Evanjeliklər Dəccalın çirkli oyununa uymamalıdırlar
Həqiqətən də, şeytanın əmri ilə onun planına uyğun olaraq bütün dünyada Allah inancına qarşı mübarizə edən ateist masson sistemi bəzi Evanjelikləri də təsir altına alaraq fəaliyyət göstərir. Daha əvvəl də bir neçə dəfə xəbər verdiyimiz bu təhlükə güclü olmasa da, demək olar ki, müəyyən bir əhatəni təsiri altına alıb. Söz mövzusu olan Evanjeliklər bu qaranlıq oyunların təlqinləri nəticəsində müsəlmanlara qarşı ciddi bir cəbhə yaratmış halındadırlar.
Halbuki içində olduqları yalan böyük bir məyusluqdur. Mübarizə aparmağın vacib olduğu quruluş isə ateist massonluqdur. Evanjelik xristianlarla müsəlmanların arasını vurmağa çalışan çirkin təşkilatlanma ateist massonluqdur. Bu bir sui-qəsd nəzəriyyəsi və ya xəyali bir təşkilatlanma deyil. Ateist masonlar, yüksək səviyyəli mərasimlərində ŞEYTANA SİTAYİŞ EDƏN, özlərinin gizli nəşrlərində “ŞEYTANIN FƏNƏRİ GETDİYİN YERDƏKİ QARANLIĞI İŞIQLANDIRIR” şəklində bu azğın düşüncələrini açıq şəkildə dilə gətirən, gizli və hiyləgər bir təşkilatdır.. Massonluq şeytandan alınan ilham və əmrlərlə dünyanı qarışıqlıq və qırğınlarla bir fəlakət mühitinə çevirməyi qarşısına məqsəd qoyan, Allah inancına qarşı mübarizə aparan ən hiyləgər qruplaşmadır. Bu çox aydın olan qəti bir həqiqətdir.
Massonlar bəzi Evanjeliklərə müsəlmanları Dəccalın ordusu kimi göstərmək istəmişdir. Müsəlmanlar sevgi və şəfqət ordusudur.
Adnan Oktarın 22 Noyabr 2009-cu il tarixli Kanal 35 və Tv Kayseri reportajından
Ateist masson hərəkətinin təməlini meydana gətirən Tampliyerlərin sitayiş etdiyi büt, yəni şeytan mənasını verən Baphomet simvolu, ateist masonluğun ən bilinən şeytan simvoludur.
Dünyadakı ən böyük iqtisadi güc massonlara aiddir. Dünya iqtisadiyyatının 90%-i onlarındır. Massonluq dərin dünya dövlətinin hakimidir. Bu təşkilatlanmanın ateist seqmentinin başında isə dəccal vardır. Dəccal ateist massonluq yolu ilə fəaliyyətdədir. Dəccalın çox yaxşı bilinən tərəfi olan ateist massonluq barış üçün ortaya çıxmış, lakin olduqca sistemli bir şəkildə qan tökmədədir. Qan tökməyi gələcəkdə də davam etdirmək üçün Allaha imanı ortadan qaldırmağa, inananlar arasında nifaq salmağa çalışırlar. Bəli, bəzi Evanjeliklərə və bir qisim müsəlmanlara qarşı oynanan masson oyunu budur.
(Massonlar Luciferi şeytan olaraq açıqlayar və ona sitayiş edərlər.)
Özlərini müsəlman və Evanjelik göstərməyə çalışan bəzi ateist massonlar pulla tutduqları jurnalistlər və yazıçılar vasitəsilə bu azğın məntiqi bütün dünyaya yaymaq əzmindədirlər. Halbuki, bəhs olunan yanlış düşüncənin təsirinə qapılan bir qisim Evanjeliklərin müsəlmanları həm özləri, həm də dünya üçün təhlükə olaraq görmələri olduqca təhlükəlidir. Bu kəslər fərqində olmayan şeytani bir qruplaşma olan massonluğun dünyanı dinsizliyə aparmaq siyasətinə alət olmaqdadırlar. Massonluq isə dinsizliyi bütün dünyada yaymağa çalışır. Ateist massonların idarəsi altında olan ateist və Darvinistlər bundan istifadə edərək meydanın özlərinə qalmasını istəyirlər. İnananlar arasında saxta və süni bir mübarizə fikrini yaradıb dinsizliyi, Darvinizmi, terroru, qarışıqlıq və degerenasiyanı bütün dünyada hakim etmək üçün mühit tapa bilirlər.
