Hörmətli Adnan Oktarın 12 noyabr 2012-ci il tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Bəqərə surəsi, 247, şeytandan Allaha sığınıram: “Allah Talutu sizə hökmdar (məlik, padşah) göndərdi!”Yəni, hz. Mehdi (ə.s)-ı kral, lider olaraq göndərdi, hz. Mehdi (ə.s)-a işarə edilir. Çox təəcüblüdür, bu ayənin bir əbcədi var, 1979-cu ili (Hicri 1400) verir. Çox maraqlıdır. Yalnız hz. Mehdi (ə.s)-ın tarixini verir, başqa bir tarixi vermir. Talut hekayəsində ancaq bir kraldan və bir liderdən bəhs edilir ki, bu da birbaşa hz. Mehdi (ə.s)-ı izah edir, inşaAllah. Hz. Mehdi (ə.s)-a işarədir bu. “Allah sizə Talutu hökmdar göndərdi” yəni Mehdi göndərdi. Əbcədi, şəddəli 1979-cu ili (Hicri 1400) verir. Bu dəqiq və açıq şəkildə verilib. Diqqət edin, xurafatçılar o dövrdə onun liderliyini həzm edə bilmirlər.
“ Onlar isə: “Biz hökmdarlığa daha çox layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?”“-deyirlər. Yəni, “biz daha da elmliyik, aramızda müəllimlər, alimlər var. O kimdir (haşa)? Bir də mal-mülk sahibiyik, imkanlıyıq, siyasi gücümüz var, imkanımız var. Biz varkən o kimdir, niyə o (hökmdar, elçi) olmalıdır.”-deyirlər. “(Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir.” Heyrətlidir, “Allah sizdən ötrü onu (bəyənib) seçmiş” deyir Allah, 1996-cı ilə işarə edir.“Allah Öz mülkünü (səltənətini) istədiyinə verər.” Ayənin əbcədi 1989-cu ilə işarə edir. “Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!” Ayənin əbcədi 2036-cı ili verir.
Ayə ard-arda gəlir. Quran sanki mehdiyyətin tarixini verir. Əbcədi də ardıcıldır. Və burada Tabutun-Müqəddəs Sandığın tapılmasından bəhs edir Allah, hansı ki, hz. Mehdi (ə.s) çıxaracaq, bilirsiniz. “Onun hökmdarlığının əlaməti“ –yəni Mehdiliyinin sənədi, sübutu-“sizə bir sandığın gəlməsidir.” Allah Quranda, Tabutu Səkinə, Müqəddəs Sandıq deyir, baxa bilərsiz. Hz. Musa (ə.s)-ın sandığı. “Onun içində Rəbbinizdən bir arxayınlıq, rahatlıq var“- yəni, ürəyinizə bir fərahlıq və rahatlıq, iman zəmanəti gələcək, ürəyiniz rahatlaşacaq. ‘Mehdi Tabutu gətirib Məscid-i Əqsanın önünə qoyanda, bütün xristian və müsəlmanlar kütlə halında müsəlman olarlar.
Peyğəmbərimiz (s.ə.v) deyir ki, hələ Mehdi dövründə, hz. İsa Məsih çıxmadan, Tabutu görməklə çox böyük bir kütlə müsəlman olar. “Tabutu-Səkinə”, o Müqəddəs Sandıqdan bəhs edilir. “Həmçinin Musa və Harun nəslindən“- baxın çox mənalıdır-“həmçinin Musa və Harun nəslindən qalan şeylər var” , deyir Allah. Yəni, “əşyalar, o Sandığın içindədir”– deyir Allah. “Onu mələklər gətirəcək” –yəni, mələklər qoruyur sandığı. Hal-hazırda gizli saxlanılır bu Sandıq, mühafizə olunur. “Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir.” Nəyə dəlil var? Hz. Mehdi (ə.s)-ın, hz. İsa Məsih (ə.s)-ın haqq olduğuna inşaAllah. O dövrdə də Allah dəlil olaraq göstərir Tabutu, Tabut-u Səkinəni.
“Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır.“ Yəni, içi doludur. Bir kasa manna var, bağlı şəkildə original vəziyyətdə, o dövrün mannasıdır. Hz. Musa (ə.s)-a gələn o həblərdən biri, bir parçasıdır. Hz. Süleyman (ə.s)-ın əsası, yəni əsasının bir parçası, hissəsi kimi var, bütöv deyil. Köynəkləri, paltarları var. Çox müqəddəs əmanətlər var onun içərisində. O sandığın bir xüsusiyyəti də, xarab olmamağıdır. Allah elə bir möcüzə yaradıb ki, maşaAllah, içindəki əşyalar xarab olmur. Onsuz da içindəkilər xarab olan şeylər deyil, yəni çürüyən əşyalar deyil. Manna onsuz da xarab olan şey deyil. Açıq-aşkar mehdiyyət izah edilir burada. Diqqət edin: “Allah sizin üzərinizə onu hökmdar seçdi.”-deyir.
Ayənin əbcədi1996-cı ili verir. Bir tarix var. Mehdiyyətin ən çətin illəri, inşaAllah. Şəddəli 2027-ci ili verir. O da, dünya hakimiyyətidir, inşaAllah. “Allah Öz mülkünü istədiyinə verər.” Yəni dünya mülkünü. Kimə verəcək? Hz. Mehdi (ə.s)-a, inşaAllah. Mülk dedikdə həm siyasi güc, həm mal, hər şey nəzərdə tutulur, inşaAllah. “Allah (Öz lütfü və kərəmi ilə) genişdir.” Baxın “Allah sizə Talutu hökmdar (padşah, kral) göndərdi.” Yəni, Mehdi (ə.s)-ı hökmdar (padşah, kral) göndərdi. Dəqiq tarixi 1979-cu ili verir, açın baxın. Xurafatçılar o zamanlar da o dövrün Mehdisini heç cür həzm edə bilməmişdilər.
“Biz hökmdarlığa daha çox layiqik”-deyirlər. “Elm bizdə, irfan bizdə, mal bizdə, mülk bizdə, siyasi güc bizdədir. O kimdir? Talut necə (hökmdar) olar? “ Deyirlər. “Allah sizdən ötrü onu seçmiş” deyir Allah və “Tabutu (sandığı) da ona dəlil kimi verirəm” deyir Allah. Açıq-aşkar mehdiyyətdən bəhs edilir, çox dəqiq, aydın şəkildədir. Talut və Calut, yəni Talut o dövrün Mehdisidir, Calut isə o dövrün dəccalıdır. “Beləliklə, onları, Allahın izni ilə darmadağın etdilər.” (Bəqərə surəsi, 251) Bu ayənin əbcədi 2029-cu ili verir. Bu bir möcüzədir. Niyə 3418 deyil? Niyə 1515 deyil? Niyə 4758 deyil? Məhz 2029 tarixini verir. “Davud Calutu öldürdü.” –deyilir ayədə. Yəni mənəvi cəhətdən dəccaliyyəti məhv edir, yerlə bir edir, inşaAllah.
“Allah da ona hökmranlıq və hikmət verdi.” Yəni hakimiyyət və hikmət, gözəl danışmaq qabiliyyəti verdi. “Ona istədiyini öyrətdi. Allah aləmlərə qarşı böyük fəzl və ehsan sahibidir, çox lütfkardır.” Əbcədi 2024-cü ili verir. Dolu ayələrdir, maşaAllah. “Bunlar, Allahın ayələridir. Biz onları sənə bir haqq olaraq oxuyuruq”-deyir Allah. Şeytandan Allaha sığınıram: “Sən də göndərilən elçilərdənsən.” Yəni, Allah Peyğəmbərimiz (s.ə.v)-ə “Mehdilərdənsən” deyir. “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq.”–dedilər. Zəiflik anını, gücsüzlüyü izah edir. Onun əbcədi də 1942-ci ili verir, İkinci Dünya Müharibəsinin dövrü. “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq.“- deyirlər, dəccaliyyətin başlanğıc illəri, dəccaliyyətin ən azğın illəri, 1942-ci ili verir.
Heyrətlidir, Bəqərə surəsi, doludur (zəngindir). “Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik.” (Bəqərə surəsi, 253). 2017-ci ili verir. “Və onu müqəddəs Ruh (Cəbrayıl) ilə qüvvətləndirdik. Kim Tağutu inkar edib, Allaha iman gətirsə, o heç vaxt qırılmayan, möhkəm bir ipdən yapışmış olar.” (Bəqərə surəsi, 256) Ərəbcə:“Hablullahul mətn. Urvetul vusqa. Sıratul müstəqim.” Allahın qopmayan, qırılmayan ipi, doğru yol deməkdir. Şeytandan Allaha sığınıram: “O heç vaxt qırılmayan, möhkəm bir ipə yapışmış olar.” Yəni “heç vaxt qırılmaz” deyir Allah. “Qırılmaz” deyir Allah. Allahın Kitabına bağlanandan sonra, qopmaz, yıxılmaz. “Allah Eşidəndir, Biləndir” Bəqərə surəsi sirlərlə doludur. Bir, iki, on, iyirmi deyil. Gün gələcək rahat-rahat izah edəcəyik.
Amma indi deyə bilmərik, necə deyim?. (Buna dair) Çox mövzu var. “Harunun ailəsindən qalan (bəzi) şeylər vardır.” İndi bu ayəni şərh etsək, müxtəlif mənalar ortaya çıxacaq, ona görə izah edə bilmərik. Vaxtı gələndə izah edərik, inşaAllah. Baxın bunu heç kim unutmasın. “Allah sizə Talutu padşah (Məlik, Mehdi) olaraq, göndərdi”– deyir Allah. Min dörd yüz illik tarixdə yalnız bir əbcədi var,1979-cu ili verir, çox dəqiqdir. Elə deyilmi? 1978, 1977-ci il də ola bilərdi. Yalnız Mehdinin tarixini verir. Tam gəldiyi tarix. “Allah sizə Talutu padşah (Məlik) olaraq göndərdi”– deyir Allah. Bir yerdən başqa yerə gəldi. 1979-cu ildə vəzifəyə başladı. “Allah Onu sizin üzərinizə seçdi.” Bu ayə də 1996-cı ili verir.
“Elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah Onu sizin üzərinizə seçdi.” Ayənin əbcədi 2027-ci ili verir. 1996 və 2027-ci illər.Bu illər, mehdiyyətin iki əhəmiyyətli tarix və dönüş nöqtəsidir, inşaAllah. “Allah Öz mülkünü istədiyi kəsə verər.” Yəni, həsəd aparsan da, çırpınsan da, mehdiyyəti dayandırmaq istəsən də, şəxsi-mənəvi desən də, “Mehdi öldü məzarın altındadır” desən də, “üç yüz il sonra gələcək” desən də, “niyə bizim təriqətdən çıxmır” desən də, yenə qarşısını ala bilməzsən, Mehdi mütləq çıxar. Bax “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir.” Çox dəqiq bir ifadədir. Yəni,”Sandığı gördükdə O, Odur” deyir Allah. Müqəddəs sandıqdır.
“Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq.” “Rahatlaşacaqsınız”-deyir Allah, yəni içinizə bir arxayınlıq hissi gələcək, ürəyiniz rahatlaşacaq. “Üzərinizdəki o ağırlıq, çətinlik, şübhələr gedəcək, qəti qənaətiniz gələcək” deyir Allah və rahatlaşacaqsınız. “Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır.” Siyahısını, yəni o müqəddəs əmanətlərin nələr olduqlarını Rəsulullah (s.ə.v) uzun-uzadı bildirmişdir. Bütün parçalarını bir-bir sayaraq, məsələn, bu şey, filan şey olacağını Rəsulullah, hamısını bildirmişdir. “Onu mələklər gətirəcək”-deyir Allah. İstədiyiniz qədər axtarın. İsrail, gecə-gündüz axtarır, hal-hazırda da fəaliyyətləri davam edir.
