çəkir Allah, saxta sənəd düzəldilə bilər. Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir.” Diqqət edin, peyğəmbər olduğuna görə, onların saxtakarlığını dərhal başa düşür. “(Bundan sonra mənə) gözəl səbir lazımdır.” Baxın, səbir etmək peyğəmbər əxlaqıdır.

“(Yalandan uydurub) Dediklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır” –deyir, yəni “bütün danışdıqlarınız yalandır, uydurmadır” deyir. Hz. Mehdi (ə.s) da yalançını tanıyacaqdır, bu xüsusi bir istedaddır. Məsələn, peyğəmbərlərdə vəhylədir, onda ilhamladır. “(Yalandan uydurub) dediklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır.”

Yəni, “başdan-ayağa kimi yalan danışırsınız”  deyir, inanmamışdır, fərasət və bəsirəti vardır, Allah, vəhylə bildirir, Allah bilir və bildirir. ” (Quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı” Niyə su qabı? Çünki su qabı dövrüdür, hal-hazırda su qabı (dolça) dövrünə girdik, mehdiyyətin dövrünə.

Şad xəbər! Burada bir oğlan uşağı vardır!”–dedi. Peyğəmbərimiz nə deyir? “Mehdi ilə müjdələnin , bir uşaq” -deyir, Mehdi (ə.s)-da orta yaşlarda gənc görünüşlü olacaq. “Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılan bir əşya kimi özləri ilə apardılar.” Yəni ilk baxışda əhəmiyyətsiz görürlər, tanımırlar. Hz. Mehdi (ə.s)-ı da həmçinin əhəmiyyətsiz görəcəklər, tanımayacaqlar. (Karvan əhli) onu satılan bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.” Yəni “qədərdə olan reallaşırdı, onların nə etdiyini bilirdim” deyir Allah. “Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar” yəni çox adi, sıradan bir insan kimi görürlər, tanıya bilmirlər.

Mehdi (ə.s)-ı da elə tanıya bilməyəcəklər. “Onlar onu çox qiymətləndirmədilər, (ona fikir vermədilər).” Mehdi (ə.s)-a da, ilk başlanğıcda çox fikir verməyəcəklər, tanıya bilməyəcəklər. “Onu alan bir Misirli öz arvadına: Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”-dedi.” Firon da eynisini edir, bilmir, tanımır, özü qoruyub saxlayır. Yəni bütün sistemini yıxacaq biri olduğunu bilmir.

“Beləliklə, Biz Yusifi yer üzündə yerləşdirdik (məskunlaşdırdıq) və ona sözlərin şərhini (yuxuları yozmağı) öyrətdik” yəni çox gözəl şərh edir, çox gözəl analiz edir. “Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.” Yəni “Allah nəyi istəsə, nəyi diləsə onu da edər, amma insanların çoxu bilməz, qafildir (bixəbərdir) insanlar” deyir Allah.

“Yetkin dövrünə çatdıqda” – yəni böyüdükdə-“Biz ona hökm və elm verdik.” Yəni, Allahın halallarını, haramlarını Allah ona öyrədir və çox gözəl bir elm verir. “Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.” “Evində qaldığı qadın” –diqqət edin, hz. Yusif (ə.s) ilə qadın eyni yerdə qalır, Yusif (ə.s) qadınla görüşür. Deyirlər axı qadınlarla görüşməzlər, amma hz. Yusif (ə.s) qadınla eyni evdə qalır, yəni qadın onun halalı deyil, lakin eyni evdə yaşayırlar. Hökm və elm verildiyi halda eyni evdədirlər. “Qadın ondan murad almaq istədi”- yəni onunla sevişmək istəyir, yaxın münasibət qurmaq istəyir qadın-“və qapıları sıx bağlayaraq:

“Yanıma gəl”-dedi.” Yusif (ə.s) getdikcə inkişaf edir, daha da cazibədar, daha da təsiredici olduqda qadın artıq iradəsinə hakim ola bilmir, yoxsa əvvəl də hz. Yusif (ə.s)-ı görürdü, amma bir müddətdən sonra qadın idarəsini itirir onun yaraşıqlılığından, gözəlliyindən, cazibəliyindən, baxışlarından, rəftarından, ruh halından, əxlaqından, bədənindən, təmizliyindən hər şeyindən təsirlənir və qadının gözü dönür:

“Yanıma gəl” deyir, “gəl” deyir, açıq-aşkar bunu deyir. “Yusif isə: Allaha sığınıram” deyir. Diqqət edin, “danışmaram” deyil, “cinsi əlaqəyə girmərəm” deyir, çünki qadın cinsi əlaqə istəyir. “Axı o mənim ağamdır, mənə yaxşı baxmışdır. Həqiqətən, zalımlar nicat tapmazlar!”-deyə cavab verdi. Yəni, “mən səninlə cinsi əlaqəyə girmərəm” deyir. “Doğrudan da qadın ona meyil etmişdi.”

Peyğəmbərlər çox cazibədar olarlar, bütün peyğəmbərlər çox yaraşıqlı, çox təsiredici olarlar, yəni Allah onları qadınların çox bəyənəcəyi halda yaradır. “Əgər Rəbbinin qəti isbatını görməsəydi o da ona meyil edərdi.” Yəni, hz. Yusif (ə.s)-da onu arzulayırdı. Bir insan baxmadan meyil edə bilərmi? Baxmış, görmüş, cinsi cəhətdən ona qarşı bir meyil edir, istək duyur.

“Beləliklə, Biz ondan pisliyi və çirkin əməli (şəhvəti) uzaqlaşdırdıq. Çünki o həqiqətən Bizim seçilmiş qullarımızdandır” –yəni səmimi qullarımızdandır. Cinsi əlaqəyə girmir, Allah ürəyinə güc verir, vəhy edir, ilham edir o da cinsi əlaqəyə girmir. Amma danışır, görüşür hətta onu arzulayır, ona meyil edir. “Hər ikisi qapıya doğru qaçdılar” diqqət edin, qadında cinsi istək o qədər çox təsir edir ki, artıq dəlilik dərəcəsinə çatır.

Hz. Yusif (ə.s)-ın gözəlliyi və cazibədarlığı qarşısında eqoist bir qadın, yəni qədim Misirin sultanının arvadı. Buna baxmayaraq gözü dönür. “Hər ikisi qapıya doğru qaçdılar” Hz. Yusif (ə.s) qabaqda, o isə arxadan qaçır, hz. Yusif (ə.s)-la sevişmək üçün onu tutmağa çalışır. “Qadın köynəyini arxadan çəkib cırdı” yəni o qədər gözü dönür ki, o şəhvətin dəliliyi ilə köynəyini tutan kimi cırır kürək tərəfindən. Əlbəttə ki, onu tutmaq məqsədiylə cırır, amma ikinci mənası da onu soyundurmaq məqsədiylə etdiyi təəssüratını verir.

“Qapının yanında qadının ağası ilə qarşılaşdılar” tam o anda Allah müqayisə edir, “Qadın dedi ki” diqqət edin, həm şəhvətdən gözü dönmüş, həm də əxlaq cəhətdən də vicdansız bir insandır. Çünki Allah üçün sevmək başqadır, sırf şəhvət üçün sevmək də ayrıdır.

Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!” İnsan, bunu o edir, yoxsa sən edirsən? Diqqət yetirin: “…Ailənə pislik etmək istəyənin“-deyir. ​​Bir sözlə böhtan atır, həm də buradan anlayırıq ki, hz. Mehdi (ə.s)-a da cinsi əlaqəylə əlaqədar qadınlar tərəfindən böhtan atılacaq. Bəlkə bu bir fahişə olacaq, bir fahişəni istifadə edəcəklər, bəlkə də qeyri-qanuni qadınları istifadə edəcəklər.

Hz. Mehdi (ə.s)-a da bu şəkildə zina böhtanı atılacaq, yaxud təcavüzə əl atacaqlar, yaxud ona bənzər böhtan atılacaq. “Zindana salınmaq” yəni buna görə həbs olunmağını istəyir. Deməli, hz.Mehdi (a.s)-a da bu cür, bəlkə bir fahişənin, bəlkə qeyri-qanuni bir qadının böhtanı nəticəsində və yaxud bu cür insanların böhtanları nəticəsində hz. Mehdi (ə.s)-da həbsə atılacaq, həbsə atılacaq deməyimi Allah bağışlasın, həbsə salınacaq.

Çünki Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi barədə:“Hz. Yusif (ə.s) kimidir” –deyir, hədis var. …Ya da şiddətli bir əzaba düçar edilməkdir!” Üstəlik əzaba düçar edilməyini də istəyir: şiddətli bir əzab” –deyir, həbsə atılmağını, əzaba düçar edilməyini istəyir, görün nə qədər gözü dönüb. Çünki şəhvəti heyvani bir şəhvətdir, Allah rizası üçün sevmir, Allah rizası ilə sevsəydi bunu etməzdi.