İndi dünyada Allah inancına qarşı ciddi bir mübarizə davam etmədəkdir. Kommunizm, Darvinizm, materializm, Marksizm, Kommunist terrorizm, Leninizm, Stalinizm dünyada böyük bir dinsizlik təhdidi olaraq fəaliyyət göstərir. Dünyada bu təhlükələr mövcud olarkən Evanjeliklərin dünyada ən böyük təhlükə olaraq yalnız müsəlmanları görmələridir. Müsəlmanlar olmasa sanki dünya problemsiz bir yer olacaq. Bu düşüncə isə ədalətə və vicdana sığmır. Evanjeliklər dinsizlik ilə mübarizəni qoyub, hər kəsi müsəlmanlara və müsəlmanlığa qarşı çıxmağa təşfiq edirlər. Müsəlmanlara din əxlaqına uyğun şəkildə olan sevgi, şəfqət, səbir, barış və qardaşlıq duyğuları ilə yanaşmaq yerinə, insanları kin və nifrətə təşviq edirlər. Məhz bütün bunlar özlərini Müsəlman və Evanjelik göstərməyə çalışan bir qisim ateist massonların pulla tutduqları jurnalistlərin və yazarların təlqinləri nəticəsində reallaşmaqdadır.
Allaha inancının, ədalətin və vicdanın gərəyi dünyada Allah inancına qarşı olanlarla fikri mübarizə aparmaq, dünyadakı bütün pislikləri ortadan qaldırmağa çalışmaqdır. Törətdikləri qanlı hərəkətlərdə dini istifadə edən, müsəlman adı daşıyan cahil və dinsiz olanların İslam ilə heç bir şəkildə uyğun gəlmədiyini bilmək lazımdır. İslamın gözəlliyinə göz yuman, şeytana tapınan massonların çirkin planlarına aldanmaq iman edən insanın edəcəyi rəftar deyil.
Ateist massonların bu gizli və sistemli üsulları ilə bir qisim Evanjeliklər özlərini cəmiyyətdən təcrid edib, qardaş olaraq gördükləri müsəlmanlara qarşı cəbhə mövqeyi tuturlar. Bunu edərək özlərini Evanjelik göstərməyə çalışan ateist massonların təsiri altında müsəlmanlara qarşı kin və nifrət duyğularını təşviq etməkdədirlər. Allahı sevən dindarlar Allahın dostları ilə birlikdə olmaları lazım ikən ateist, Darvinist, terrorist bir sistemin liderliyini edən hiyləgər bir təşkilatın yolunu fərqində olmadan da olsa izləyirlər. Bu səhv inancın həm özlərinə, həm də bütün dünyadakı inananlara zərər verdiyini görmürlər.
Allahın izni ilə Allahın adı və kəlamı mütləq bütün dünyaya hakim olacaq və qalib gələcəkdir. Bu, Allahın həqiqi iman sahiblərinə olan vədidir. Lakin bunun vəsilələri olmaq üçün səbəblərə sarılmaq, bütün dünyada güclü bir inanc həmrəyliyi içində olmaq lazımdır. Səmimi Evanjelik Xristianlar, Evanjelik massonların çirkli oyunlarını görüb, içinə düşəcək böyük təhlükənin fərqinə varıb səmimi dindar Müsəlmanlarla ittifaq etsələr, Allahdan bir nemət olaraq daha çox dinc və rahat, gözəl bir həyat yaşayacaqlar. Ateist massonluğun gizli təhlükəsini – ateizm, Darvinizm, materializm, Marksizm, Leninizm təhlükəsini daha yaxşı fərq etdiklərində Allah inancına qarşı çıxan bu cür azğın sistemlərə qarşı çıxacaqlar.
Uca Allahın izni ilə Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)-ın zühur zamanı çox yaxındır. Quranda Allahın vəd etdiyi kimi o dövrdə Hz. İsa (ə.s)-ın barış və birlik çağırışına bütün xristianlar öz razılıqları ilə gələcəklər (Nisa Surəsi, 159). Qurana görə Hz. İsa (ə.s)-ın yenidən zühuru zamanı kitab əhlindən (Xristian və Yəhudi) ölməmişdən əvvəl ona iman etməyən heç kim qalmayacaq. O zaman Uca Rəbbimizin izni ilə əsl edilməsi lazım olanın inananlar arasında sevgi və ittifaq yaratmaq olduğunu anlayacaqlar. Əhəmiyyətli olan Hz. İsa (ə.s)-ın və Hz. Mehdi (ə.s)-ın zühur dövrünə çox yaxınlaşmış ikən bu həqiqəti başa düşmək, bu mübarək insanlara liderlik edib və onların fəaliyyəti üçün gözəl bir zəmin hazırlamaqdır. Şübhəsiz ki, Allahın öz kəlamını hakim etmək üçün heç bir şeyə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Lakin Allah iman edənlərə dua etmə və əcr alma gözəlliyini lütf etmişdir. Həqiqi və səmimi dindarlar arasındakı güclü birlik, dinsizliyin yer üzündən qalxması və uca Allahın adının bütün dünyada bir və tək olaraq xatırlanması üçün bir duadır.