Header

Ənfal surəsi, 73-cü ayənin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 15 mart 2013-cü il tarixli söhbətindən Ənfal surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: “Kafirlər də bir-birinin dostudurlar…” (Ənfal surəsi, 73) Yəni yaxşı olmayan insanlar bir-birlərinin dostudur. Bir-birlərini qoruyarlar, bir-birlərinə dəstək olarlar. Allah: “Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73) “-deyir. Dində həddini aşanlar nə edir? Ən adi bir səbəbə görə müsəlmanlarla araları dəyir. Məsələn, Ələvi (Əli tərəfdarları) nə desə, bektaşi nə desə, şiə, vəhhabi nə desə qarşı çıxarlar. Yaxud qadının başı açıqdı deyə onu az qala kafir hesab edirlər. Yaxud da kişinin saqqalının uzunluğuna görə mübahisə yaradarlar. Budur ayənin hökmü. Diqqət edin, “bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.” Hal-hazırda bu fitnə də, fəsad da baş verdi. Müsəlmanlar həm böyük bir fəsada uğradılar, həm də böyük bir fitnəyə məruz qaldılar. Bu, qatı dinçilərin (dində hədlərini aşanların) səhv rəftarlarından qaynaqlandı. Bu ayənin hökmünə girdilər. Məsələn, televiziya proqramlarına baxıram, bir-birlərinə çox təcavüzkar bir üslubla qarşı çıxırlar. Çox çirkin sözlərlə bir-birlərini təhqir edirlər. Bir-birini sevən çox nadir olur, amma inkar edənlərə baxanda həqiqətən bir-birlərini qoruduqlarını, müdafiə etdiklərini görürük. Məsələn, çox həssas olarlar, biriylə əlaqədar bir hadisə baş verəndə həmişə birlikdə ittifaq qurduqlarını, böyük dəstək verdiklərini Allah bizə ayədə, hökmdə göstərir, televiziyalarda, radiolarda hər yerdə görürük. İnkar edənlər bir-birlərini çox qiymətləndirirlər. Amma müsəlmanlarda bu mehribançılıq yoxdur. Bunun nəticəsində də fitnə-fəsad olur. İnsanlar bunu, bu ayənin hökmünü gördülər. Həqiqətən böyük bir fitnə və böyük bir fəsad oldu.

Bu ayəni, o hazırladığımız kitabda istifadə edək.

quran3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313