İçeriğe geç

Yusif surəsi, 1-5, 7, 21-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 9 noyabr 2012-ci il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Quranı açanda Yusif surəsi çıxdı. Rəhman və Rəhim olan Allahın adıyla, 1-ci ayə: “Əlif Lam Ra.” Kim bilir bu nə şifrədir. “Əlif Lam Ra. Bunlar açıq-aydın Kitabın ayələridir.” (Yusif surəsi, 2) “Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.” Yəni “düşünüb, təffərüatlarını araşdırıb, dərin təfəkkür edərək, içindəki hikmətləri tapmağa çalışın. O inciləri, mərcanları, o gözəl ləl-cəvahiratları Quranda tapın, araşdırın və ağıllı fikirləşsəniz, taparsınız”  deyir Allah.

3-cü ayə: “Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəni danışırıq.” Diqqət edin, həmişə Qurana diqqət çəkilir, Qurandan başqa heç bir şeyə diqqət çəkilmir, Allah: “Ən gözəl hekayələr var burada”-deyir, yəni Qurandadır. Məsələn, Quranda Yusif qissəsi, hekayələr çox əhəmiyyətlidir.” “Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.”-deyir Allah. Bizim də çox şeydən xəbərimiz yox idi. Peyğəmbərimiz (s.ə.v)-ə də vəhy edilir. Məsələn,

4-cü ayə: “Bir zaman Yusif atasına dedi:” “Atacan”-şəfqət dolu bir ifadədir- “Atacan! Mən (yuxuda) on bir ulduz…“ Bilirsiniz ki, Yusifin atası İsrail idi (yəni adı İsrail idi). “Yuxuda on bir ulduz”-deyilir ayədə. Yusif surəsi 111 ayədən ibarətdir, 12-ci surədir, amma baxın 111 ayədir. Ayədə nə deyir? “11 ulduz və Günəş” –deyilir. Neçə edir? 12 edir (sayı). Amma ayədə 11-ə diqqət çəkilmişdir. “Günəşi və Ayı gördüm, mənə baş əydiyini də gördüm” -demişdi. Burada bir sirr var, 11 ulduz Günəş və Ay. Bilirsiniz ki, dünya ölkələrinin demək olar ki, hamısı həmişə ulduzdur (bayraqlarında ulduz işarəsi olur). İslam ölkələrində də həmişə Ay şəkli olur. Yaxud Türkiyənin bayrağında olduğu kimi bayraqlarında, emblemlərində ay və ulduz şəkli var. Günəş, Ay və ulduz dünya bayraqlarında hakim olan əlamətlərdir. 11 ulduzun əlbəttə hamısı tabe olacaq, inşaAllah. Kimə tabe olacaq? Hz. Mehdi (ə.s)-a, Allahın izni ilə.

6-cı ayə: “Beləcə, Rəbbin səni seçəcək …” Ayə 2018 tarixini verir. Biz 2012-ci ildəyik. Az qaldı 2018-ci ilə. “Beləcə, Rəbbin səni seçəcək.”

7–ci ayə: “Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.” Yusif (ə.s) və qardaşı kimdir? Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s). Əbcədi neçədir? Onun da əbcədi 2019-cu ili verir. Diqqət edin, 6-cı ayə 2018, bu ayə isə 2019-cu ili verir. “ Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır .” Bu, neçənci ayədir? 7-ci ayədir. Yusif (ə.s)-la 7 rəqəminin əlaqəsi Yusif surəsində də keçir. Yeddilər həmişə hakimdir. “Beləcə, Rəbbin səni seçəcək” (Yusif surəsi, 6)-əbcədi 2018-ci ili verir. “Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.” (Yusif surəsi, 7)-əbcədi 2019-cu ili verir.

21-ci ayə: “Allah Öz işini qələbə ilə başa çatdırandır.“ Əbcədi 2014-cü ili verir. Az qaldı 2014-cü ilə. Diqqət edin, Yusif surəsinin sirlərindəndir. “Allah Öz işini qələbə ilə başa çatdırandır.“ -əbcədi 2014-cü ili verir.

qurani-kərim

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz