Hörmətli Adnan Oktarın 5 dekabr 2012-ci ildəki söhbətindən Taha surəsi ilə əlaqədar şərhlər
ADNAN OKTAR: Taha surəsi, 38; şeytandan Allaha sığınıram; “Anana vəhy olan şeyi vəhy etmişdik,” atana deyil anana, hz. İsa (ə.s)-ın anası var. Hz. Mehdi (ə.s)-ın da atası, hz. Mehdi (ə.s) kiçikkən vəfat edəcək. O da yetimdir. Quran onun üçün həmişə anaya diqqət çəkmişdir. Bu mehdiyyətə bir işarədir, hz. İsa (ə.s)-ın anasına, hz. Mehdi (ə.s)-ın anasına diqqət çəkən bir ayə, işarədir. “Onu sandığın içinə qoy.” Burada keçən hər söz mütləq bir işarə, bir şifrə, bir izahat ehtiva edər. Allah gərəksiz yerə heç bir şəkildə təfərrüat verməz. “Onu sandığın içinə qoy.” Deməli bu sandıq, Axırzamandakı sandığa işarə edir. Yəni hz. Musa (ə.s)-ın müqəddəs sandığı. Onsuz da bu sandıq da o sandıqdır. Hz. Musa (ə.s) bu sandığın içinə qoyulmuşdur, sonra o sandıq saxlanmışdır, mühafizə edilmişdir.
Sonra o sandıq qızıl ilə örtülmüş, sonra müqəddəs sandıq olaraq yenə vəzifəsinə davam etmişdir. Indi də davam edir vəzifəsinə, Axırzamanda tapılacaq, inşaAllah. “Sandığın içinə qoy.” Yəni deməli müqəddəs olan şey o sandığın içinə qoyulur. Hz. Musa (ə.s) müqəddəs, onun içinə qoyulur; müqəddəs əmanətlər, o sandığın içinə qoyulur. “Suya burax.” Deməli hz. Mehdi (ə.s) da, hz. İsa Məsih (ə.s) da suya yaxın olacaqlar. Dağda belə hz. İsa (ə.s) doğulduğunda su qaynağı var. Anası onu doğduğunda, bir su qaynağının kənarına gəlir anası, su qaynağının yanında doğur. “Suya burax.” Hz. Mehdi (ə.s), hz. İsa (ə.s) da həmişə suya yaxın olacaqlar, buna işarə var, “Suya burax.” Suya burax; eyni zamanda qədərə təslim ol mənasına da gəlir.
Yəni Allaha təslim ol, özünü təslim et. Suya təslim etmək deməkdir, Allaha təvəkkül edib özünü təslim edər. Suya təslim et kimi, o hara aparsa. Hz. Mehdi (ə.s) da özünü Allaha təslim edər, hz. İsa Məsih (ə.s) da özünü Allaha buraxar. Allah onu hara aparsa. Tam təslim olar. Bu tam təslimiyyətin ifadəsi olan bir ayədir. “Onu mənim də düşmənim, onun da düşməni olan biri götürəcək.” Dəccal, yəni o dövrün dəccalı budur. Amma Axırzamana baxan dəccaldır. Hz. Mehdi (ə.s)-ın düşməni olan, Allahın da düşmənidir. Hz. İsa Məsih (ə.s)-ın düşməni olan, Allahın da düşmənidir. Quran ona işarə edir; “Onun da düşməni olan, Mənim də düşmənim olan” deyir Allah. “Mənim də düşmənim, onun da düşməni olan biri götürəcək.” Dəccal götürəcək.