Həmişə bu müqəddəs sandıq axtarılır. Masonlar da axtarır, tampliyerlər də ayrıca axtarırlar, İsrail hökuməti də bu müqəddəs sandığı tapa bilmək üçün çox böyük bir büdcə ayırıb. Axtarırlar. Allah nə deyir?: “Onu mələklər gətirəcək.” Allah mələklərə qorudur. Görsən də, görə bilməzsən. Məsələn, mağaraya girərsən, gözünün önündə olar, üstünü bir toz örtər, qaya zənn edərsən, görməzsən. Yeddi sülalən bir yerə yığılsa da, yenə görə bilməzsən, inşaAllah. Üstünə çıxıb oturarlar, xəbərləri olmaz, “burada yoxdur” deyər. “Əgər möminsinizsə, bunda sizin üçün qəti bir dəlil vardır”-deyir Allah. “Bunda bir dəlil var”-deyir sizə. O dəlili heç kim görməzlikdən gələ bilməz. Üç min il sonra müqəddəs sandıq olacaq.
Üç min il sonra, inşaAllah. Eyni orijinal halıyla, əlbəttə hərdən, müxtəlif tarixlərdə o sandıq çıxarılmışdır, lakin üç min illik orijinal halıyla. Qulpu Akasiya ağacının budağındandır və üstü qızıldandır, böyük sandıqdır. Hz. Musa körpə olanda o sandığın içində idi, canım mənim. Anasının hz. Musa (ə.s)-ı içinə qoyduğu sandıqdır, akasiya ağacından düzəldilib, möhkəm bir sandıqdır. Firon onu, o sandığı (hz.Musa ə.s-ın) uşaqlığının bir xatirəsi olsun deyə saxlamışdı. Hz. Musa (ə.s)-ı tapdıqları zaman gizlətmişdilər, çünki hz. Musa (ə.s)-a yanlarında baxırdılar, o sandığı ona görə gizlətmişdilər. Elə həmin sandıq sonra müqəddəs sandıq oldu. Üstü qızılla örtüldü, qulpları Akasiya ağacının budağıyla düzəldildi, üstündə qanadlı uşaq, balaca uşaq şəkillərindən bəzəklər var, saf qızıl ilə örtülüdür.
Amma xüsusi bir quruluşu var, içində xüsusi bir daş var, yaşıl bir daş, onu da görəcəyik. Maraqlı, qeyri-adi bir sandıqdır. Əgər sahibi açmasa, hər hansı bir insan açsa adamı yandırar. Mütləq sahibi açmalıdır, onun açılışı üçün Allahdan xüsusi icazə lazımdır, inşaAllah. Düzdür, hz. Musa (ə.s) sandığı vəhylə təmir etmişdir. Akasiya (Şitaym) deyilən ağacdan düzəldilmişdir. İbranicə, Akasiya Şitaym adlanır, dördbucaqlı bir qutu kimidir. Bu sandığın içi və üstü saf qızıl ilə örtülmüşdür. İyirmi dörd əyyar, təmiz qızıldandır. Sandığın içində o lövhələrdən biri (hz.Musa ə.s-ın yazdığı lövhə), daş lövhələrdən biri, qızıl bir kasa, orijinalı, az-çox bənzəyir, hz. Harun (ə.s)-ın əsası var içində, inşaAllah.
