Hörmətli Adnan Oktarın 24 dekabr 2010-cu il tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR:“Rəhman və Rəhim olan Allahın adı ilə. Diqqət edin “Rəhman və Rəhim olan”, sırf bu sözlər belə insanın qəlbində rahatlıq yaradır, “Rəhman və Rəhim” yəni “Qoruyan və mühafizə edən Allahın adıyla”. Surənin başlığı Allahın şəfqət və qoruyuculuğunu ifadə edən sözlərlə başlayır. “Ta, Sin, Mim. Bunlar aydın Kitabın ayələridir.” Xurafatçılar, bəs Quranı başa düşmək olmaz deyirsiniz? Budur, Allah: “aydındır”-deyir. Sizə inanaq yoxsa Qurana inanaq? Əlbəttə ki, Qurana inanmalıyıq. “Onların iman gətirmədiyinə görə özünü həlak edəcəksən?”. Yəni Allah Peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki Peyğəmbərimiz (s.ə.v) ölü adama dini izah edirdi.
Peyğəmbərimiz (s.ə.v) çox sevgi dolu, şirin (canayaxın) bir Peyğəmbərdir. O, həqiqətən də çox doğmadır (şirindir). Çox həssas idi, həddindən artıq çox kədərlənirdi. Daim izah edirdi (Quranı təbliğ edirdi), lakin adam öküz kimi baxırdı, təkrar izah edirdi, elə yenə də öküz kimi baxırdı. Belə olanda da çox kədərlənirdi. Allah da Peyğəmbər (s.ə.v)-i: “Özünü həlak edəcəksən?”-deyə xəbərdar edir. Beləliklə, kədərdən xəstələnir. Ayədə: “Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi”-deyilir. Bəs bunun əbcədi neçədir?. Bunun əbcədi 2022-ci ildir. Göydən enən bir ayədir və bir möcüzədir. Allah İsa Məsih (ə.s)-ın görünəcəyi tarixi verir, bu, 2022-ci ildir.
Allah ayədə: “Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi”-deyir. Budur, “başları itaətkarlıqla əyilərdi” deyir Allah. Allah: “təəccüblənər və məəttəl qalarlar”-deyir və beləliklə “təslim olarlar.” 2022-ci il islam əxlaqının dünyaya hakim olmasına işarə edir. Əlbəttə ki, ayənin çox mənası var. Bu ayə, Allah “bəla verər” mənasını da verə bilər, qiyamət mənasını da verə bilər, amma biz ayəni bu şəkildə şərh edirik.
ALTUĞ BERKER: Dünən 02.02.2022 əhəmiyyətli bir tarix olacaq dediniz, inşaAllah.
ADNAN OKTAR: Bəli, 02.02.2022 saat 22:00 dedim. Məhz bu ayənin əbcədi də 2022-ci il tarixini verir. “Onlara Rəhman olan Allahdan elə bir ayə (xəbərdarlıq) gəlməz ki, ondan üz çevirməsinlər.” Yəni, Allah: “heç vaxt qəbul etməzlər”-deyir. Məsələn, Mehdi (ə.s)-ın çıxış əlamətləri var, “Fəratın suyu kəsildi, Kəbəyə hücum edildi, Ay və Günəş tutulmaları baş verdi və ard-arda iki dəfə quyruqlu ulduz göründü” deyirik, amma üz döndərirlər. Ramazan ayında bir dəfə on beş gün arayla ard-arda Günəş və Ay tutulmalarının baş verməyi çox böyük bir hadisədir.
Kəbəyə tarixdə ilk dəfə ziyarətə (həccə) mane olacaq şəkildə hücum edilməsi də çox böyük bir hadisədir amma bir çoxları vecinə almır. “Həqiqətən təkzib etdilər, lakin, məsxərəyə qoyduqları şeyin xəbəri onlara tezliklə gələcəkdir.” Beləliklə, hz. Mehdi (ə.s)-ı da, İslam Birliyini də təkzib edirlər, məsxərəyə də qoyurlar, TRT kanalına çıxıb: “hz. İsa (ə.s) gələcəkmiş. Ölü necə gəlsin?”-deyə açıq-aşkar məsxərəyə qoyurlar, bu hal bir çox televiziya kanalında da müşahidə olunur. “Məsxərəyə qoyduqları şeyin xəbəri onlara tezliklə gələcəkdir”. Allah: “Həqiqət olduğunu görəcəklər”-deyir.
“Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün yanına”, yəni “zalım qövmün yanına dini təbliğ etməyə get”. Bəs zalım qövm kimdir? Bu, dəccaliyətdir. Bəs o dövrün Mehdisi kimdir? Bu, hz. Musa (ə.s)-dır. “Get o zalım qövmün yanına!”-deyir Allah, beləliklə, Allah zülmün aradan qalxmasını istəyir. “Firon xalqının yanına: “Məgər qorxmurlar?”, yəni Allah: “Allahdan qorxsunlar, Allaha təslim olsunlar”-deyir. “(Musa) Dedi:” Ey Rəbbim, həqiqətən mən, onların məni yalançı hesab edəcəklərindən qorxuram”, yəni Firon onsuz da yalançı hesab edəcək, amma yenə də davam edir və 13-cu ayədə bildirildiyi kimi:
“ürəyim sıxılır”-deyir, yəni Allahualəm çox həyəcanlandığına görə həm təzyiqi yüksəlir, həm də ürəyi çırpınır. Yəni o həyəcandan taxikardiya xəstəliyinə tutula bilərdi. Diqqət edin: “Ürəyim sıxılır, dilim də söz tutmur”-deyir. Bu səfər də həyəcandan danışa bilmir: “Dilim də söz tutmur”-deyir. “Buna görə Haruna da vəhy göndər”, yəni “Harun da mənə kömək etsin” deyir. Sonra da: “Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var”-deyir. “Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik”, beləliklə, Allah:
“Mən sizi seyr edirəm, görürəm, sizinləyəm. İkiniz də gedin”-deyir. “(Təxirə salmadan) Fironun yanına gedin və deyin ki,”-diqqət edin-“dərhal (təxirə salmadan)” deyir Allah, bəs biz adamlara nə deyirik? “Təxirə salmayın. Tələsin, tezliklə Türk İslam Birliyini quraq”-deyirik. Allah təxirə salmağı qadağan edir. “Təxirə salmadan Fironun yanına gedin və deyin: “Həqiqətən biz, aləmlərin Rəbbinin elçiləriyik, İsrail oğullarını bizimlə birgə göndər.” Onlar: “Yalnız bunu istəyirik”- deyirlər. Beləliklə: “Sənin vətənini tərk edəcəyik, torpaqlarını da sənə buraxacağıq, müsəlmanları bizimlə birgə göndər biz çıxıb gedəcəyik, başqa bir şey də istəmirik. Mal-dövlətində, torpağında, heç bir şeyində gözümüz yoxdur, heç bir şey istəmirik”-deyirlər. Amma Firon dəli olur, təşviş içində:
“Bunlar mənim vətənimi, torpaqlarımı əlimdən alacaq və hakimiyyəti də öz əllərinə keçirəcəklər“-deyir. Allahualəm, bu qorxusunun səbəbi, Tövratda hz. Mehdi (ə.s) ilə əlaqədar olan çox geniş məlumatlardır. Çünki, Tövratda hz. Mehdi (ə.s)-ın bütün dünyaya hakim olacağı barədə məlumat verilir. Allahualəm, məncə Onu oxuduğu vaxt dəli olmuşdur. “İsrail oğullarını bizimlə birgə göndərmək üçün (sənin yanına gəldik)”. Bax, təkcə bir şey istəyirlər, başqa bir şey istəmirlər. Bu Firon üçün də faydalı olardı, yalnız qövmü özləriylə bərabər aparacaqlardı. “Firon dedi: “Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərlə yanımızda qalmadınmı?” Mehdi (ə.s) da dəccaliyyətin içində böyüyəcək. Uşaqlığını da, ömrünün bəzi illərini də dəccaliyyətin içində keçirəcəkdir.