Hörmətli Adnan Oktarın 21 oktyabr 2012-ci il tarixli reportajından Məryəm surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Məryəm surəsini oxuyum onlara, 19-cu surə, 22-ci ayədən başlayıram. Bu ikilərdə (22) bir şey var. Ona görə ikilərə əhəmiyyət verməliyik. Şeytandan Allaha sığınıram: “Beləliklə (Məryəm) uşağa hamilə qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.” İki dənə iki (22), burada bir doğumdan bəhs edilir, inşaAllah. “Beləliklə (Məryəm) uşağa hamilə qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.” Bu, həm hz. Mehdi (ə.s)-a, həm də hz. İsa (ə.s)-a işarə edir.

Uzaq bir yerə çəkilmə, kimsəsiz bir yerdə olmaq, düşmənlərindən uzaqlaşdığını bildirir. Əlbəttə ki, dostları, sevənləri olacaq amma hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a düşmən olan ondan nifrət edənlər çox alçaq, namərd olacaqlar. Müşriklər, it, köpək dəstəsi həm hz. Mehdi (ə.s)-a, həm də hz. İsa Məsih (ə.s)-a qarşı kinli olacaqlar. Anlaya bilmədikləri üçün, qavraya bilmədikləri üçün, gözləri dəccal gözü kimi olduğu üçün, nifrətlə yaxınlaşacaqlar. Ona görə uzaq bir yerə çəkildi deyə bildirilir, yəni, təhlükəsizlik məqsədiylə uzaqlaşır.

23-cü ayə: Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. Bu iyirmi üçüncü ayədir. Şeytandan Allaha sığınıram, mehdiyyətin doğum sancısına da işarə edir, inşaAllah. “… Onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi.” Deməli, xurma ağaclarının da olduğu bir yer olacaq. İstanbulda çoxdur xurma ağacı. Qırmızı xurma hər yerdə olar, inşaAllah. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Bu bir xətadır. Övliyalarda, Vəlilərdə olan xəta. Normalda bir müsəlman, bu şəkildə əlbəttə danışa bilməz. Bu, bir xəta, bir səhvdir. Amma nə qədər böhrana düşdüyünü, nə qədər çətin vəziyyətdə olduğunu, dəccaliyyətin mərhəmətsizliyini və namərdliyini, bir insanı nə qədər izdirablı, nə qədər acı çəkən bir vəziyyətə saldığını göstərən bu ayə mənalıdır.

Nə deyir mübarək hz. Məryəm anamız?: O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Çünki o qədər böyük bir böhtan var ki, iffətli, tərtəmiz bir insan həm haşa qeyri-qanuni əlaqəylə günahlandırılır, həm də o anda heç kimsəsi yox idi, kömək edən bir kəs yox idi, su axan bir yerdə, dağ başında bir yerdə tək idi. Həm doğum sancısı, həm o acı, yəni insanların böhtanı var idi. Həm tək idi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” Allahın imtahanı idi bu. Çox sıxıldığı üçün, Allah ona o zaman nə edir? 24-cü ayə: (Məryəmin) aşağı tərəfindən onu səsləyib dedi:

“Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.”Qəm yemə.”-deyilir.  (Kədərlənməyin) Hökmü nədir? Haramdır. Allahın əmridir. “Qəm yemə.” –buyuraraq kədərlənməyi qadağan edir Allah. Bu bir xətadır. Bu səhvi edir, Allah da qadağan edir: “Qəm yemə.” –deyir. Bunu Allah bir cür ona hisslə, vəhylə ürəyinə ilham edir. Yaxud açıqca duyduğu bir səs eşitdirir. “Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.” –deyir. Deməli, elə bir yer olacaq ki, orada həm səssiz, sakit həm meşəlik bir təpə olacaq, həm də bir su qaynağı və xurma ağacı olacaq. Meyvə ağacı da var, xurma ağacı da var.

İndi burada Quran açıqca təyin edir. “Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Yəni, üzərinə təzə xurma tökülsün, özünə tərəf silkələ. Deməli, budaq da yaxşıca sallanmışdır, yaxındır və hz. Mehdi (ə.s)-ın olduğu yerdə də ağac olacağına, insana çox yaxın olacağına işarə edir. Həm də hz. İsa Məsih (ə.s)-ın olduğu yerdə də ağacların insana çox yaxın olacağına, ağaclara, meşəyə yaxın olacağına işarə edir, bunu anlayırıq. “Özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.“-deyir Allah. Bu, həm də, doğuş vaxtı qadının bir şey tutduğunda, bir şeydən yapışdığında doğuşun daha asan olduğunu bildirir.

