Hörmətli Adnan Oktarın 8 mart 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: 40-cı ayə: “(Allah) dedi: (az bir müddət gözlə) Onlar həqiqətən (tezliklə) peşman olacaqlar!” Bu, hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a da aid bir xatırlatma, bir müjdədir. Nə deyir Allah? “Az bir müddət (gözlə), onlar həqiqətən peşman olacaqlar.”-deyir. Yəni, PKK da peşman olacaq, hamı peşman olacaq, yəni, İslama zidd olan hər kəs peşman olacaq. Bəlkə də bu ayənin hökmüylə Abdullah Öcalan bu vəziyyətə gəldi. Bəlkə də bizim kitablarımızın vəsiləsiylə bu hala gəldi amma hər vəziyyətdə günahkar cəzasını çəkməlidir. Yəni, iman etmək, cəzanın ortadan qalxmasını tələb etməz. Müsəlman üçün də cəza hüququ vardır. Müsəlman olsa belə cəza hüququ vardır. Cinayət törədən cəzasını çəkməlidir.
29-cu ayə: “Hz. Nuh (ə.s) deyir ki: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə (evə) endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!“ O mübarək ev haradır? Türkiyədir. “Mübarək evə endir məni”-deyir. Hz. Nuh (ə.s) gəmidən Türkiyədə enmişdir. Burada da mehdiyyətin harada olacağına dair gözəl bir işarə var.
“Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı beləcə) sınağa çəkirik.“ (Muminin surəsi, 30) Görün nə deyir Allah: “Şübhəsiz ki, bunda ibrətlər vardır.“ Bu hökmdədir. Bunu bildirdikdən sonra Allah hz. Nuh (ə.s)-a belə buyurur: “Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” de.” (Müminin surəsi, 28) Sonra: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə (evə) endir.“ Yəni,Türkiyədə. “Mübarək ev!” Türkiyə mübarək evdir. Mübarək hesab edilən evdir, inşaAllah.
“Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları (sığınmağa) əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik.” (Müminin surəsi, 50) Allah Allah! “Sığınmağa əlverişli.”-deyir Allah. Deməli, qorunmuş, etibarlı, gözəl bir evdən bəhs edilir. Yəni, seyid hz. İsa Məsih (ə.s) belə bir evdə qalacaq. Tələbələri onu mühafizə edilmiş bir evdə qoruyacaqlar. Hz. Mehdi (ə.s) da buna oxşar bir yerdə qalacaq. Bu ayədə buna işarə edilir. Yəni, hücumlardan qorunmuş yerdə. “Çeşmə axan bir təpədə yerləşdirdik.” Deməli, həmin yerlərdə ya artezianla, ya da başqa yolla su çıxarılacaq. Yəni, hz. İsa Məsih (ə.s)-ın da, hz. Mehdi (ə.s)-ın da qaldığı yerdə su olacaq. Buna işarə var inşaAllah.
Şeytandan Allaha sığınıram: “Amma (ümmətlər) işlərini (dinini) öz aralarında parçalayıb firqə-firqə oldular, müxtəlif kitablar halında böldülər (müxtəlif məzhəblərə ayrıldılar).” “Müxtəlif kitablar halında böldülər”– deyir Allah. Yəni, müxtəlif məzhəblərə, qruplara böldülər. “Hər firqə (qrup), öz əllərində olanla kifayətlənib sevinirlər.” (Muminun surəsi, 53) Yəni, “Biz əhli sünnə camaatıyıq, qurtuluşa çatanlar da bizik. Hər kəs məhv olacaq, biz isə xilas olacağıq’ deyərlər”-deyir Allah. Allah bunun bir günah olduğunu bildirir. Nəyi? “Onlar, işlərini öz aralarında (fərqli) kitablar halında böldülər.” Yəni, məzhəblərə bölünməyi, müsəlmanların bölünməyini Allah günah olduğunu bildirir. Onlar isə bunu gözəl bir şey kimi göstərməyə çalışarlar. Allah: “günahdır”-deyir.
“Həqiqətən sən onları doğru yola çağırırsan.” (Müminun surəsi, 73) Bu, mehdiyyətə işarə edən bir ayədir, eyni zamanda gözəl bir işarə də var, Axırzamanı gözəl vurğulayan bir tarixə işarə edir, maşaAllah.
“…Xeyr, o, onlara haqq ilə gəlmişdir.” (Müminun surəsi, 70) Bu ayənin əbcədi 2022-ci ili verir. “Xeyr, o, onlara haqq ilə gəlmişdir lakin onların çoxu haqqı xoşlamır” (Müminun surəsi, 70) Yəni, başlanğıcda, bəzi insanlar mehdiyyəti, İslam Birliyini pis qarşılayacaqlar. Bu onları güclü edəcəkmi? Xeyr. Məğlub olacaqlar. Mehdiyyət isə qalib gələcək.
“Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik.” (Muminun surəsi, 62) Nə gözəl! Bir möcüzədir bu.
“Məhz onlar, xeyirlərdə yarışarlar (yaxşı işlər görməyə tələsərlər).” (Muminun surəsi, 61) Yəni, möminlər təqva uğrunda, xidmət etmək üçün yarışacaqlar.