İçeriğe geç

Qədr surəsi, 1-5-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 3 avqust 2013-cü ildəki söhbətindən Qədr surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Qədr surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınaram: “Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik!”  Yəni, Qurani Kərimi, amma Allah “onu” deməklə, eyni zamanda Quranla yanaşı hz. İsa Məsih (ə.s)-ın da Qədr gecəsində enəcəyinə işarə edə bilər. Yoxsa Allah, açıq-aşkar Allah “Quranı” deyərdi amma sırf Quran demir, “onu” deyir. Buradan da anlayırıq ki, Hz. İsa Məsih (ə.s)-a da işarə var. “Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir?”  Yəni “bu məlumatı haradan götürdün?” deyir Allah. Allah burada, bütün məlumatların Ondan (Allahdan) gəldiyini bir daha xatırladır. Çünki bu, vəhylə gələn məlumat Peyğəmbərimiz (s.ə.v)-ə Allah tərəfindən gəlirdi.

“Qədr gecəsi, min aydan daha xeyirlidir.” Burada, Allah 1000 rəqəminə xüsusilə diqqət çəkib. 3-cü ayə olduğuna görə, 2-ci min bitdiyinə görə biz 3-cü min ilə girdik indi. 3-cü min ildəyik. Burada 3, bir də 1000 rəqəmi var. Birləşdirəndə 3000 edir. Bununla 3-cü min ildə hz. İsa Məsih (ə.s)-ın gələcəyini anlayırıq. Yəni, bu əsrdə, inşaAllah. “Mələklər” –yəni mələklər bir-bir gələr,“və ruh”, deyir Allah, yəni Allahdan olan ruh. Ruh milyonlarla, milyardlarla yerdə birdən, eyni anda ola bilər. Cəbrayılın əsas xüsusiyyəti ruhdur. Hz. İsa Məsih (ə.s)-a da Allah “ruhumdan üfürdüm” deyir. Allah onu həmişə ruh deyərək bildirir.

“O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir iş üçün yerə enərlər.” Məsələn, bir insanın nə edəcəyi, digərinin nə iş görəcəyi, məsələn, bir dövlətin dağılacağı, bir dövlətin qurulacağı o dövrdə ediləcək hər bir iş ilə bağlı məlumat endirərlər. Amma bunu yalnız oradakı (ərəbcə “hazirun”), yəni aidiyyatı olan mələklər, dünya idarəçiləri bilər. Başqa heç kim bilməz. Allahın dünyanı idarə etmək üçün vəzifələndirdiyi varlıqlar bilərlər. Onlara bu məlumat verilər, “hər bir iş üçün də enərlər” yəni ayrı-ayrı, bir-bir enərlər. “O gecə sübh açılanadək əmin-amanlıq olur.”

Yəni günəş doğulana qədər, günəş müəyyən olana qədər əmin-amanlıqda olduğunu deyir, amma ondan sonrası üçün Allah heç bir zəmanət vermir. O gecəyə məxsus yalnız bu hadisələr olarkən, mələklər və ruh enərkən şeytanlar geri çəkilərlər. Ortalıq təmizlənər, mənfi heç bir şey qalmaz, hadisə olmaz, döyüş olmaz. Çünki səlim (salamat), sakit, dinc bir mühit olmalıdır. Ona görə o gecə, olduğu gecə heç bir hadisə yaratmır Allah. Yəni anormal bir hadisə baş vermir. Amma, əlbəttə ki, gecə bu müəyyən bir coğrafi bölgədə olmalıdır. Məsələn, “Qədr gecəsində endirdik”-deyir Allah, amma o biri tərəfdə gündüz olar. Digər yerdə günün ilkindi vaxtı olar, başqa bir vaxt olar. Yəni, yalnız müəyyən bir yerdə olmalıdır. O zaman müəyyən bir bölgədə enmə, müəyyən bir bölgədəki hadisədən bəhs edildiyini anlayırıq. Hadisənin Peyğəmbərimiz (s.ə.v)-in olduğu yerdə baş verdiyi aydın olur, inşaAllah.

quran

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz