Hörmətli Adnan Oktarın 3 avqust 2013-cü ildəki söhbətindən Qaf surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Qaf surəsində Allah belə buyurur, şeytandan Allaha sığınaram: “And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini də Biz bilirik.” Vəsvəsəni yaradan da Allahdır. “Nə vəsvəsələr verdiyini Mən bilirəm. Biz ona şah damarından da yaxınıq” -deyir Allah. Şah damarı insanın içindədir, Allah da: “Mən, ona daha yaxınam”-deyir. Budur, Allah haradadır deyənlərə bir cavabdır, Allah hər yerdədir. “Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alar.”
Burada “oturub” hərəkət mənasında deyil, yəni insanlarla bir yerdədir. “Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.” Hal-hazırda da bizi müşahidə edirlər. Hər insanın yanında var. “Ölüm bihuşluğu (sərxoşluğu) həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.” Ölümdən əvvəl bir bihuşluq halı olar, hər insan bu ölüm bihuşluğunu görər. Müsəlmanda isə ölüm bihuşluğu sevincli olar, kafirdə isə çox əziyyətlidir. Mömində isə sevinclidir.
“Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.” Sur bəlkə də bütün insanların ruhlarının birdən sovrulduğu bir sistemdir, ya da boruya bənzər bir sistemdir. Yəni, bütün ruhların sovrulduğu bildirilir, çünki digər ayədə də: “üzdükcə üzərək gedənlərə”-deyir Allah. Ayənin ardında Allah: “Hər bir nəfsin yanında sürüyən (aparan) bir şahidlə gələcəkdir.” –buyurur. Deməli, möminlər axirətə bir vasitə ilə gedəcəklər, “yanında bir sürüyən” deyilir ayədə, sürüyənlə olmağı üçün də, bir vasitə də olmalıdır. “Və bir sürüyən (onu aparan, sürücü) şahid ilə gələcəkdir.”
Müsəlman yanında onu dəstəkləyən (kömək edən) sürücü, dost, şahid olar. Çünki möminin belə bir köməyə ehtiyacı olar, narahat olmasınlar, rahat olsunlar deyə Allah bunu təmin edir. “ Sən bunun (bu günün) haqqında qəflət içində idin.“ Yəni bunun fərqində olmadıqlarını bildirir Allah, qəflət içində olduqlarını bildirir. “Amma biz də sənin üzərindəki pərdəni qaldırdıq.” Deməli, bizim sistemimiz bir pərdəyə əsaslanır, ortada örtüklər var. Örtüklər içərisində yaşayır insanlar, pərdələr yəni aləmlər (boyutlar) içində. “Pərdəni qaldırdıq.” –deyir Allah. Yəni bu aləmi (boyutu) ortadan qaldırır Allah. “Sən bu gün çox yaxşı görürsən!”-deyir Allah. Yəni “bir aləm (boyut) içindəsən”-deyir Allah.
“Çox yaxşı görürsən.” Yəni, hər şey daha da yaxşı görünər. Üç ölçüdəki kimi və ya daha da dəqiq görünər, səsləri daha aydın eşidər, görünüşü daha da aydın görər, qoxunu da daha yaxşı hiss edər, toxunma hissi daha da güclənər. Öləndə bunlar baş verər. Ona görə o ayağa qalxanlar axirətdə: “Bizi yatdığımız yerdən kim qaldırdı?” deyərlər. Hamı yuxudan oyandığını başa düşər. Həqiqətən yuxu olduğuna inanar və tam səmimiyyətlə inanar. Çünki oyandığı vaxt dəqiqliklə müqayisə ediləndə əsl yuxunun bu həyatda olduğu başa düşülür, əsl yuxu buradadır. Yəni, insan “bəlkə yuxu deyildi” deyə bilməyəcək.
Dinsiz də bunu qəbul edər. Müqayisə edəndə mömin onsuz da qəbul edər, iman edər. Çünki, bizdə necə olur? Məsələn, yuxumuzdan oyanırıq, bəzən dəqiq yuxu görərik, müqayisə edəndə bu dünyaya gəldiyimizi anlayırıq. Hətta insan oyanıb-oyanmadığına da əmin ola bilmir, elə deyilmi? Belə deyər: “Görəsən, hansı həqiqət idi? O idi yoxsa bu? Bu daha çox həqiqətə bənzəyir.” Deyə tərəddüd edər. Məsələn, “su içirəm” deyər, maddənin sərtliyinə filan baxar amma yenə də hansının yuxu hansının həqiqət olduğuna tərəddüd edər.
