Hörmətli Adnan Oktarın 28 oktyabr 2012-ci il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Kəhf surəsi, şeytandan Allaha sığınıram: Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Burada gəmi, dəniz, çalışanlar və kasıb insanlar var. Məsələn, Axırzamanda kəndli, işçi qardaşlarımız çox işləmələrinə baxmayaraq əksəriyyəti kasıb olacaq, Axırzamanın bir əlamətidir bu. Çünki zəkat, fitrə, sədəqə, ictimai köməkləşmə zəiflədiyinə görə, zənginlərlə kasıblar arasında (böyük) bir fərq əmələ gəlmişdir. Yəni bəzi yerlərdə uçurum qədər (həddindən artıq) fərq var. Bilirisiniz ki, hz. Mehdi (ə.s) bu uçurumu düzəldən bir insandır. Hz. Mehdi (ə.s) ictimai uçurumu, maddi fərqliliyi, zənginliyi nizamlayacaqdır, inşaAllah. Onu xarab etmək istədim.”-deyilir ayədə.

Deməli hz. Xızır (ə.s) bəzən belə şeylər edir. Bəlkə bir döyüş çıxarda bilər, bir binanın çökməsinə vəsilə ola bilər, bəlkə çox böyük bir hadisə meydana gətirə bilər. “(Çünki) onların qarşısında, hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.” Deməli, Axırzamanda zalımlar olacaq. Rəhbərliklər sanki krallığı xatırladacaq, diktatorlar olacaq. Suriyada bir diktator var, hələ də vəzifədədir. Liviyada diktator var idi. İslam ölkələrinin böyük hissəsi diktatorlar tərəfindən idarə olunur. Quranda da ona diqqət çəkilir. Yəni, zorakı krala, qəsb edənə. Amma diqqət edin: “Hər gəmini zorla ələ keçirən …” –deyilir ayədə. Kommunist düşüncəsinə görə dövlət mala əl qoyar (malları ələ keçirməlidir). Orada da dövlət malları ələ keçirir. Xüsusi mülkiyyət yoxdur. Yəni, insanların özünə aid mal əldə etmə gücü olmur. Dövlətçi, kommunist bir sistem mövcuddur.

Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.”  Ayədə anarxiyanın, terrorun, darvinist-materialist düşüncənin iki zəhərli meyvəsi göstərilir. Nədir onlar? Azğınlıq, təcavüzkarlıq, yəni terror, anarxiya və inkar. Allahın varlığını, Peyğəmbər (s.ə.v)-in mövcudluğunu inkar edirlər. Çünki darvinist-materialist olanda (həmçinin) Marksist, Leninist olur. Marksist, Leninist olunca da Stalinist olur. Yəni təcrübə üçün tətbiq edirlər və anarxiyaya, terrora meyilli, hətta şəxsən tətbiq edən bir quruluş inkişaf etdirirlər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.”-buyurur Allah.

Deməli, əgər şübhədən sonra bir fəlakət baş versə və bu hiss edilərsə tədbir alına bilər. Allah, Quranda buna diqqət çəkir. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz”-yəni,  daha xeyirli, bu hz. Mehdi (ə.s)-a işarə edir-və daha mərhəmətli (xeyirli) olan (başqa)(bir)(övlad) versin”, deyir Allah. Yəni, hz. Mehdi (ə.s) çox mərhəmətli olacaq, yenə də bir tərəfdən hz. Mehdi (ə.s)-a işarə edir ayə. Və daha mərhəmətli (xeyirli) olan (başqa)(bir)(övlad) versin” –bu hansı ayədə deyilir? 81-ci ayədə deyilir, yəni 1981-ci ilə işarə edir, inşaAllah. “Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi.” –deyilir ayədə.

Hz. Süleyman (ə.s)-ın sarayının çökmüş divarını hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s) bərpa edəcək. Hər ikisi də yetimdir (atadan yetimdir). “Altında onlara məxsus bir xəzinə vardır.” Deməli, xəzinə o divarın olduğu yerdədir. Quran ona işarə edir. Yəni, orada əhəmiyyətli əlamətlər var. Onsuz da qazdıqda çıxar. Amma hələ tapa bilmədilər. Onların heç bilmədiyi bir dəhlizdədir o, təxmin edə bilmədikləri bir dəhlizdədir. “Ataları əməlisaleh adam olmuşdur.” Hamısının ortaq atası hz. İbrahim (ə.s)-dır. Hz. İbrahim (ə.s)-ın əməlisaleh olduğu Quranda keçir. Rəbbin onların həddi-buluğa çatmalarını istədi.” Hz. Mehdi (ə.s) da, hz. İsa Məsih (ə.s) da müəyyən bir vaxtda, vaxtı gələndə ortaya çıxacaqlar.

Və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s) dövründə bütün xəzinələr ortaya çıxacaq. Bu haqda hədisdə də bildirilir. Və Rəbbindən bir mərhəmət olaraq.” Allah rəhmətiylə bu neməti verir. Mən bunları öz ixtiyarımla etmirdim.“-deyir hz. Xızır (ə.s). Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!” Deməli, mehdiyyət dövründə hz. Xızır (ə.s) xəzinənin tapılmasında, döyüşlərdə, bəzi binaların dağılmasında vəzifəli olacaq. “Sənə (Ey Məhəmməd,) Zülqərneyn barədə soruşarlar.”

İki zamanlı, iki dövrə aid. 1900-cü illəri bitirir, millenium, ikinci min ilə girir. Hz. Mehdi (ə.s) hansı dövrdə olacaqdır? Həm 1900-cü illərin, həm də 2000-ci illərin, iki böyük dövrün insanıdır. Yəni min və ikinci min ildə yaşayan insandır. Tam min və ikinci min ilin ortasında vəzifəyə gəlir, inşaAllah. Yəni 1980-ci illərdən 2000-ci illərə doğru olacaq. Başqa sözlə desək iki min ilini bitirib üçüncü min ildə fəaliyyət göstərir. “Soruşarlar”-deyir Allah. Deməli, insanlar onun haqqında çox soruşacaqlar. Hz. Zülqərneyn (ə.s)-ı soruşacaqlar, yəni, Əshabi-Kəhfi soruşacaqlar. Elə soruşduqlarına görə də Kəhf surəsi enir. Əshabi-Kəhf, hz. Zülqərneyn (ə.s), hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s)  haqqında soruşurdular.

Hamısına cavab verir Rəsulullah (s.ə.v). “Ya Rəsulullah (s.ə.v), Dəccal dövründə, dəccal çıxanda nə etməliyik?”- soruşurlar. “Kəhf surəsini oxuyun” –deyir Rəsulullah (s.ə.v). “Əshabi-Kəhf hz. Mehdi (ə.s)-ın köməkçiləridir”-deyir Rəsulullah (s.ə.v). Yəni, Peyğəmbərimiz (s.ə.v), bu surənin mehdiyyətlə əlaqəsi olduğunu, çox bağlı olduğunu göstərir. Xülasə,“Kəhf surəsi mehdiyyəti izah edir”  deyir, bunu anlayırıq. Ona güclü şəkildə işarə etdiyini başa düşürük.

quran