Hörmətli Adnan Oktarın 11 noyabr 2012-ci il tarixli söhbətindən Nisa surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Nisa surəsi, 76-cı ayədə Allah belə deyir, şeytandan Allaha sığınıram: İman gətirənlər Allah yolunda vuruşurlar (mübarizə aparırlar)” Nə edirlərmiş? Sırf namaz deyil, ömür boyu Allah yolunda mübarizə aparırlar. …Kafirlər  isə Şeytan (dəccal) yolunda vuruşurlar.” Mübarizə apararlar, səy göstərərlər. Dəccaliyyəti hakim etmək üçün mübarizə apararlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun!-deyir Allah, yəni elmlə, mədəniyyətlə səy göstərin, mübarizə aparın. Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir! Bu, necə olur? Darvinizmi görürsünüz, olduqca gücsüz, çox asanlıqla elmlə, mədəniyyətlə təsirsiz hala gətirə bilirik. Çünki şeytan insanlarla əylənir. “Siz təsadüflər nəticəsində palçıqdan yarandınız. İlk atanız mikrob olub”-deyir. İnsanlar da, ‘həqiqətən, düz deyir”-deyirlər.

“İsa, Əyyub, Yunis və Harun.” Nə gözəl Peyğəmbər adlarıdır. Bu ayə oxunanda çox xoşuma gəlir. Məsələn Yaqub, Davud çox gözəldir.

165-ci ayə, şeytandan Allaha sığınıram: Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, artıq insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın.“- deyir Allah. Sonra “mənim xəbərim yox idi, bilmirdim, etmirəm” deməyin deyir, Allah. Xüsusilə buna görə “göndərdim” deyir.

157-ci ayə: “Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər.”-deyir Allah. Ərəbcə “Ma katelehu”-dur yəni, çarmıxa çəkmədilər (asmadılar). Onlara ancaq (İsanın) bənzəri göstərildi.“-deyir Allah. Yəni, ona oxşar bir insan göstərildi. Belə ayə yalnız hz. İsa Məsih (ə.s) haqqında keçir. Allah bütün peyğəmbərlərə “öldü” deyir. Yeganə hz. İsa Məsih (ə.s) üçün demir. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.” “Ma katelehu”-deyir Allah, yəni qətlə yetirmədilər. Bir daha vurğulayır Allah. Bu, sırf hz. İsa Məsih (ə.s)-a aid bir xüsusiyyətdir.

159-cu ayədə Allah and içir və belə buyurur: “And olsun ki, Kitab əhlindən elə kimsə yoxdur ki, (İsanın) ölümündən əvvəl ona iman gətirməsin.” Yəni, “hamısı iman edəcək”-deyir Allah. Bu, ancaq hz. İsa Məsih (ə.s)-ın enişiylə mümkün olar, inşaAllah. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. Hamısı toplananda, hz. İsa Məsih (ə.s) hamısına şahid olar.

Hz. Mehdi (ə.s)-ı təqribən təxmin edə bilirik. İstanbulda, Türkiyədə olduğu müəyyənləşdirilib, amma hz. Məsih (ə.s) özünü çox yaxşı gizləyir, görə bilmirik. İndiyə kimi görə bilmədik. Lakin, hz. Mehdi (ə.s) qoxusundan, əlamətlərindən tanınır. Nə qədər çırpınsalar da müəyyən edilir. Əlamətlər çoxdur. Bir, iki deyil, çox böyük möcüzədir. Mən mehdiyyətin belə zühur edəcəyini bilmirdim. Bir əlamət olar, iki olar, üç olar, dörd olar, beş olar, on olar, iyirmi olar. Üç yüz əlamət olarmı?  MaşaAllah. Ən incə təffərüatlarına kimi bildirilib. “Qaşı belə, gözü belə, burada çıxacaq, orada çıxacaq, belə olacaq…” və s. Çox böyük möcüzədir. Rəsulullah (s.ə.v)-in möcüzələrini gizlətməməlidirlər.

quran