Amma axirətdə, o qədər dəqiqlik var ki, bu dünya dəqiq göründüyünə görə, dünyanın yuxu olduğuna inanar. “Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı (şey) hazırdır!” Bu küfr əhlini də mələk yanında aparar, “bu yanımdakı (şey)” deyir. Onu, insan kimi də qəbul etmir. Sanki cisimdən (əşyadan) bəhs edir, “yanımdakı (şey)” deyir. Yəni, mələk onun imansızlığının bəxş etdiyi halından çox narahat olar. Ona görə ona “şey” deyə xitab edir, mömin demir, insan da var demir, yəni cisminə şey, bir varlıq deyər, inşaAllah.
“(Allah o iki mələyə buyuracaqdır: ) “Atın Cəhənnəmə hər bir inadkar kafiri” (Qaf surəsi, 24) Yəni, cəhənnəmin içinə iki mələyin köməyi ilə atılar. Mələklər qolundan tutub atarlar, o, özü getməz. Mələklərə də Allah, xüsusi güc verdiyinə görə onlara müqavimət göstərə bilməzlər. Mələklər, insanın müqavimət göstərə bilməyəcəyi varlıqlardır. Yəni çox qəhredici gücləri var, yoxsa müqavimət göstərərlər. Yəni, getmək istəməzlər lakin, onları sürüyərək zorla apararlar. “Xeyirə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni” (Qaf surəsi, 25)-buyurur Allah. Burada, yalnız küfrdən bəhs edilmir.
Allah, xeyirə mane olduqlarını bildirir. Yəni, bir, iki təcavüzkar terrorist xeyirli olan hər şeyə mane olar, qan tökər, insanları öldürər, mərhəmət göstərməzlər. “Şübhə edəni”–deyir Allah. Yəni, səmimi iman edə biləcəyi halda şübhəçiliyi seçir (uyğun görür). Bunları Allah: “Götürün atın”-deyir. Amma bunlar yalnız bu şərtlər altında olmalıdır. “Başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!” (Qaf surəsi, 26) Yəni, məsələn müşrik, şirk əhli, xurafatçılardır hansı ki, Allahdan başqa ilahlar qəbul edirlər. “Atın onu (inkarçını) şiddətli əzabın içinə!“ (Qaf surəsi, 26) Möminləri Allah qoruyarkən, bu mələklər onları (inkarçıları) şiddətli əzabın içinə atarlar.
Amma mömin onu görəndə cənnətə olan sevgisi, Allaha olan sevgisi daha da artar. Bu möminlərin ehtiyac duyduqları bir şeydir. Yəni Allahın intiqam aldığını, imanla küfrün arasındakı fərqi, özünün mükafatlandırıldığını, inkar edənlərin isə cəhənnəmə getdiyini görərlər. Çünki, əgər inkarçılara heç bir şey olmasa bu, Allahın ədalətinə zidd olar. Ona görə Allah onu etmir. Həqiqət nədir? Həqiqəti Allah bilir, biz bilmirik. Yəni cəhənnəmə atılanların ruhunun, şüurunun, fikrinin necə olduğunu biz bilə bilmirik. Yəni necə bir görünüşdə, necə bir varlıq, necə bir cisimdə olduqlarını bilmirik. Ancaq görəndə bilərik, əsli Allah qatında olacaq.
Bu da bir ledün elmidir. “Cənnət də müttəqilər üçün uzaqda deyil, yaxınlaşdırılmışdır.” (Qaf surəsi, 31)-deyir Allah. Deməli cənnət uzaqda deyil. “Uzaqda deyil” nə deməkdir? Yəni, “çox yaxındadır” deməkdir. Bu da zaman, məkan dəyişikliklərinin insandakı təzahürləridir. “Yaxınlaşdırılmışdır” nə deməkdir? Yəni ölçünü (boyutu) aradan götürəndə artıq orada (axirətdə, cənnətdə) olur insan. Amma onsuz da “uzaq deyil” deyir Allah. Çünki məsafə yoxdur. Ölçü (boyut) aradan qaldırılan kimi artıq insan (həmin boyutda) orada olur. “Yaxınlaşdırılmışdır” –bu, inşaAllah. “Budur sizə vəd edilən (Cənnət!) O, hər bir (tövbə edib) (Allaha )üz tutan, (Onun əmrinə) riayət edən. Mərhəmətli (Allahdan) (Onu) görmədən qorxan.“-deyir Allah. “…Və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.!” (Qaf surəsi, 33) Yəni, səmimi qəlbdən, səmimi olaraq Allaha yönəlmək lazımdır.