Hörmətli Adnan Oktarın 18 iyul 2013-cü ildəki söhbətindən Fatir surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Fatır surəsi, 24: “Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan (xəbərdar edən) bir Peyğəmbər olaraq göndərdik.” Allah, Allah, 1983-cü il tarixini verir. Diqqət edin, “Biz səni haqla,” deyir Allah. Haqq nə deməkdir? Quran, Quran əxlaqı, dürüstlük, səmimiyyət, yaxşılıq, gözəllik, şəfqət, mərhəmət yaxşı olan hər şey. “Haqla müjdə verənyəni, hz. İsa Məsih (ə.s) müjdəsi, hz. Mehdi (ə.s) müjdəsi, İslam Birliyi müjdəsi, cənnət müjdəsidir.

“Və qorxudan (xəbərdar edən) olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona  qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlmiş olmasın.” (Fatir surəsi, 24) Allah, Allah, heyrətləndiricidir. Bunun əbcədi də 2026-cı il tarixini verir. Biri 1983, bir də 2026-cı ilə işarə edir. Biri başlanğıc, o birisi isə nəticəsidir. “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.” “Mütləq bir xəbərdar edən gələr”-deyir Allah. Bəhanə yoxdur. Hal-hazırda da hz. Mehdi (ə.s) həyatdadır, hz. İsa Məsih (ə.s) da həyatdadır, heç bir bəhanə yoxdur, inşaAllah.

“Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə…”-buyurur Allah. Burada, Allahın Quranda bəzənməyin, bəzək əşyalarının dəyərini, əhəmiyyətini necə bəyəndiyini görürük. “Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır.” Allah bəzənməyi sevirmi, bəyənirmi? Bəli, bəyənir. Xurafatçılar isə bəyənmir, amma Allah bəyənir. Nə deyir Allah?

“Qızıl bilərziklərlə…”-yəni, İki qolunda çox sayda qızıl bilərzik olar, amma cənnət qızılıdır. “Və incilərlə, cənnət inciləriylə bəzədiləcəklər.” Sanki, par-par parıldayacaq “Libasları da ipəkdən olacaqdır. (Fatır surəsi, 33)” –deyir Allah. Xurafatçılar isə ipəyə, qızıla nifrət edirlər. Allah bəyənir onlar isə bəyənmirlər. Allah ipəyin gözəl olduğunu bildirir, onlar isə pis olduğunu deyirlər. Allah, ipəyi cənnət neməti kimi bildirir, onlar isə “aman-aman” deyirlər. Qızıldan, incidən çəkinir, iyrənir, istəmirlər. Ürəklərində sevgi qalmayıb.

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun.Deməli, insanın ruhu qəm-qüssəyə meyillidir. İnsan iyirmi dörd saat qəm-qüssəyə meyilli olar, hər şeyə kədərlənər, yəni ağlına gələn hər şeyə. Məsələn, masada oturar ona kədərlənər, biri gələr ona kədərlənər, bir şey olar kədərlənər, havada külək əsər kədərlənər, yağış yağar kədərlənər, günəş çıxar kədərlənər. Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun.

Diqqət edin, Allah əvvəl (qəm-qüssəni) aradan qaldırır, sonra tamamilə yox edir. Ondan sonra qəm-qüssə deyə bir hadisə baş vermir. “Allaha həmd olsun”-əlhəmdülillah. “Həqiqətən Rəbbimiz bağışlayandır, şükrü qəbul edəndir. (Fatır surəsi, 34)” Həqiqətən Allah günah iş görəndə bağışlayır. “Əstağfirullah, ya Rəbb məni bağışla” deyirsən. Allah bizləri bağışlasın. “Bağışlayandır”-deyir Allah. “Şükrü qəbul edəndir.”

Bax, əlhəmdülillah deyəndə, o şükrü Allah qəbul edər. Allahın ən bəyəndiyi zikrlərdəndir, əlhəmdülillah. Məsələn, bir nemətə qovuşanda, gözəl söz eşidəndə əlhəmdülillah dedikdə gözəllik olar, əlhəmdülillah. Allaha çox həmd ilə yaxınlaşmaq lazımdır. Həmdi çoxaltmaq lazımdır. Həmd çoxalanda, nemət çoxalar. Necə olar? Allah bildirmədən edir. Həmd etdikcə artar, artar, insanın heç bilmədiyi yerlərdən, təxmin etmədiyi yerlərdən artar.

Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur.” İnsanlarda ən böyük instinkt sonsuzluq instinktidir. Həmişə ruhən onu istəyərlər. Allah da bunu axirətdə nəsib edir. Sonsuz olur və ondan sonra rahatlayır. Çünki o instinkt tam doymuş olur. Orada bizə nə bir yorğunluq üz verəcək.” Deməli, yorğunluq (hissi) dünyada xüsusi olaraq verilir. Adam yataqdan qalxar, yorğun olar. Tətilə gedər, yorular  geri qayıdar. Yataqda uzanar istirahət edər yenə yorular. Yorğunluq xüsusi verilir imtahan üçün. Orada bizə nə bir yorğunluq üz verəcək (Fatır surəsi, 35)”  İnsanlar bir çox şeydən bezərlər.

Sevgidən bezilməz, söhbətdən Allah eşqindən bezilməz. Amma bezginlik, insanın ruhunda var. Möminlər bunun öhdəsindən imanla gələ bilər. Ona görə, məsələn, arvadından bezər, sevgilisindən bezər amma mömin imanıyla bezməz. Yalnız imanıyla, inşaAllah. Lakin küfrdə insanlar çox tez bezərlər. Mömin də çətin olan şeylərdən bezə bilər, çətinliklərdən bezər, yəni bezə bilər. Amma axirətdə bu (hiss) tamamilə ortadan qalxar. Çətinlikdən bezə bilər, qəlbi usanar. Axirətdə, bu cür hisslər tamamilə yox olar. (Bu dünyada) Yalnız iman gücüylə bezginliyin öhdəsindən gəlmək olar. Yəni, imanla mütənasib olaraq məhv olar. Yoxsa insanların ruhu, fitrəti dərəcə nisbəti ilə bezginliyə meyillidir. Amma mömin sevgidən, söhbətdən, gözəllikdən bezməz, inşaAllah. Ancaq boş bir sözdən, boş söhbətdən, bekarçılıqdan (işsizlikdən) bezər.

Zənginlik axtarar. Bezəndə yenilik istəyər, gözəllik istəyər. Amma axirətdə heç bezməyəcəklər, orada belə bir hiss olmayacaq. Məsələn, cənnət nemətini trilyon dəfə də görsə, yenə də bezməz, trilyondan da çox, saysız-hesabsız dəfə də görsə yenə bezməz. Məsələn, incidən, bilərzikdən bezməz. Hər dəfə bilərzik, inci xoşuna gələr. Hər dəfə cənnət çayları xoşuna gələr, çaylardan bezməz. Cənnət evlərindən bezməz. Hər dəfə sanki ilk dəfə imiş kimi həyəcanla qarşılayar.

Fatir surəsi 25: Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də (elçiləri) yalançı hesab etmişdilər.” Peyğəmbərimiz (s.ə.v) üçün deyir Allah . İnsanların hər dövrdə sevgisiz olmağı heyrətləndiricidir. Peyğəmbərimiz (s.ə.v) çox şirin, çox nurlu, şəkər kimi insan idi. O qədər gözəl, keyfiyyətli bir insanı necə yalançılıqla ittiham etmək olar? Bu ancaq vicdansızlıqdan, əxlaqsızlıqdan, pislikdən başqa bir şey deyil. Əlindən-üzündən nur tökülürdü, çox kübar və olduqca tərbiyəli bir insan idi.

Heç bir sözü şişirtməzdi. Ömür boyu yalan danışmayan bir insana “yalan danışırsan” deyirdilər. Niyə yalan danışsın axı? Bu ancaq sevgisizlikdən qaynaqlanır, başqa bir şey deyil. Halbuki elçiləri onlara aydın dəlillər (açıq ayələrə, möcüzələr) və nur saçan kitab gətirmişdilər. (Fatir surəsi, 25)” Hamısına qarşı eyni reaksiyanı veriblər. Allah, (belə) insanlara: “Zalım və cahildir”-deyir. Ərəbcə “Zaluma və cehula” -deyir Allah. İndiki dövrdə də insanların əksəriyyəti zalım və cahildirlər. Ona görə orada-burada, Facebookda, Skypeda söyürlər, təhqir edir, baş-göz yarır, nifrət edirlər, zalımlıqlarını, cahilliklərini göstərirlər.

26-cı ayədə Allah: “Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Məni inkar etmələri (inkar etməklərinin sonu) necə oldu!”-deyir. Ya o məmləkəti yerlə bir-edir Allah, ya bir daxili qarışıqlıq yaradır, ya da iqtisadi cəhətdən çökdürür. Bir sözlə Allah onları bir-birinə qarşı salaraq həlak edir və yaxud bir başqa ölkəni onlara qarşı çıxardaraq həlak edir.

1