İçeriğe geç

Rad surəsinin 42, 34-cü və 33-cü ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 24 dekabr 2010-ci il tarixli reportajından Rad surəsi ilə əlaqədar verdiyi izahlar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, 42-ci ayədə belə deyilir: “Onlardan əvvəlkilər də hiylə qurdular.” Deməli, bəzən müxtəlif dəccallar çıxır və hiylə qururlar “O, hər kəsin nə qazandığını bilir”, yəni Allah bilir. “Kafirlər bu yurdun kimin olacağını tezliklə biləcəklər”, bunun əbcədi şəddəsiz 1990-cı ili verir, şəddəli isə 2074-cü il tarixini verir. Bu hallar ilk dəfə baş vermir, tarix boyu həmişə təkrarlanır. “Halbuki bütün hiylələr Allaha aiddir”, yəni Allah demək istəyir ki, “Dəccalı da, Mehdi (ə.s)-ı da Mən yaradıram, Süfyanı da Mən yaradıram, eləcə də İsa (ə.s)-ı da Mən yaradıram.”  İnşaAllah bu tarixlər İslam əxlaqının adlı-sanlı hakim olacağı dövrlərdir. Bax, “kafirlər bu yurdun kimin olacağını tezliklə biləcəklər”, yəni dünya yurdunun kimin olacağını biləcəklər. Dünyanın bir sonu vardır. Kafirlər: “Sonu kimindir?” –deyirlər, yəni ateistlər, darvinistlər, materialistlər “dünyanın sonu kimindir?” deyirlər, onlar “tezliklə biləcəklər”-deyir Allah. Çox az vaxt qalıb, 10 il çox qısa müddətdir, elə deyilmi?

ADNAN OKTAR: İnşaAllah. Rad surəsi, 34-cü ayə: “Onlara dünya həyatında əzab vardır”, yəni kafirlər üçün darvinist, materialist, ateist olan şəxslər üçün “Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz”-deyilir. Diqqət edin, “Onlara dünya həyatında əzab vardır” deyilir, yəni baş verən iqtisadi böhran, intihar halları, spirtli içkilərdən asılılıqlar, ağrılar, əzablar dünya həyatındakı əzabdır, elə deyilmi? Kimdən soruşsaq: “Dünyada ən çox əzab çəkən adam mənəm”-deyir. Bir çox adamdan soruşsan: “Gedin soruşun, məndən daha çox başı bəlada olan, daha çox əzab çəkən adam varmı?”-deyir. Elə insanlar görürsünüz, çox əzab çəkdiyinə inanan insanlar?

APARICI: Bəli.

ADNAN OKTAR: Bəli, hamı görür, elə deyilmi?.

Allah, Rad surəsi 33-cü ayədə: “Hər kəsin qazandığını qoruyub saxlayana (Allaha) şərik qoşurlar?”-deyir. Baxın, “Hər kəsin qazandığını qoruyub saxlayana”, yəni “bir insanın etdiyi bütün əməlləri bilən Allaha şərik qoşurlar?” deyilir. “Hamısını Allah qoruyub-saxlayır”-deyir. Hal-hazırda da Allah bizi izləyir. Hal-hazırda bu yığıncağı, bu söhbəti, Allah hərtərəfli izləyir. Allah indi həm söhbətlərimizi dinləyir, həm də bizə nəzarət edir. Bizi də danışdırır. “Onlar Allaha şəriklər qoşurlar?” Bəs nəyi şərik qoşdular? Atomları şərik qoşdular. Darvinistlər dünyadakı bütün atomların fövqəladə ağıllı olduğunu, hər atomun Allah kimi ağıllı olduğuna inanırlar.

images

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz