Hörmətli Adnan Oktarın 20 iyul 2013-cü ildəki söhbətindən Zumər surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: “Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. (Zumər surəsi, 61)”-deyir Allah. Bu möcüzəvi bir ayədir. “Müttəqilərə (təqva sahiblərinə)“- yəni çox səmimi, xalis iman edib Qurana bütünlüklə tabe olanları- “uğurlarına görə xilas edəcək.” –deyir Allah. Allah dünyada, mütləq zəfər verəcəyini bildirir və zəfərin nəticəsi də, xilas olmaqdır. Ayənin ardından yenə də çox mühüm bir möcüzəvi ayə gəlir: “Onlara pislik toxunmayacaq“-deyir Allah. Yəni, pislikdən uzaq olarlar. Allah, onları xüsusi ilə pislikdən qoruyur. “Onlar kədərlənməyəcəklər.” Yəni, mömin xüsusiyyətidir, mömin kədərlənməz. Görün Allah nə deyir: “Onlar kədərlənməyəcəklər.” Hüzn onlara toxunmur.
“Allah hər şeyin Xaliqidir (yaradıcısıdır).” Nələrin yaradıcısıdır? Xeyirin və şərin, hər şeyin. “O hər şeyi qoruyandır.” Məsələn, deyirlər ki, “Amerikanın başı xarabdır.” Yox qardaşım, görün Allah nə deyir, “O, hər şeyin Xaliqidir (yaradıcısıdır).” Suriyadakı hadisələrin və digər bütün hadisələrin hamısını yaradan Allahdır. “Göylərin və yerin açarları Ondadır.” Yəni, göylərdə gizli olan, açıqlanmayan, yerdə olan açıqlanmayan bütün sirlər, hər yer, hər şey, hər cür açar Allahın əlindədir.
“Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 63) Yəni, mütləq məğlub olacaqlar. Məsələn, PKK mütləq məğlub olacaq. Çünki ayənin hökmünə görə başqa bir yolları yoxdur. Küfr mütləq məğlub olar. Dünyada, diqqət yetirin, küfr heç bir yerdə qalib olub davam edə bilməmişdir. Küfr mütləq hüsrana uğramışdır.
De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?” (Zumər surəsi, 64) “Ey cahillər”-deyir Allah, deməli dində həddini aşanların əsas xüsusiyyəti nədir? Cahillikləri. “Allahdan qeyrisinəmi qulluq etməmi əmr edirsiniz?” Yəni, “başqa bir hökm edənmi var?”-deyir Allah. Adamlar da deyir ki, “bəli, başqa hökm edən də var.” “Cahilsiniz”-deyir Allah. Dində həddini aşanların əsas xüsusiyyətidir bu. Başqa bir hökmlə, uydurma rəvayətlərlə Allahın hökmünü dəyişdirməyə çalışarlar.
“And olsun, sənə və səndən əvvəlkilərə vəhy olundu (ki)…:” Yəni, Peyğəmbərimiz (s.ə.v)-ə və ondan əvvəlkilərə də vəhy olunub və ondan sonra olanlara da. Yəni, bizim əsrimizə də aiddir. “Əgər şərik qoşsan”-deyir Allah. Bu, nə deməkdir? “Əgər şərik qoşsan, əməlin puç olacaq.” Yəni, istədiyin qədər namaz qılsan da, istədiyin qədər oruc tutsan da puç olar. Məsələn, xurafatçılar var hansı ki, həccə gedər, oruc tutar, zəkat verər, “hamısı puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” (Zumər surəsi, 65)
Bax, dünyanın hər yerində hüsrana uğrayırlar. Şərik qoşanların sonu hüsrandır. “Xeyr, artıq (yalnız)” Allaha qulluq et”-yəni yalnız Qurana tabe ol-“və şükür edənlərdən ol. (Zumər surəsi, 66)” Əlhəmdülillah. Daim şükür etmək lazımdır. Həmd çox unudulur. Həmişə həmd etmək lazımdır, əlhəmdülillah.
“Onlar Allahı layiqincə qiymətləndirmədilər.” Yəni, Allahın böyüklüyünü, gücünü dərk etmədilər. Məsələn, Amerikanı ayrı bir güc zənn edirlər. Rusiyanı ayrı. Amma bütün güc Allahındır. Allah deyir:“Onlar Allahı layiqincə qiymətləndirmədilər.” Atoma, elektrona, hər şeyə hakim olan Allahdır. Sonsuzluğa hakim olan Allahdır. “Halbuki qiyamət günü yer, bütünlüklə Onun Ovucundadır” Sən dünyanı böyük görürsən, insan Allahın dəyərini nə qədər gözündə kiçildir, “Allahın ovucundadır” bütün yer.
Yəni, bu, Allah üçün heçnədir. “Göylər də Onun Sağ əliylə büküləcəkdir.” “Sağ əliylə”-yəni Allahın gücünü və böyüklüyünü vurğulamaq üçün Allah deyir. Yoxsa əlbəttə ki, “sağ əl” deməkdir. “O, şərik qoşduqlarından münəzzəh və ucadır. (Zumər surəsi, 67)” Yəni “yeni-yeni müəllimlər, yeni-yeni hökmlər, yeni-yeni alimlər, elə bir şey yoxdur”-deyir Allah. Yalnız Qurandır. “Onların şərik qoşduqlarından Allah ucadır”-buyurur Allah.