Normalda üstü bez örtüklə örtülüdür. Açıq surətdə hər kəsə göstərilmir. Üstü bez örtüklə örtülüdür, bağlıdır. Əgər icazəsiz biri açsa, sandıqdakı yaranan cərəyan, o insanı təsirsiz hala salar. Elə bir qurğusu var sandığın və bu xüsusiyyətini həmişə qoruyan bir sandıqdır. Adi bir sandıq deyil ki, istədiyin kimi qapağını açasan. Bu sandıq, Həzrəti Musa (ə.s) tərəfindən aparılmışdır. Fironun ən narahat olduğu nöqtə bu olmuşdur. Sandığı apardığına görə çox əziyyət çəkmişdir. Çünki Firon o sandığa çox əhəmiyyət verirdi. Heç kimin toxunmasına icazə verilməmişdir. Səhrada birlikdə daşımışdılar, Həzrəti Musa (ə.s) qırx il səhrada gəzdi, həmişə də yanında daşımışdır o sandığı. Yəni qırx il yanında gəzdirmişdi, inşaAllah.
Gizli bir mağarada saxlandığı deyilir. Məbəd dağılanda da sandığa heç bir ziyan toxunmadı, yəni heç bir şey olmadı, çünki mühafizə edilir. Bir fərahlıq hissi verir. Yəni bu böyük bir möcüzədir. Sandığın yanına gələn, yaxınlaşan insanların əsəbləri sakitləşir, üstündə ağırlıq varsa gedir. Əsəbi bir gərginliyi varsa, sakitləşir. Açıq surətdə bir rahatlıq hissi duyur, fərəhlənir. Ona görə Tabutu Səkinə deyilir. Sükunət sandığı. Bir möcüzədir bu. Məsələn, bir adam əsəbi gərgin və yaxud psixoloji bir narahatlığı varsa sandığın yanına gələndə dərhal rahatlaşır. Quranda bu da keçir. Allah açıq-aydın bildirir. Şeytandan Allaha sığınıram:
“Onun içində Rəbbinizdən bir arxayınlıq və rahatlıq” – yəni yalnız sandığın yaxınlığına gəlməklə insana bir güvən, arxayınlıq, sevinc hissi gəlir. Təfsirçilər, Allahdan gələn bu sevincin (rahatlığın, arxayınlığın) mahiyyətiylə maraqlanmışdılar və insan surətinə sahib xoş bir yelə bənzətmişdilər. Yəni sandıq gözəl bir nəfəs kimi, yanına yaxınlaşan insanlara bir fərəh hissi yayır. İçində Peyğəmbərlərin ürəklərinin yuyunduğu bir ləyənə bənzədirlər təfsirçilər, maşaAllah. Hz. Musa (ə.s)-ın əsası, hz. Harun (ə.s) və hz. Musa (ə.s)-ın ayaqqabı və paltarları, sandala bənzər ayaqqabı, dəridən, altı dəridən hazırlanmış ayaqqabı. Paltarları, köynəkləri, yəni böyük sandığın içi doludur. Manna, yəni qüdrət halvasından bir qab, orijinal manna, orijinal Tövrat lövhəsi. Bu Təbəri təfsirində keçir. Tusi, Fahrenin və Suyutinin əsərində var. Suyutinin 1/563. Əvvəl sandığı Fələstinlilər ələ keçirmişdilər, lakin qəribə fəlakət və bəla baş vermiş.
O zaman qorxub geri qaytarmışdılar fələstinlilər, bütpərəstlər. Buna görə fələstinlilərin, Fələstin adını alması düzgün deyil. Bütpərəst bir qövmün adıdır Fələstin. Onlar (büdpərəstlər) getdilər lakin səbəbsiz yerə müsəlman cəmiyyəti Fələstin adını aldı. Biz məsələn, bir müsəlmana Nəmrud deyə bilərikmi? Firon deyə bilərikmi? Elə adı almağın nə mənası var, qardaşım. Əlhəmdülillah, adınız müsəlman. (Fələstin adı ilə) heç bir əlaqəsi yoxdur, sonradan o adı aldılar. Onların adı İsmayılıdır. İsmayılı müsəlmanlarıdır. Hz. İsmayıl (ə.s)-ın soyundan olan insanlardır.