İçeriğe geç

Zuxruf surəsi, 61-63, 51-57-ci ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 19 iyul 2013-cü ildəki söhbətindən Zuxruf surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Zuxruf surəsi, 61-ci ayədə Allah belə buyurur: “Şübhəsiz ki, o, (İsanın zühuru)“–Seyidinə İsa Məsih ibn Məryəm, “qiyamət saatı üçün”, yəni qiyamətin qopması üçün bir əlamətdir. “Ona (qiyamətə) şəkk etməyin.”–deyir Allah. Əbcədi-2026-cı ili verir. Mübarəki hər halda 2026-cı ildə qucaqlayacağıq, inşaAllah. Şəxsən evləndirəcəyəm onu, inşaAllah. “Mənə tabe olun. Budur, düz yol!”-buyurur Allah.

“Şeytan sizi (düz) yoldan çıxartmasın“-yəni Dəccal, dəccaliyyət-“Həqiqətən o, sizin üçün açıq-aydın bir düşməndir. (Zuxruf surəsi, 62) “ , deyir Allah. Açıq-aydın, yəni açıq-aşkar görünən.

“İsa Məsih, ibn Məryəm aydın dəlillərlə (açıq möcüzə ilə) gəldiyi zaman dedi: “Mən sizə bir hikmətlə gəlmişəm.” İndi gələndə hikməti nə olacaq? Quran olacaq, çünki Quranla gələcək. “Və barəsində ixtilafda (ziddiyyətdə) olduğunuz bəzi şeyləri”-məsələn nə ziddiyyətə düşüb? Ortodoksluq, katoliklik və s.-“ixtilafa (ziddiyyətə) düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!.“ “Allahdan qorxun” –deyir, məndən demir. “Allahdan qorxun və mənə itaət edin!” (Zuxruf surəsi, 63)

Zuxruf surəsi 51: “Firavun öz qövmünə qışqıraraq müraciət etdi” Diqqət edin, qışqıraraq danışır. “Dedi ki, ey qövmüm! Misirin mülkü və bu altımdan axan bu çaylar mənim deyilmi?.” Kapitalizmin azğın ruhunu göstərir. “Məgər görmürsünüzmü?“ Fironda belə bir manyaklıq var idi. Məsələn, hz. Musa (ə.s) danışanda, “eşitdinizmi, gördünüzmü?” deyir. Əlbəttə ki, görür. Bu sözlərə etiyacmı var?  Fironun üslubu idi bu. hz. Musa (ə.s) haqqında, haşa: “Məgər görmürsünüzmü? Ya da mən bu aciz və demək olar sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?”-deyir.

“Demək olar sözünü belə aydın başa sala bilməyən”-deyir. Həyəcandan hz. Musa (ə.s)-ın dili tutulur, canım mənim, belə çox həyəcanlı bir ruha sahib idi, həyəcandan həm ürəyi çırpınmağa başlayırdı, həm də dili tutulurdı, danışa bilmirdi. “Nə üçün ona qızıl bilərziklər taxılmayıb?” Kapitalist zehniyyətinə sahib olduğuna görə, hər şeyə qızılına, puluna görə qiymət verir. “Və ya onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” Necə ki, dində həddini aşanlar: “Hz Mehdi (ə.s)–ın başının üstündə mələk olacaq, mən görməliyəm başqa cür qəbul etmərəm“-deyir. Bunu Firon da deyirdi, müsəlmanın sözü deyil ki, bu.

“Beləliklə (Firon) öz qövmünü alçaltdı“, yəni qövmünü də alçaldaraq (ağılsız) hesab edir. Necə ki, bəziləri: “ağ türklər, zənci türklər” -deyə lağ edirlər, alçaldırlar. “Onlar da ona boyun əydilər.” Çünki, dərin dövlət, azğınlıq var idi. “Həqiqətən onlar fasiq olan bir qövm idi. (Kavmuhu) Sonda Bizi qəzəbləndirdikdə Biz də onlardan intiqam aldıq, beləliklə onları hamısını suda boğduq. Və onları sonradan gələnlərə misal və ibrət (nümunə) etdik.” Yəni, ibrət verilir. “Məryəm oğlu (İsa) bir misal  çəkilincə, sənin qövmün qəhqəhə çəkib gülürdülər”-deyir Allah. Yəni, lağ etdilər. İndi biz də “hz. İsa Məsih (ə.s) gələcək” deyirik, insanlar gülürlər. “Necə olacaq?” deyir. Qarşında görəndə bilərsən.

images (2)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz