Hörmətli Adnan Oktarın 26 dekabr 2010-ci il tarixli reportajından Məryəm surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR: İndi Məryəm surəsini oxuyaq. Bilirsiniz ki, Allah həzrəti Məryəmi bütün aləmlərin qadınlarından üstün tutub. Şeytandan Allaha sığınıram: “(İsa) Dedi: “Şübhəsiz ki, mən Allahın quluyam”-yəni ilah deyiləm-“Mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.” İnşaAllah, bu ayənin əbcədi-1410, 1412 və 1462-ci il tarixlərini verir. “Harada oluramsa olum”, yəni istər üçüncü ölçüdə (aləmdə) olsun, istərsə də dördüncü ölçüdə (aləmdə) olsun, “məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi, məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Bu ayənin əbcədi-1987, 2007 və 2057-ci illəri verir. “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”–deyər, o da dərhal olar”- yəni təkamül keçirməz. Allah: “dərhal ol deyib, yaradaram”-deyir. Bəs Allah insanı necə yaradır? Ona “ol” deyir, o da olur. “Sonra firqələrin arasında ziddiyyət düşdü”, məzhəblərə, qruplara bölündülər. Allah: “Böyük günü görəcək kafirlərin vay halına!”-deyir, əlbəttə ki, bu ayə kafirlərə də işarə edir. “Hz. Məryəmə: “ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”-deyirlər. Görürsənmi həmişə seksuallıqla əlaqədar iftiralar atırlar. Həmişə Mehdilərə, mürşidlərə, Allah yolunda olan insanlara, Peyğəmbərimiz (s.ə.v)-ə öz dövründəki münafiqlər həmişə seksuallıqla əlaqədar iftiralar atmaqla onu narahat etməyə çalışmışlar. Başqa bəhanə tapa bilmədiklərinə, həmçinin seksuallığı da çirkin bir şey olaraq gördüklərinə görə belə etmişlər. Halbuki halal olan seksuallıq çox böyük bir nemətdir. Amma seksuallığı onlar tamamilə lənətlənmiş olaraq görərlər. Çox çirkin bir şey hesab edərlər. Lakin seksuallıq sevginin ən yüksək ifadə formasıdır. Amma bu şərtlə ki, gərək halal olsun. Quran haram olanı lənətləmişdir. Allah Quranda lənətləmişdir.