Hörmətli Adnan Oktarın 3 avqust 2013-cü ildəki söhbətindən Qədr surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Qədr surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınaram: “Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik!” Yəni, Qurani Kərimi, amma Allah “onu” deməklə, eyni zamanda Quranla yanaşı hz. İsa Məsih (ə.s)-ın da Qədr gecəsində enəcəyinə işarə edə bilər. Yoxsa Allah, açıq-aşkar Allah “Quranı” deyərdi amma sırf Quran demir, “onu” deyir. Buradan da anlayırıq ki, Hz. İsa Məsih (ə.s)-a da işarə var. “Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir?” Yəni “bu məlumatı haradan götürdün?” deyir Allah. Allah burada, bütün məlumatların Ondan (Allahdan) gəldiyini bir daha xatırladır. Çünki bu, vəhylə gələn məlumat Peyğəmbərimiz (s.ə.v)-ə Allah tərəfindən gəlirdi.
“Qədr gecəsi, min aydan daha xeyirlidir.” Burada, Allah 1000 rəqəminə xüsusilə diqqət çəkib. 3-cü ayə olduğuna görə, 2-ci min bitdiyinə görə biz 3-cü min ilə girdik indi. 3-cü min ildəyik. Burada 3, bir də 1000 rəqəmi var. Birləşdirəndə 3000 edir. Bununla 3-cü min ildə hz. İsa Məsih (ə.s)-ın gələcəyini anlayırıq. Yəni, bu əsrdə, inşaAllah. “Mələklər” –yəni mələklər bir-bir gələr,“və ruh”, deyir Allah, yəni Allahdan olan ruh. Ruh milyonlarla, milyardlarla yerdə birdən, eyni anda ola bilər. Cəbrayılın əsas xüsusiyyəti ruhdur. Hz. İsa Məsih (ə.s)-a da Allah “ruhumdan üfürdüm” deyir. Allah onu həmişə ruh deyərək bildirir.
“O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir iş üçün yerə enərlər.” Məsələn, bir insanın nə edəcəyi, digərinin nə iş görəcəyi, məsələn, bir dövlətin dağılacağı, bir dövlətin qurulacağı o dövrdə ediləcək hər bir iş ilə bağlı məlumat endirərlər. Amma bunu yalnız oradakı (ərəbcə “hazirun”), yəni aidiyyatı olan mələklər, dünya idarəçiləri bilər. Başqa heç kim bilməz. Allahın dünyanı idarə etmək üçün vəzifələndirdiyi varlıqlar bilərlər. Onlara bu məlumat verilər, “hər bir iş üçün də enərlər” yəni ayrı-ayrı, bir-bir enərlər. “O gecə sübh açılanadək əmin-amanlıq olur.”
Yəni günəş doğulana qədər, günəş müəyyən olana qədər əmin-amanlıqda olduğunu deyir, amma ondan sonrası üçün Allah heç bir zəmanət vermir. O gecəyə məxsus yalnız bu hadisələr olarkən, mələklər və ruh enərkən şeytanlar geri çəkilərlər. Ortalıq təmizlənər, mənfi heç bir şey qalmaz, hadisə olmaz, döyüş olmaz. Çünki səlim (salamat), sakit, dinc bir mühit olmalıdır. Ona görə o gecə, olduğu gecə heç bir hadisə yaratmır Allah. Yəni anormal bir hadisə baş vermir. Amma, əlbəttə ki, gecə bu müəyyən bir coğrafi bölgədə olmalıdır. Məsələn, “Qədr gecəsində endirdik”-deyir Allah, amma o biri tərəfdə gündüz olar. Digər yerdə günün ilkindi vaxtı olar, başqa bir vaxt olar. Yəni, yalnız müəyyən bir yerdə olmalıdır. O zaman müəyyən bir bölgədə enmə, müəyyən bir bölgədəki hadisədən bəhs edildiyini anlayırıq. Hadisənin Peyğəmbərimiz (s.ə.v)-in olduğu yerdə baş verdiyi aydın olur, inşaAllah.