Çünki burada, şəhvətə çata bilmədiyinə görə heyvani vəhşiliyə çevrilir, hərəkətləri də elə vəhşidir. Yəni bütünlüklə belə bir namərd xarakter göstərir, namərd qadındır, bir fahişə xarakteri göstərir və çox təcavüzkardır. “(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!”, “elə deyil” deyir hz. Yusif (ə.s), özünü müdafiə edir, müdafiə etməyə başlayır, bu, bir məhkəmədir, məhkəmə müdafiəsidir. “Qadının yaxınlarından biri şahidlik etdi.” Deməli, hz. Mehdi (ə.s)-ın da lehinə şahidlər olacaq, əleyhinə də, lehində də şahidlər olacaq. “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır.”

Bu, bilən adamdır, məhz bilən adamdan soruşulmuşdur. “(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir.” Yəni qadınlar arasında həqiqətən nizam çoxdur, ümumiyyətlə dünya səviyyəsində, bir çoxlarını tənzih edirəm, amma çox qismində belədir. Öz aralarında köməkləşərək nizam (plan) qurarlar. Həqiqətən də, sizin hiyləniz böyükdür.” Həqiqətən qadınlar çox yaxşı təşkilatçı olarlar, kişilərdə bu, çox olmur, amma qadınlar xüsusilə bu cür mövzularda möhtəşəm bir təşkilatçılıq gücünə malikdirlər, yəni dedi-qodu edərlər, əlaqə qurarlar, əlbəttə ki, mömin, müttəqi, saf, səmimi insanları tənzih edirəm.

“Yusif, sən bundan üz döndər”-yənibu qadından uzaq dur” ,deyir, adam demokratik, ədalətli yaxınlaşır, məqbul biridir, arvadına da deyir ki, “sən də, günahına görə bağışlanma dilə” yəni müsəlmancasına yaxınlaşır. Çünki sən, günah işlətmisən.” – yəni “günahkar sənsən” deyir. “Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir.” Dərhal dedi-qoduya başlayırlar, yəni onunla sevişmək istəyirmiş, onunla cinsi əlaqəyə girmək istəyirmiş, deyə danışırlar. Ehtiras onu coşdurmuşdur.”– halbuki sevgi deyil, şəhvətdir orada, saf şəhvətdir, sevgidə belə olmaz. Sevgiylə qarışıq şəhvət gözəldir, halalıdırsa, amma saf şəhvət çox təhlükəlidir.

Məsələn, elə psixopat insanlar var ki, qadını boğur öldürür, yaxud qadını vurur filan. “Biz onu aşkar bir azğınlıq içində görürük”, cinsi pozğun, hiperseksual deyirlər, yəni özünü tuta bilmir, bu qədər azğın bir qadın olduğunu deyirlər, “azğınlıq içində görürük” deyirlər. “Qadın onların dedi-qodularından xəbər tutduqda (qonaqlığa gəlmək üçün) onlara xəbər göndərdi.” Çünki qadına qarşı bir hədəf aldıqları üçün o da xəbər göndərir. Ümumiyyətlə, qadınlar dedi-qodunun altında qalmazlar, onlar da ona qarşı bir nizam hazırlayırlar. Yəni qadınlar bu cür şeylərdə yaxşı təşkilatçı olarlar.

Uşaqlıqda mən məhəllələrdə filan eşidərdim, heç bir sözün altında qalmazlar. “Onlara xəbər göndərdi və onlar üçün (oturmaqları üçün) mütəkkələr hazırladı. Hər birinin əlinə bıçaq verdi. Hz. Yusifə də: “Onların qarşısına çıx”-dedi. (Qadın) Yusif (ə.s)-ın təhrikedici olduğundan, qadınlara təsir edəcəyindən o qədər əmindir ki, yəni heç bir qadının özünü tuta bilməyəcəyinə inanır. Fövqəladə ondan təhrik olacaqlarını, fövqəladə cinsi əlaqə arzulayacaqlarını deyir və düşünür. “(Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki meyvəni soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” – dedilər.

” Əlləri-ayaqları titrəyir, yəni diqqətlərini cəmləyə bilmirlər. Şəhvətdə insanların idarəsi itə bilər, yəni istər qadın olsun, istər kişi olsun, əgər ciddi mənada şəhvəti yaşasa, diqqəti, məsələn başqa bədən refleksləri itə bilər, ayə buna diqqət çəkir. “Onu həddindən artıq təriflədilər və əllərini kəsdilər.” Çünki, özlərini idarə edə bilmədilər, ona diqqət yetirirlər, şəhvətlə ona bağlanırlar, bu cür həyəcan və şəhvətin şiddətli təsiriylə də bıçaqla əllərini kəsirlər. “Allahı tənzih edirik” amma diqqət edin, müsəlman kimi Allaha “münəzzəhsən, aman Allah (SubhanAllah)” deyirlər. “Bu bir bəşər deyil”- bu insan deyil deyirlər- “Bu ancaq bir mələkdir” dedilər. Yəni “bu qədər cazibədar, bu qədər cəlbedici, bu qədər gözəl bir insan ola bilməz” deyirlər.