Onsuz da doğuş vaxtı qadınlarda bu, tətbiq olunan bir metoddur. Təzə xurma da, o halsızlıq anında, o yorğunluq anında, qadını qüvvətləndirir (güc verir). Deməli, həm də acdır. İmtahana bir baxın. Yemək yox, tək başına ac qalmışdır, Allaha çox şükür qaldığı yerdə həm su, həm də xurma var. Təzə xurmanın xüsusiyyəti nədir? Sulu olur, tez qana keçir, şəkər qana dərhal keçdiyinə görə qadın tez özünə gəlir. Çünki aclıqdan və yorğunluqdan insanların siniri (əsəbləri) zəifləyər. Sancıda da çox çətinlik çəkər. Əgər təhqir və böhtan varsa, daha da çox çətin vəziyyətdə qalar. Fövqəladə çətin vəziyyətdə olduğuna görə, bir dəfəyə Allah həm susuzluğunu, həm aclığını xurma ilə aradan qaldırır, təzə xurma yeməsi ilə, o vaxt, həm də vəhy aldığı üçün ürəyinə bir fərahlıq hissi gəlmişdir.

24 –cü ayə: Aşağı tərəfdən (Cəbrayıl (ə.s.)) ona səslənib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı. Deməli, müsəlman ən çətin anında belə hüznə qapılmamalı, qorxmamalı, kədərlənməməlidir və mövcud olan şərtləri də ən yaxşı şəkildə istifadə etməlidir. Məsələn, orada ağac olduğuna görə, ağacın budağını çəkir, çünki təzə (sulu) xurma var, onu istifadə edir, həm də hazır axan su var, o suyu istifadə edir. Uzaq bir yerə getməyi də məqsədəuyğun bir hərəkət idi, çünki izdihamlı yerdə olsaydı dedi-qodu çox yayılardı, çox söz-söhbət olardı, amma kimsəsiz bir yerdə doğduğu zaman, gizli qalacağı üçün onun lehinə idi, yəni hz. Məryəmin lehinə idi. Burada Allah, mövcud olan imkanları çox yaxşı istifadə etmənin əhəmiyyətinə diqqət çəkir, sanki daşdan su çıxartmaq kimi. Yəni, müsəlman, xeyir üçün hər cür imkanı istifadə etməlidir.

26-cı ayə: “Ye, iç gözün aydın olsun…” Deməli, aclıq insanlarda çətinlik, əsəbilik yarada bilər. Allah, Quranda bax buna diqqət çəkir. “Ye, iç.”-deyir Allah. Həm yemək yeyir, həm içir. Hər ikisini yeyib-içdikdən sonra bədəni rahatlaşır. Çünki su itkisi (susuzluq) sinirləri pozar, insanı əsəbi hala gətirər, gərginləşdirər, kədərlənməyə və hüznə qapılmağa sövq edər. Aclıq da elədir, Allah göstərməsin, çətindir. Ayənin ardında Allah belə buyurur: “Gözün aydın olsun.” Yəni, “səni sevindirəcəm, aydınlıq olacaq.”

Əgər kimisə görsən, de: “Mən Rəhman (olan Allah)-a oruc tutmağı nəzir etmişəm, bu gün heç kimlə danışmayacam.” Susma haqqını istifadə etmək kimi, yəni çətin anlarda insanlar bəzən tələm-tələsik bildiriş verərlər və çox çətin vəziyyətə qalarlar. Halbuki danışmazsa, bir az gözləsə, vəziyyəti yaxşıca qiymətləndirər, lehinə, əleyhinə olan vəziyyətləri yaxşıca qiymətləndirər, çox layiqincə ən uyğun açıqlamanı verər. Amma erkən edilən bir şərh, ümumiyyətlə çox əks təsir edə bilər. Məsələn, bəzi istiqamətini, yaxud öz üstünlüyünə dair olan qisimləri, öz əleyhinə olan qisimləri bilməyərək şərh edər və çox çıxılmaz vəziyyətdə qalar. Amma yaxşı analiz etdikdən sonra ediləcək şərhdə, hadisə tam yerinə oturacağı üçün, mükəmməl olar.

Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan.Bu, insanların xarakterində var. Dərhal zahirə baxıb günahlandırarlar. Araşdırmazlar, analiz etməzlər. Nə deyirlər?: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. İndi insanların ən çox qorxduqları, ən narahat olduqları şey bir şeyin batini (iç üzünü, daxili, gizli) tərəfini, həqiqi tərəfini araşdırmadan, insanları ittiham etmələridir, bu, Axırzamanın ən pis xüsusiyyətlərindən biridir.

28 –ci ayə: “Ey Harunun bacısı…” Harunun bacısı deyərək xüsusi xitab edirlər. Burada da bir işarə var, hz. İsa (ə.s) ilə hz. Harun (ə.s)-la bağlı bir işarə var. Yəni Quranda, Harun mövzusu, Tövratda da dəfələrlə təkrarlanır. Masonlar da dualarında Harunun saqqalından axan ətirli gözəl yağın paltarına düşməsini, hər mason iclasında dilə gətirər. Hz. Harun (ə.s)-ın saqqalından axan gözəl ətirli yağın, paltarının üstünə tökülməsində xüsusi bir sirr var.

Bu, sonra üzə çıxacaq bir hadisədir. Amma hələlik bu qədər. Diqqət edin burada, Quranda belə deyilir: “Ey Harunun bacısı…” Hz. Harun (ə.s)-a xüsusiilə diqqət çəkilir, “sənin atan pis kişi deyildi” , yəni nəsillərinin təmiz olduğuna dair işarə edilir, hz. Mehdi (ə.s)-ın hz. İsa Məsih (ə.s)-ın (nəsli) . “… Və anan da pozğun bir qadın deyildi.” Yəni sən yaxşı bir ailəyə məxsussan. Onu, ailəsiylə xəcalətli etməyə çalışırlar, baxın psixoloji təzyiq edirdilər. Atasına, ailəsinə, qohumlarına qarşı xəcalətli etmək üçün, tez-tez psixoloji təzyiq göstərirlər.

29 –cu ayə: Məryəm ona işarə etdi. Onlar dedilər:” Yəni, “Mehdidə olan bir uşaqla biz necə danışa bilərik?” –deyəcəklər. Baxın, burada Harun keçməyi, orada da hz. Mehdi (ə.s)-dan bəhs edilməsi çox qəribədir. Uşaq qucaqda ola bilər, yerdə, qundaqda, bələkdə, yastığın üstündə, yorğanın altında da ola bilər amma burada xüsusilə “Mehdidə olan” deyilir. Quranda, Mehdi sözü iki yerdə keçir, “Mehdidə olan”- yəni beşikdə olan. Amma bu, Allah tərəfindən xüsusilə seçilmiş bir sözdür. “Mehdidə olan”-yəni, Mehdiylə olan-“bir uşaqla necə danışaq?” “Mehdiylə yanaşı olan bir uşaqla necə danışaq”-deyir.

30 –cu ayə: (İsa) dedi:Körpə (hz. İsa (ə.s)) dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.”
31-ci ayə: “Harada oluramsa olum, məni mübarək etdi.” Yəni, Allah qatında, heç fərqi yoxdur. Diqqət edin: “Harada oluramsa olum, məni mübarək etdi.” Heç bir peyğəmbər bunu demir. “Harada oluramsa olum” –deyir, hələ uşaqkən qədərini bilir.

“Harada oluramsa olum” -hansı peyğəmbər deyir bunu? (Hz. İsa (ə.s)-dan başqa) heç bir peyğəmbər demir bunu. Yəni, yerdə və göydə, Allah qatında da “məni mübarək etdi.” Baxın burada, hələ uşaqkən, Allah qatına alınacağını bilir, qədəri müəyyən olub. “Harada oluramsa (olum) məni mübarək etdi.” Göydə müqəddəsdir? Müqəddəsdir. Çünki baxın deyir ki, Allah: “mələklər və Məsih, Allaha qulluq etməkdən çəkinməzlər” ibadət edərlər, yəni Məsih mələklərlə birlikdə ibadət edər. Ölü olanlar, axirətdə olanlar ibadət edirmi?

