Header

Maidə surəsinin 51-ci və Ali İmran surəsinin 67-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 25 iyul 2013-cü ildəki söhbətindən Maidə və Ali İmran surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” Abdullah Kelkitli deyir: “İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.” “Nə yəhudi, nə də xristian idi”- çünki, hz. İbrahim (ə.s)-ın dini başqa idi. Başqa bir din idi. Sonradan yəhudilik gəldi. Yəhudiliyi hz. Musa (ə.s) gətirdi. Hz. İsa (ə.s) da xristianlığı gətirdi. Hz. İbrahim (ə.s) o dövrdə olsa idi, yəni hz. İsa (ə.s)-ın dövründə, o da xristian olardı.

Amma başqa bir dinlə Allah onu təltif etdi. İbrahimi idi. İbrahimilik dininə mənsub idi. Özü də, qövmü də İbrahimi idi. Necə ki, Yaqubular oldular, məsələn, Yaqub (ə.s) Yaqubu idi, hz. Yusif (ə.s)-a iman edənlər Yusifi oldular, hz. Musa (ə.s)-a da iman edənlər Yəhudi oldular, Hz. İsa (ə.s)-a iman edənlər İsəvi oldular. Bunda başa düşülməməli bir şey yoxdur. “Yəhudi və xristianları dost seçməyin. Onlar bir-birinin dostudurlar”-deyir Allah. Hansı mövzuda dost seçməməliyik? Səhv inanclar mövzusunda dost seçməməliyik. Yoxsa Allah: “Yəhudi ilə, xristianla evlənin”-deyir. Evlənmək, dost olmaq deyil? Həm də ən yaxşı dost. Uşaqlarının anası olar. Tamamilə etibar edərsən, evini təslim edib gedərsən.

Bu dostluq deyilmi? Allah burada: “səhv inanc mövzusunda dost seçməyin”-deyir, bu mənadadır. Ayəni diqqətlə araşdırmırsız. “Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır.“-deyir Allah. Yəni, səhv bir inancı müdafiə etsən küfrə girərsən. Məsələn, “Allah üçdür” desə və sən də “bəli, sənə ittifaqla qatılıram” desən, əlbəttə ki, dindən çıxmış olarsan. Bu mövzuda ittifaq etməməliyik. Amma xristian “Allah birdir” desə, sən də “Allah birdir” desən, bu zaman bu mövzuda dost olarsan. Məsələn, əgər bir xristian “Mən cənnətə inanıram” desə, sən də “mən də inanıram” desən, artıq bu mövzuda dost olmuş olarsan. Amma bir adam “inanmıram” desə, “mən də inanmıram” desən əlbəttə ki, küfrə girərsən. “Dost seçmək” deyəndə yəni onları idarəçi, başçı seçmək deməkdir.

Sənin inancında olmayan bir kəsi rəhbər seçmək deməkdir. Dost deyərkən “övliya kimi qoruyucular, qanun nəzərində məsullar, övliyalar, başçılar, sahiblər, maliklər” mənasındadır. Yetevellahum– yəni, məsuliyyəti boynuna götürən, hakim vəzifəsinə keçən, rəhbərliyi ələ keçirən mənalarındadır.“Rəhbərlik” mənasındadır. Yəni sən bir Yəhudiyə “gəl məni idarə et” deyə bilməzsən. Çünki inancı, dini başqadır. Sən öz dinindəsənsə, əlbəttə ki, öz dinindən olan bir insanı seçməlisən. Yəhudini yəhudi idarə etməli.

müsəlmanı da müsəlman idarə etməlidir. O mənadadır. Yəni “onların inanclarına əməl etməməli, səhv olan inanclarına itaət etməməliyik. Düzgün olan inancına əməl etsin.” Əhli-kitabın kəsdiyini niyə yeyirsən? Allah “Müsəlmanın kəsdiyini yeyin” deyirlər. İman Əhli, Allaha inanan deyilmi? Əhli Kitabın kəsdiyini də yeyə bilərsən. Necə olur bu? Səbəbi nədir? Çünki, onu o mövzuda Allah düzgün hesab edir. Çünki Allahın birliyinə inanır. “La İlahə İllaAllah” deyir. “La ilahə illaAllah” dediyinə görə, onun kəsdiyi yeyilir. Amma “La İlahə illaAllah” deməsə, kəsdiyi yeyilməz.

gezgindiyari_com-kuran-kerim-resimleri-3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313