Halbuki, bu sadəcə hz. Yusif (ə.s)-ın imanındandır, çünki uşaqkən diqqət çəkmir, elə deyilmi? “Onu qiymətləndirmədilər”, yəni “əhəmiyyətsiz hesab etdilər” deyir, diqqət çəkmir. Amma, elm və hikmət verildikdən sonra nəfəsləri kəsilir. Deməli, iman-istəyin (coşğunun), eşqin, cazibədarlığın mənşəyidir. Allah onunla (imanla) möhtəşəm bir elektrik, bir sevgi, möhtəşəm bir arzu (meyillilik) əmələ gətirir, onu vəsilə edir Allah. “(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur!” “O zaman məni qınayırdınız”-deyir-“görürsüz, siz də çox təhrik oldunuz (meyil etdiniz), təsirləndiniz, özünüzü itirdiniz. Deməli, mən günahsızam”, yəni etdiyim şeydə haqlı imişəm.” “Mən onu yoldan çıxartmağa çalışdım” -burada düz danışır, yəni-“mən onunla sevişmək istədim”, deyir.

“O isə imtina etdi”-müqavimət göstərdi deyir, yəni cinsi əlaqəyə girmədi. “Əgər əmrimi yerinə yetirməsə”-yəni cinsi əlaqəyə girməsə-“mütləq zindana atılacaq və zəlillərdən olacaqdır.” Mehdi (ə.s)-a qarşı da nə ediləcək? Zindana atmaq və alçaltmaq üçün mətbuatla, radiolarla, televizorlarla, itini-köpəyini, fahişəsini, saxtakarını, hiyləgərini, yalançısını, harada yalançılar varsa, hamısını Mehdi (ə.s)-ın üstünə salacaqlar, buna işarə edir Quran. Guya hörmətdən salmağa çalışacaqlar. Buradakı zindana atmaq, həbsə atmaqdan Mehdi (ə.s)-ın da həbsə atılacağını anlayırıq. (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur.”

Yəni, “həbsə atmaq istəsələr də mən cinsi əlaqəyə girmərəm, harama girmərəm” deyir. “İddiam uğrunda həbsə də girərəm, ölümə də gedərəm, hər şeyi edərəm” məntiqi budur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyil edər və cahillərdən olaram.” Yəni Allaha “məni qoru” deyir və Ona sığınır. Bir də cinsi əlaqəyə girməkdən də çəkinir, qorxur, yəni “məni qoru Ya Rəbbi”, deyir çünki “üstümə çox gəlsələr, belə bir şey etməkdən də qorxuram”, deyir. ” Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Həqiqətən O, Eşidəndir, Biləndir.” Deməli, hiylələrini Allah pozacaq, Mehdi (ə.s)-a da qarşı qurulan hiyləli planlar, oyunlar pozulacaq sonda. Amma hiylələr quracaqlar, lakin Allah pozacaq sonda.

“Dəlilləri gördükdən sonra”- yəni dəlilləri açıq-aşkar gödüklərinə baxmayaraq-“yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.” O zamanın dövləti, dövlətdəki alçaqlar, it-köpək komandası, hakim güclər mütləq bu pisliyi, bu əxlaqsızlığı etməyi hədəfləmişdilər. Çünki günahsız olduğunu bilir, doğru olduğunu bilir, amma alçaqlıq və namərdlik, ruhunu bürüdüyünə görə və ədalətsizlik ruhu hakim olduğuna görə, ədalət məntiqi olmadığı üçün, ədalət qiymətsiz olduğuna görə, o dövrdə mühakimə mənsublarının çoxu alçaq olduğuna görə, məhkəmə tamamilə pozulduğuna görə, zay olduğu üçün, namərd bir sistem olduğu üçün, dərin dövlət hakimiyyətdə olduğu üçün, o dövrdə hz. Yusif (ə.s)-ı o alçaqlar bütün dəlillərə baxmayaraq, nur kimi insanı, o dövrün namərd məhkəmə anlayışı ilə həbsə atırlar.
1