Hörmətli Adnan Oktarın 15 mart 2013-cü il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Maidə surəsi, 84-cü ayəni Semra sultan oxusun, buyurun.
SEMRA ÖZGİRAY: Qovulmuş şeytandan Allaha sığınıram: “Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki, Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə Cənnətə daxil edəcəyinə ümid edirik.” (Maidə surəsi, 84)
ADNAN OKTAR: İndi ayəyə baxdığımızda, müsəlmanların əməlisalehlər birliyinə, yəni səmimilər birliyinə qatılmaq istədiyini görürük. “Allaha və bizə gələn haqqa inanmayaq?” Qurana niyə inanmayaq? İkinci işarə etdiyi mənası da, niyə hz. Mehdi (ə.s)-a, niyə hz. İsa Məsih (ə.s)-ın enişinə, niyə İslam Birliyinə inanmamalıyıq mənasını verir, inşaAllah.