Hörmətli Adnan Oktarın 24 avqust 2011-ci il tarixli reportajından Zuxruf surəsi ilə əlaqədar verdiyi izahlar.

 

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram, Zuxruf surəsinin 1-ci ayəsində deyilir: “Ha mim.” Bəs indi Ha Mimin mənası nədir? Qardaşlarımız hiss etdiklərini mənə yazıb göndərsinlər bir baxaq. İnşaAllah, görəsən “ha mim”-in nə məna verdiyini biləcəklərmi. Şeytandan Allaha sığınıram, 2-ci ayə: “Bu aydın Kitaba and olsun!” Quran necə bir kitabdır? Deməli, aydın bir kitabdır. Adamlar isə: “Yetmiş il keçsə də biz Quranı başa düşə bilmərik”-deyirlər. Budur, Allah:

“Bu aydın Kitaba and olsun!”-deyir. İndi biz sizə inanacağıq, yoxsa Allaha? Budur, Allah: “aydındır”-deyir, Onlar isə: “Xeyr, aydın deyil. Yetmiş il keçsə də biz başa düşə bilmərik”-deyirlər. Allah isə Quranda: “Sən Quranı oxusan da müşriklər başa düşə bilməzlər, çünki onların qulaqlarına və gözlərinə pərdə çəkilmişdir”-deyir. “Sən nə demək istəyirsən? Sən: “Müşrik olduğumu deyirsən. Allah gözümə pərdə çəkdi, mən yetmiş yeddi əsr də keçsə də, başa düşə bilmərəm”-deyirsən. Allah müsəlmanlar üçün: “Bu aydın Kitaba and olsun!”-deyir, beləliklə, Allah and içir.

3-cü ayə: “Həqiqətən biz onu bəlkə başa düşəsiniz deyə ərəbcə Quran etdik.” Beləliklə, ağıl deyə bir məhfumdan söhbət gedir. Ağlımızdan necə istifadə etməliyik? Onlar elə zənn edir ki, ağlımızdan orta səviyyədə istifadə etsək kifayət edər. Xeyr, elə deyil. Hər hadisəyə, Allahın yaratdığı hər şeyə ən dərin ağılla, ətraflı, ən uc nöqtələrindən, bir sözlə, ağlı hərtərəfli istifadə edərək baxılmalıdır. Beləliklə, ağıldan istifadə etməkdən söhbət gedir, bu isə çox böyük bir hadisədir. Allah nə deyir? Allah:

“Həqiqətən biz onu bəlkə başa düşəsiniz deyə, ərəbcə Quran etdik”–deyir, yəni dərindən düşünmək lazımdır. Burada çox dərin düşünməkdən, hər incəliyinə, hər təfərrüatına qədər düşünməkdən bəhs edilir. “Şübhəsiz ki”, bəs Allah niyə “şübhəsiz ki,” deyir? Allah, insanların qəlbi rahatlasın deyə belə deyir, çünki insanlar şübhə deyə bir bəlaya düşüblər. Sevdiyindən şübhələnər, dindən şübhələnər, özündən şübhələnər, Allah qorusun hər şeydən şübhələnərlər. İnsanlar şübhələndiklərinə görə bədbəxt olarlar. Allah nə deyir? Əvvəlcə qəlbimizə bir təlqin verir və 4-cü ayədə belə deyir:

“Şübhəsiz ki, o, dərgahımızdakı ana Kitabda (Lövhi Məhvuzda) mövcuddur.” Allah onsuz da taledə olduğunu bildirir. Onlar isə taleni unudur, yaddan çıxardırlar. Onlar haşa: “Onu Məhəmməd yazdı”-deyirlər. Allah isə: “Onsuz da əsl kitabda var, taledə də var”-deyir. Peyğəmbər onu özündən necə yaza bilər, elə deyilmi? Allah: “Taledə var, ana Kitabda var”-deyir. Belə olduqda adam öz-özünə düşünür və: “Onsuz da Quran taledədir, hələ kainat yaranmamışdan əvvəl mövcud idi”-deyir. Belə olduqda adam “Quranı hz. Məhəmməd (s.ə.v) yazdı” deyə fikirləşmir. Onu Allah yazdırır.

“Çox ucadır. Hökm və hikmət sahibidir.” Hökm, Allahın hökmüdür, bəs onda hikmət nədir? Hikməti necə başa düşmək olar? Ağlından istifadə etməklə başa düşməliyik. Ağlı olmayan insan hikməti başa düşə bilməz. Hikməti olmadıqda, haşa hüzurdan öküz kimi olur. Hikmət çox əhəmiyyətlidir. Əlbəttə ki, mən bunu müsəlmanam deyib, lakin hikmətə əhəmiyyət verməyənlər üçün deyirəm. Əgər başa düşmürsə, Allah ağlını əlindən alıbsa, onda bu başqa bir məsələdir.
5-ci ayədə Allah belə buyurur:

“Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan (Quranı təbliğ etməkdən) vaz keçməliyik?”-deyir. Diqqət edin, “siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?”, yəni Allah: “Quransız yaşamaq istəyirsiniz? Qurandan uzaq  yaşamaq istəyirsiniz? Quranın hakimiyyətini, Quranın gözəlliyini, Quranın əxlaq sistemini istəmirsiz?”-deyir.
6-cı ayə:
“Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik.” Yəni Allah: Çox peyğəmbərlər göndərdik” -deyir.

7-“Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.” İnternetə girib baxsanız, həmişə insanların bir-birini məsxərəyə qoyduqlarını görərsiniz. Həmişə bir-birlərinə lağ edərlər. Yəni söhbətlərin 80-90%-i bu məqsədə yönəlmişdir. Bu vəziyyət youtube-a da hakimdir. Mübahisə saytlarına girsəniz, orda da həmişə insanların bir-birini məsxərəyə qoyduqlarını görərsiniz.

Çox nadir hallarda doğru danışarlar. İnsanların fitrətində vardır. Peyğəmbər də gəlsə, dərhal onu məsxərəyə qoyarlar. Hz. İsa Məsih (ə.s) gələr, dərhal onu məsxərəyə qoyarlar. Şeytandan Allaha sığınıram, Allah ayədə belə buyurur: “Sənin qövmün: “İsa Məsihdən bəhs edərkən, qəhqəhələrlə gülürlər”-deyir. Alçaqlar meymun kimi, arsızcasına gülürlər. Yəni haşa, öz axmaqlıqlarına gülmək əvəzinə, hz. İsa (ə.s)-a və onun xüsusiyyətlərinə gülürlər.

8-ci ayə: “Onu məsxərəyə qoymasınlar. Biz onlardan daha qüvvətli olanları məhv etdik.” Allah da: “Artıq onları bəlaya düçar etdim”-deyir. Allah onları bəlaya düçar etdikdə isə, onlar dərhal qışqırıb-bağırarlar. Sonra da “iman gətirdik” deyərlər. Allah: “Əvvəlkilərin aqibəti ötüb keçmişdir”-deyir. Yəni, Allah, “əvvəlkilərin başına gələnlər məlumdur”-deyir.

9-cu ayə: “And olsun”, beləliklə Allah and içir. “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”–deyə soruşsan, mütləq “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!” deyəcəklər”, yəni “Allaha inanırıq” deyərlər. Allah, burada xüsusilə münafiq sistemi vurğulayır.

10-cu ayə: “O, yeri sizin üçün beşik etdi”, yəni Allah “Hz. Mehdi (ə.s)-ı beşik etdi-deyir. “Orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz”, bu ayənin əbcədi 2022-ci ili verir.

gezgindiyari_com-kuran-kerim-resimleri-3