Etmirlər. Kim ibadət edir? Ancaq məsul olduqları üçün, Məsih ibadət edir, mələklər ibadət edir, Çünki ölməmişdir. Ölən ibadət etmir. Hz. İsa (ə.s) da ölmədiyinə görə, ibadət edir. “…Və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” Onsuz da xristianlara da Allah iki şey buyurur: “Namazınızı qılın, zəkatınızı verin” -deyir. Namazını qılıb zəkatını versə, Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etsə ayəyə görə müsəlmandırlar (müsəlman hesab olunurlar). Bütün elm Allah qatındadır, hər şeyin doğrusunu Allah bilir. Deməli, hz. İsa Məsih (ə.s) namazlarını qılırdı, zəkatını da verirdi. İndi xristian qardaşlarımız qılırlarmı? Qılmırlar. Nadir qılanlar var. Koreyadakı xristianlar isə qılır, buradakı bəzi xristianların da namazını qılan görürəm, zəkatını verən də çox nadirdir.

32-ci ayə: O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi. Hz. Mehdi (ə.s)-ın da (yalnız) anası olacaq, yetimdir, hz. İsa Məsih (ə.s)-ın da anası var, atası yoxdur, bilirsiniz, ata tərəfdən yetimdir. “Anama qarşı olduqca itaətkar etdi.” Yəni, anasını sevir. Məni zülmkar və bədbəxt etmədi.Deməli, hz. İsa (ə.s) şən olub, şən olduğunu anlayırıq. Yəni, “bədbəxt deyiləm”-deyir. Əksidir, şəndir. “Və zülmkar etmədi.” Bu, nə deməkdir? Yəni, demokrat, qan tökməyən, zülm etməyən, insanlara əzab verməyən, döyüşlərə qarşı olan deməkdir.

4

33-cü ayə: “Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Üç anımda da “salam üzərimədir” deyir. Günahsız peyğəmbərdir.

34-cü ayə: “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!

35-ci ayə: “Allaha övlad götürmək yaraşmaz.” -deyir Allah. “O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyər, o da dərhal olar.Yəni, təkamül keçirmədən, o da dərhal olar.

36-cı ayə: “İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur.” Yəni, Ondan başqa heç bir tanrı yoxdur.

37-ci ayə: “Sonra firqələrin arasında ziddiyyət düşdü.” Yəni, Protestantlar, Ortodokslar, Katoliklər. “Böyük günü görəcək kafirlərin vay halına!” Yəni, aralarındakı inkarçıları da Allah təhdid edir.

38-ci ayə: “Onlar Bizim hüzurumuza gələcəkləri gün, necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər. Lakin zalımlar bu gün açıq-aşkar bir azğınlıq içindədirlər.” Burada, xristian olan, amma küfrə düşmüş olanları Allah təhdidlə xəbərdarlıq edir. Müsəlmanlara da eyni şəkildə xəbərdarlıq edir Allah.

39-cu ayə: “Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə onları qorxut (xəbərdar et).” Deməli, biz xristian qardaşlarımıza da təbliğ edəcəyik. “Niyə danışırsınız?”-deyirlər. Allah “xəbərdarlığı, izah edin (bildirin)” deyir. Amma necə? “Gözəl bir rəftarla”-deyir Allah. “Ən gözəl sözlə onları xəbərdar edin”-deyir. “Allahın birliyinə dəvət edin”-deyir, zülm etməyin, üzməyin, qırmayın. “İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.” –deyir Allah. Onların aralarında olan imansızlar haqqındadır bu ayə.

40-cı ayə: “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib (varis) çıxacağıq.” Yer üzünə varis nə deməkdir? “Dünya hakimiyyətini quracağam”-deyir Allah. Dəccaliyyətin ömrü 40 ildir. Mehdiyyətin mübarizəsi də 40 ildir, bu da 40-cı ayədir. “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara”-yəni, üzərindəki bütün ölkələrə, bütün insanlara, dövlətlərə-“Biz sahib (varis) çıxacağıq”-deyir Allah, Dünya hakimiyyətini quracağını deyir. “Onların qayıdışı Bizə olacaqdır.” Yəni, “hamısı öləndə Bizə gələcəklər”-deyir Allah.

41-ci ayə: “Kitabda İbrahimi də yad et. Həqiqətən, o, düz danışan bir peyğəmbər idi.”
42-ci ayə:Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Biz də darvinistlərə deyirik ki, maddə görürmü? Görmür. Eşidirmi? Eşitmir. Şüuru varmı? Yoxdur. Eşitməyən, eşidəni necə yarada bilər? Görməyən, görəni necə yarada bilər? Şüuru olmayan şüuru yarada bilər? “Yox, maddə edər”-deyirlər. Maddə isə kordur, görmür, görməyənlər görməyəni hardan bilsin ki, hələ bir onu da yaratsın, kor maddə. Eşitmir, eşitmənin nə olduğunu bilmir, eşitməyi yaratdı deyirlər. Quranda da Allah buna diqqət çəkir.

Bir zaman o, atasına belə demişdi: “Atacan, Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Diqqət edin, “atacan” deyə xitab edir, dinsiz olmağına baxmayaraq İslamda, şəfqətin gözəlliyinə, əxlaqın necə olmasına Allah diqqət çəkir. Atası dinsiz, ateistdir, amma ateist olmağına baxmayaraq “atacan” deyə xitab edir və çox şəfqətlə, hörmətlə davranır, nəzakətlidir. Deməli, biz də istər kommunist olsun, istər ateist olsun, istərsə də darvinist olsun, kim olursa olsun, onlara təbliğ edərkən şəfqətlə, mərhəmətlə və ədalətlə yaxınlaşmalıyıq. İllərdən bəri izah etdiyimiz budur.

4

43-cü ayə:Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir.Yəni, “sən bunu bilmirsən amma mən bilirəm.”  Ardımca gəl ki, səni doğru yola yönəldim.” Yəni, “ardımca gəl səni İslam yoluna yönəldim”-deyir.

44-cü ayə: Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!Yəni, “şeytana qulluq etmə, dəccala ibadət etmə” “Həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! Yəni, “Allaha qarşı dikbaşlıq etmişdir, sən də (şeytana uyub) Allaha baş qaldırma”-deyir.

45-ci ayə: Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun Yəni, “cəhənnəmə getməyinə görə qorxuram, o zaman şeytana yoldaş olarsan.” Allah göstərməsin, “şeytanın dostu olarsan.”-deyir.

46-cı ayə: (Atası )dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!?Yəni, “Darvinist-materialist başçılarımdan üz çevirirsən? Sən mənə tabe olmursan.”-deyir. “Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm.” Yəni, “faciəvi şəkildə öldürərəm”-deyir. Uzun müddət məndən uzaq ol! Yəni, “(bir yerə) get, gözümə görünmə. Görsəm, öldürərəm səni”-deyir. Hz. İbrahim (ə.s)-ın şəfqətinə diqqət yetirin, Darvinist-materialist düşüncədəki atanın oğluna rəva gördüyü üsluba bir baxın. Daşlayaraq öldürmə, “faciəvi şəkildə öldürərəm səni və uzaqlaş” -deyir, övladıyla görüşmək istəmir. Buna baxmayaraq: (İbrahim) dedi: “Sənə salam olsun!” –dedi. Əxlaqa baxın. (Atası) onu öldürmək istəyir, o isə: “Sənə salam olsun!” –deyir. Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. “Allah səni bağışlasın” -deyir, çünki həqiqətən, O mənə qarşı çox lütfkardır.”-dedi.

48-ci ayə: Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edirəmYəni, atasından, ailəsindən ayrılır. Amma bəziləri deyir ki, “ata müqəddəsdir, atadan ayrılmaq olmaz.” İnkar edirsə olar, ayrılar. “Daşlayaraq öldürərəm”-deyir. Yəni, “öz dinimə dönəcəksən”-deyir. Əshabi-Kəhf nə edir? Ailəsindən ayrılır. Hz. İbrahim (ə.s) nə edir? Ailəsindən ayrılır, atasından ayrılır. Diqqət edin, yalnız “səndən ayrılaram” demir, “sizdən” –yəni, sənin ətrafında olan hər kəsdən deyir. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edirəmyəni, “inanclarınızı da tərk edirəm. Gedirəm”-deyir. “Və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım.” Yəni, “həmişə sevincli olaram, həmişə xoşbəxt olaram” deyir.

49-cu ayə: (İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yaqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik.”-deyir Allah.

50-ci ayə: Biz onlara öz mərhəmətimizdən əta etdik”-yəni, gözəl torpaqlar, evlər, imkanlar verdi Allah, hər şeyin başında iman durur, cənnətdə gözəl yerlər, onlara qarşı sevgi, hörmət-“və onlar üçün uca bir düzgünlük dili verdik.”-deyir Allah. Yəni, Quran dili, İslam dili, düzgünlük dili, dürüstlük dili.

51-ci ayə: Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində) çox səmimi idi. O bir elçi, bir peyğəmbər idi. –deyir Allah.

52-ci ayə: Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.-deyir Allah.

53-cü ayə: Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik. –deyir Allah. Diqqət edin, yenə hz. Harun (ə.s)-a diqqət çəkilir.

1