Header

Nisa surəsi, 76, 156, 157, 159-cu ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 11 noyabr 2012-ci il tarixli söhbətindən Nisa surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Nisa surəsi, 76-cı ayədə Allah belə deyir, şeytandan Allaha sığınıram: “İman gətirənlər Allah yolunda vuruşurlar (mübarizə aparırlar)” Nə edirlərmiş? Sırf namaz deyil, ömür boyu Allah yolunda mübarizə aparırlar. “…Kafirlər isə Şeytan (dəccal) yolunda vuruşurlar.” Mübarizə apararlar, səy göstərərlər. Dəccaliyyəti hakim etmək üçün mübarizə apararlar. “O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! “-deyir Allah, yəni elmlə, mədəniyyətlə səy göstərin, mübarizə aparın. “Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!“ Bu, necə olur? Darvinizmi görürsünüz, olduqca gücsüz, çox asanlıqla elmlə, mədəniyyətlə təsirsiz hala gətirə bilirik. Çünki şeytan insanlarla əylənir. “Siz təsadüflər nəticəsində palçıqdan yarandınız. İlk atanız mikrob olub”-deyir. İnsanlar da, ‘həqiqətən, düz deyir”-deyirlər.

“İsa, Əyyub, Yunis və Harun.” Nə gözəl Peyğəmbər adlarıdır. Bu ayə oxunanda çox xoşuma gəlir. Məsələn Yaqub, Davud çox gözəldir.

165-ci ayə, şeytandan Allaha sığınıram: “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, artıq insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın.“- deyir Allah. Sonra “mənim xəbərim yox idi, bilmirdim, etmirəm” deməyin deyir, Allah. Xüsusilə buna görə “göndərdim” deyir.

157-ci ayə: “Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər.”-deyir Allah. Ərəbcə “Ma katelehu”-dur yəni, çarmıxa çəkmədilər (asmadılar). “Onlara ancaq (İsanın) bənzəri göstərildi.“-deyir Allah. Yəni, ona oxşar bir insan göstərildi. Belə ayə yalnız hz. İsa Məsih (ə.s) haqqında keçir. Allah bütün peyğəmbərlərə “öldü” deyir. Yeganə hz. İsa Məsih (ə.s) üçün demir. “Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.” “Ma katelehu”-deyir Allah, yəni qətlə yetirmədilər. Bir daha vurğulayır Allah. Bu, sırf hz. İsa Məsih (ə.s)-a aid bir xüsusiyyətdir.

159-cu ayədə Allah and içir və belə buyurur: “And olsun ki, Kitab əhlindən elə kimsə yoxdur ki, (İsanın) ölümündən əvvəl ona iman gətirməsin.” Yəni, “hamısı iman edəcək”-deyir Allah. Bu, ancaq hz. İsa Məsih (ə.s)-ın enişiylə mümkün olar, inşaAllah. “Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır.“ Hamısı toplananda, hz. İsa Məsih (ə.s) hamısına şahid olar.

Hz. Mehdi (ə.s)-ı təqribən təxmin edə bilirik. İstanbulda, Türkiyədə olduğu müəyyənləşdirilib, amma hz. Məsih (ə.s) özünü çox yaxşı gizləyir, görə bilmirik. İndiyə kimi görə bilmədik. Lakin, hz. Mehdi (ə.s) qoxusundan, əlamətlərindən tanınır. Nə qədər çırpınsalar da müəyyən edilir. Əlamətlər çoxdur. Bir, iki deyil, çox böyük möcüzədir. Mən mehdiyyətin belə zühur edəcəyini bilmirdim. Bir əlamət olar, iki olar, üç olar, dörd olar, beş olar, on olar, iyirmi olar. Üç yüz əlamət olarmı? MaşaAllah. Ən incə təffərüatlarına kimi bildirilib. “Qaşı belə, gözü belə, burada çıxacaq, orada çıxacaq, belə olacaq…” və s. Çox böyük möcüzədir. Rəsulullah (s.ə.v)-in möcüzələrini gizlətməməlidirlər.

quran

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313