Hörmətli Adnan Oktarın 6 noyabr 2012-ci il tarixli reportajından Həcc surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah Həcc surəsi, 16-cı ayəsində belə buyurur: Beləcə, Biz (Quranı) açıq-aydın ayələr kimi nazil etdik.” Yəni ayələr “üstüörtülü deyildeyir Allah. Çox dəqiq başa düşülür. “…Açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir. Yəni, Allahın hidayətə yönəltdiyini dəlalətə salmaq olmur, dəlalətə düşmür, əlhəmdülillah. Dəlalətə saldığını da hidayətə çatdırmaq mümkün deyil, yəni nə etsən də mümkün olmaz. “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər (inkar edənlər) üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.Yəni, cəhənnəmdə, geydikləri paltarlar onlara alov kimi görünəcək. Onlara alovdan ibarət paltarlar paylanılar. Amma bu paltarlar bizim bildiyimiz alov kimi deyil. “…Başlarına da qaynar su töküləcəkdir”-deyir Allah. Bu da bizim başa düşdüyümüz qaynar su deyil. Bu, cəhənnəmin suyudur, o ayrı bir şeydir. Məsələn, “hüceyrələrə kimi təsir edər” deyir Allah. “Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır.” Bu da bizim bildiyimiz dəmir deyil, cəhənnəm dəmiridir, cəhənnəm qamçısıdır. Orada bütün fizika, kimya qanunları, qaydaları fərqlidir, yəni maddənin quruluşu fərqlidir. Bu səbəbdən bizim bildiyimiz dəmir mənasında deyil.

1391583660_qurani_kerim_00001