Hörmətli Adnan Oktarın 6 noyabr 2012-ci il tarixli reportajından Nəml surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Hz. Süleyman (ə.s) deyir ki, Hüdhüdə: “Baxaq görək, sən doğru deyirsən“ Yəni birindən bir xəbər gələndə dərhal bundan əmin olmaq olmaz. Nə deyir? “Baxaq görək doğru deyirsən” Elə deyilmi? Yəni kor-koranə inanmaq olmaz. Araşdırmaq lazımdır. “Yoxsa yalançılardansan? Mənim bu məktubumu apar onların yanına at.“ Deməli, təbliğ poçta ilə də olar, kitab göndərərək də olar, uzaqdan da olar. Mütləq getmək şərt deyil. “Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur“ Çünki bir az fikirləşməli, oxumalıdırlar. Yəni, kitabı, bir yazını verər-verməz gedib dərhal “qənaətin nədir?” soruşulmamalıdır.
Bir az düşünməkləri, araşdırmaqları üçün uzaqlaşmalı, bir az uzaqda dur və vaxt verilməlidir. “…Bir gör nə cavab verəcəklər!“ Yəni necə reaksiya göstərəcəklər? Burada, Quran, insanları analiz etməyin, hadisələri analiz etməyin vacib olmasına diqqət çəkir. Analiz edərək hərəkət etmək, vəziyyətə görə davranmaq, vəziyyət dəyişdikcə də davranışı ona görə tənzimləmək lazımdır. Səba Məlikəsinə məktub veriləndən sonra: “(Qadın) dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı.” Deməli (ətrafindakılarla) məsləhətləşir. “O (məktub) Süleymandandır və (məktubda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə!“ “Bismillahir Rəhmanir Rəhim.”-deyilir. Bizim də hər kitabımız “Rəhman və Rəhim olan Allahın Adıyla” başlayır. Bütün kitablarımızda var.
Hz. Süleyman (ə.s) da məktubunu bu sözlərlə başlamışdır. “Rəhman və Rəhim olan Allahın Adıyla”, “Bismillahirrəhmanirrəhim”. Və Möhr-ü Şərif, Allah, Rəsul Məhəmməd, inşaAllah. Kitablarda o möhürü yaradan da Allahdır, maşaAllah. “Mənə qarşı təkəbbür göstərməyin.” Çünki ən əhəmiyyətli şey eqoistlikdir. Təkəbbürlü olana təbliğ edə bilməzsən, bir şey edə bilməzsən. Əvvəl eqoistliyi getməlidir. Allaha qul olduğunu bilməlidir. “Və yanıma müti (müsəlman) olaraq gəlin” –yazılıb. Yəni iman etmələrini təlqin edir. (Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin (məsləhət verin).”
Burada müşavirələrin vacibliyi vurğulanır. Qadın liderdir (başçıdır) amma müşavirə aparır (məsləhətləşir). O dövrün prezidentidir, dövlət başçısıdır lakin zadəganların, yəni bilən insanların rəyini də soruşur. “Bu iş barəsində mənə rəyinizi bildirin (məsləhət verin).” Yəni “sizin düşüncəniz, fikriniz nədir?” “ Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”-deyir. Yəni, “müşavirə aparmadan, şahidliyinizi, fikrinizi bildirmədən mən qərar vermərəm” deyir. Müşavirə aparmaq (məsləhətləşmək)-ən ağıllı, ən düzgün hərəkətdir. Peyğəmbərlər də müşavirə aparırdı, hakimlər də müşavirə aparmalıdırlar. Olmamalıdır deyirlər. Elə biz də, ona görə müşavirənin vacibliyini, əhəmiyyətini bildiririk.