Hörmətli Adnan Oktarın 24 avqust 2011-ci il tarixli müsahibəsindən Hud surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR:Ya Allah, bismillah. Qurandan bir ayə oxuyaq, şeytandan Allaha sığınıram. Hud surəsi 109-cu ayədə deyilir: “Onların nəyə ibadət etdiklərinə şübhə etmə.” Bax belə, görəsən doğru ola bilərmi? Görəsən darvinizm, materializm doğru ola bilərmi? Darvinin dedikləri doğru ola bilərmi? Allah: “şübhə etmə”-deyir. “Əvvəllər, ataları necə ibadət edirdilərsə”, yəni şumerlər, misirlilər, qədim Yunanıstanda yaşayanlar necə darvinistdirlərsə, “bunlar da ancaq belə ibadət edirlər.” Eynilə onlar kimi inadkardırlar. O dövrlərdə hökm edən kommunist düşüncə, indi də hökmranlıq edir. “Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik.”
110-cu ayədə deyilir: “Həqiqətən, onlar Quran barəsində də şübhə doğuran şəkk içindədirlər.” Məsələn, “görəsən Quran kifayətdirmi? Quranda hər şey haqqında məlumat vardırmı? Quranda Allahın hökmləri tamamilə verilmişdirmi?” kimi şübhələrə düşürlər. Bilirsiniz ki, müşriklər Qurana şübhə edərlər, Allah isə Quranda hər cür hökmün ifadə edildiyini bəyan edir, inşaAllah.