Hörmətli Adnan Oktarın 24 dekabr 2010-ci il tarixli reportajından Rad surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, 42-ci ayədə belə deyilir: “Onlardan əvvəlkilər də hiylə qurdular.” Deməli, bəzən müxtəlif dəccallar çıxır və hiylə qururlar “O, hər kəsin nə qazandığını bilir”, yəni Allah bilir. “Kafirlər bu yurdun kimin olacağını tezliklə biləcəklər”, bunun əbcədi şəddəsiz 1990-cı ili verir, şəddəli isə 2074-cü il tarixini verir. Bu hallar ilk dəfə baş vermir, tarix boyu həmişə təkrarlanır. “Halbuki bütün hiylələr Allaha aiddir”, yəni Allah demək istəyir ki, “Dəccalı da, Mehdi (ə.s)-ı da Mən yaradıram, Süfyanı da Mən yaradıram, eləcə də İsa (ə.s)-ı da Mən yaradıram.” İnşaAllah bu tarixlər İslam əxlaqının adlı-sanlı hakim olacağı dövrlərdir. Bax, “kafirlər bu yurdun kimin olacağını tezliklə biləcəklər”, yəni dünya yurdunun kimin olacağını biləcəklər. Dünyanın bir sonu vardır. Kafirlər: “Sonu kimindir?” –deyirlər, yəni ateistlər, darvinistlər, materialistlər “dünyanın sonu kimindir?” deyirlər, onlar “tezliklə biləcəklər”-deyir Allah. Çox az vaxt qalıb, 10 il çox qısa müddətdir, elə deyilmi?
ADNAN OKTAR: İnşaAllah. Rad surəsi, 34-cü ayə: “Onlara dünya həyatında əzab vardır”, yəni kafirlər üçün darvinist, materialist, ateist olan şəxslər üçün “Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz”-deyilir. Diqqət edin, “Onlara dünya həyatında əzab vardır” deyilir, yəni baş verən iqtisadi böhran, intihar halları, spirtli içkilərdən asılılıqlar, ağrılar, əzablar dünya həyatındakı əzabdır, elə deyilmi? Kimdən soruşsaq: “Dünyada ən çox əzab çəkən adam mənəm”-deyir. Bir çox adamdan soruşsan: “Gedin soruşun, məndən daha çox başı bəlada olan, daha çox əzab çəkən adam varmı?”-deyir. Elə insanlar görürsünüz, çox əzab çəkdiyinə inanan insanlar?
APARICI: Bəli.
ADNAN OKTAR: Bəli, hamı görür, elə deyilmi?.
Allah, Rad surəsi 33-cü ayədə: “Hər kəsin qazandığını qoruyub saxlayana (Allaha) şərik qoşurlar?”-deyir. Baxın, “Hər kəsin qazandığını qoruyub saxlayana”, yəni “bir insanın etdiyi bütün əməlləri bilən Allaha şərik qoşurlar?” deyilir. “Hamısını Allah qoruyub-saxlayır”-deyir. Hal-hazırda da Allah bizi izləyir. Hal-hazırda bu yığıncağı, bu söhbəti, Allah hərtərəfli izləyir. Allah indi həm söhbətlərimizi dinləyir, həm də bizə nəzarət edir. Bizi də danışdırır. “Onlar Allaha şəriklər qoşurlar?” Bəs nəyi şərik qoşdular? Atomları şərik qoşdular. Darvinistlər dünyadakı bütün atomların fövqəladə ağıllı olduğunu, hər atomun Allah kimi ağıllı olduğuna inanırlar.