O sandığı götürəcək, fərqində olmayacaq. Dəccaliyyət deməli tələyə düşərkən fərqində olmur, bilmir. Yəni uzaqgörənliyi olmadığı üçün təxmin edə bilmir. İlk nüvə mərhələsində mehdiyyətin fərq edilməyəcəyinin dəlilidir. Firon kimi oyanıq, şeytanı oyanıqlığa sahib biri, dövrün Mehdisini fərq edə bilmir.Kiçik olarkən, daha yeni doğulmuşkən fərq edə bilmir. Gəncliyini də fərq edə bilmir. Bu hz. Mehdi (ə.s)-ın fərq edilə bilməməsinə, hz. İsa (ə.s)-ın fərq edilə bilməməsinə də işarədir. Hz. Yusif (ə.s) da bilirsiniz quyudan çıxarıldığında fərq edilmir. Qardaşları da fərq edə bilmirlər. Mehdilərin fərq edilə bilməyəcəyinə dair Quran ayələridir bu ayələr.
Nə qardaşları fərq edə bilir hz. Yusuf (ə.s)-ı, nə də onu quyudan çıxaranlar, nə də evində qaldığı insanlar. Fərq edə bilmirlər. Amma son zamanlara doğru qadınlar bir fövqəladəlik olduğunu anlayırlar. Şeytandan Allaha sığınıram, “Allahı tənzih edirik, bu ancaq bir mələk ola bilər hər halda” deyirlər. Üzərində bir fövqəladəlik olduğu aydın olur, amma tam da mənasını çıxara bilmirlər. Yəni vəzifəsini tam anlaya bilmirlər. Fövqəladəlik olduğunu anlayırlar. Hz. Mehdi (ə.s)-da da xalq bir fövqəladəlik olduğunu anlayacaq, hz. Yusuf (ə.s)-da olduğu kimi amma tam diaqnoz edə bilməyəcəklər. “Bir fövqəladəlik var” deyəcək; fövqəladə bir şey amma tam diaqnoz edə bilməyəcək. Çox sonra. “Mənim də düşmənim” deyir Allah, “onun da düşməni olan biri götürəcək.” Hz. Mehdi (ə.s)-a düşmən olanlar, Allaha da düşmən olur.
Hz. İsa Məsih (ə.s)-a düşmən olan, Allaha da düşmən olur. Bunu hər yerdə görürük. Belə təcavüzkar, tərs, vicdansız, sevgisiz insanlar olur, hz. İsa (ə.s)-a düşmən olanlar. “Gözümün qarşısında yetişdirilməyin üçün, Özümdən sənə bir sevgi yönəltdim.” ‘Gözümün qarşısında yetişdirilməyin mənası Allahın, “hər hərəkətiniz, hər şey; hz. Mehdi (ə.s)-ın hər hərəkəti, hz. İsa (ə.s)-ın hər hərəkəti Mənim gözümün önündədir. Rahatlanın, narahat olmayın.” “Hz. Mehdi (ə.s) görəsən müvəffəqiyyətli ola bilərmi, hz. İsa (ə.s) görəsən müvəffəqiyyətli ola bilərmi?” deməyin. “Mənim gözümün qarşısında” deyir Allah.
“Şəxsən mən izləyirəm” deyir Allah. “Mən yaradıram, Mənə güvənin” deyir. “Siz də güvənin, o da güvənsin, hamınız güvənin.” O mənadadır. “Sənə bir sevgi yönəltdim.” Seviləcək insan olurlar; hz. İsa Məsih (ə.s) da, Hz. Mehdi (ə.s) da. Küfrün nifrət etdiyi, möminlərin sevdiyi. Möminlərin ürəklərində tərif edə bilmədikləri şiddətdə bir sevgi olur hz. Mehdi (ə.s)-a qarşı, hz. İsa Məsih (ə.s)-a qarşı. Tanımasalar da sevirlər. Dəccallara qarşı da təbii bir nifrət olur mömində. Məsələn, adamı görür mömin, çəkinir, nifrət edir. Daha bilmir, xüsusiyyətini bilmir, amma baxan kimi nifrət edir. Allah ilham edir ona. Hz. Mehdi (ə.s)-ı da ilham edər insanlara; insanlar hiss edər hz. Mehdi (ə.s)-ı, amma adını qoya bilməz.
Dəccalı da hiss edər, adını qoya bilməz. İçində təbii bir itələyicilik hiss edər mömin. “Hanı bacının gəzişib; “Onun (qulluğunu) boynuna götürəcək birini sizə xəbər verimmi?” deməkdə idi.” Deməli hz. İsa (ə.s)-a da, hz. Mehdi (ə.s)-a da maraq göstərəcək, əlaqə göstərəcək, köməkçi olacaq, hər cür işində ona dəstək olacaq, sanki onları dayə kimi yetişdirən, onlara dəstək olan, uşağına şəfqət göstərər kimi sevən insanlar olacaq ətrafında! Ona işarədir. “Beləcə, səni anana geri çevirmiş olduq ki, gözü aydın olsun və kədərlənməsin.” Demək ki, çox bir vaxta qədər hz. Mehdi (ə.s)-ın anası sağ olacaq; çox vaxta qədər, ona işarə vardır. “Gözü aydın olsun, kədərlənməsin.”
Deməli anasından ayrılacaq, bir ayrılıq var burada çünki. Ayrılma, sonra da yenidən birləşmə var. Deməli hz. Mehdi (ə.s) ailəsinin yanından ayrılacaq. Hədis də var onsuz da, “hz. Mehdi (ə.s) ailəsindən ayrılar” deyir. Sonra yenidən birləşəcəyi, qovuşacaqları aydın olur. “Gözü aydın olsun və kədərlənməsin.” Deməli, kədərlənə bilən bir ana bu ana və sevinə bilən bir ana. “sən bir insan öldürmüşdün də, Biz səni dərddən qurtarmış və səni “əsaslı bir sınaqdan keçirib-sınamışdıq.’” Deməli hz. İsa Məsih (ə.s) da, hz. Mehdi (ə.s) da əsaslı bir sınaqdan keçiriləcək. Bəlkə canlarına nəzərdə tutulacaq, bəlkə həbs etməyə qalxacaqlar o mübarək insanları.
Çünki burada ölümdən bəhs edilməsi, demək ki, onları da öldürməyə çalışacaqlar; hz. İsa Məsih (ə.s)-ı da, hz. Mehdi (ə.s)-ı də şəhid etməyə çalışacaqlar, ona işarə vardır. Əsaslı bir sınaqdan keçirib sınayacağını anlayırıq Allahın. “Mədyən xalqı arasında illərcə qalmışdın.” Deməli hz. Mehdi (ə.s) xalq arasında olacaq, illərcə. Amma xalq onu tanımayacaq. “sonra bir qədər üzərinə (bura) gəldin ey Musa” deyir Allah. Deməli bir şəhərdən bir şəhərə gələcək, hədislərdə də bunu görürük. Bir şəhərdən bir şəhərə gəlir hz. Mehdi (ə.s). Burada da, ayədə; “sonra bir qədər üzərinə (bura) gəldin ey Musa” deyir. Qədəri elə, “təsadüf nəticəsində olmadı bu” deyir Allah, “qədərlə gəlirsən” deyir.
“Səni Özüm üçün seçdim” deyir Allah 41-ci ayədə. “Səni Özüm üçün seçdim.” Deməli yetkinlik dövrü olan 41 yaşında, əsl mehdilik halları üzərində meydana çıxmağa başlayır. inşaAllah. Mehdilik bolluqları, mehdilik dərinliyi üzərinə gəlməyə başlayır, hikmət istiqaməti. “Səni Özüm üçün seçdim.” Demək ki, insan istəyərək peyğəmbər ola bilməz. Çalışmaqla peyğəmbər olunmur. Çalışmaqla da hz. Mehdi (ə.s) olunmaz. Məsələn, biz məktəblər açsaq, təbliğ etsək, dərgahlar açsaq, məşğul olsaq, hz. Mehdi (ə.s) olmaq istəsək də hz. Mehdi (ə.s) ola bilmərik.
Dünya səviyyəsində məsələn, böyük şirkətlər qursaq, mədrəsələr açsaq, kurslar açsaq, Quran kursları açsaq, hz. Mehdi (ə.s) ola bilmərik. Allahın seçməsi lazımdır. “Sən və qardaşın ayələrimlə gedin.” Təbii burada mən ayənin mənalarını söyləyirəm. Yoxsa düz mənası açıq, hz. Musa (ə.s)-a xitab edir, onsuz da dərhal aydın olur. Hz. Mehdi (ə.s) və qardaşı hz. İsa Məsih (ə.s). “Və Məni zikr etmədə zəif davranmayın.” Davamlı Məndən bəhs edin, davamlı Məni anın; radiolardan, televiziyalardan, qəzetlərdən, internetdən hər yerdən Məni anın, Məndən bəhs edin. “Məni zikr etməkdə zəif davranmayın.” O qədər sıxlıqla edin ki, gecəli gündüzlü olsun bu. “Ara-ara təbliğ istəmirəm” deyir Allah.
Həftədə bir yığıncaqlar, ayda bir yığıncaqlar; belə tiplər var, ayda bir toplanır, çay-qəhvə içib dağılırlar və ya həftədə bir çay-qəhvə içib dağılırlar. “Məni zikr etməkdə zəif davranmayın” deyir. Allah hərdən edilən zikrləri, hərdən edilən təbliğləri zəif davranma olaraq görür. Zəif davranmağı da qəbul etmir. Çox sıx olmasını istəyir Allah. Çox sıx, ola biləcək ən sıx dərəcədə. “İkiniz firona gedin.” Yəni, ikiniz də dəccala qarşı mübarizə edin, hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s). “Çünki o azmışdır.” Anarxiya, terror, həyat bahalılığı, qan tökmək, insanları bədbəxt etmək, Allah inancını insanlardan almağa cəhd göstərmək kimi əzmə fəaliyyətləri də var, Axırzamanda. “Ona mülayim söz söyləyin.”
Terrora terrorla cavab verməyin, anarxiyaya anarxiyayla cavab verməyin, silaha silahla cavab verməyin. Sevgiylə, şəfqətlə, mərhəmətlə, elmlə, mədəniyyətlə, razı salaraq, gözəl bir üslubla danışın. “Ümid edilər ki, öyüd alıb düşünər.” Yəni, o zaman öyüd alıb düşünməsi mümkündür. Çünki əgər qürurunu qırsan; silahla, nifrətlə, hirslə üstünə getsən heç düşünməz. Amma mülayim, sevgiylə, nəzakətlə müraciət etsən, o zaman ümid edilər ki, öyüd alıb düşünər.
“Və ya içi titrəyərək qorxar.” Yəni düşündükdən sonra da Allahdan qorxub içi titrəyər, iman edər. “Əvvəl bir düşünə bilər” deyir Allah. Yəni doğrumu səhvmi deyə düşünə bilər, amma daha da bir gözəllik olaraq içi titrəyər, qorxar. “Tam mənasıyla iman da edə bilər” deyir Allah. İkisi də ola bilər; düşünə bilər də, iman da edə bilər. “Dedilər ki,” yəni hz. Mehdi (ə.s)-ın qan axıtmayacağına işarədir bu ayə, mülayim təbliğ, həlim təbliğ. “Hz. Mehdi (ə.s) qan axıtmayacaq” deyir hədisdə, mehdiyyətin o qisminə işarə edir. 45-ci ayədə, şeytandan Allaha sığınıram; “Dedilər ki: “Rəbbimiz, həqiqətən, onun bizə qarşı ‘qəddar””terror, anarxiya içində olduğu üçün; təcavüzkar, qan tökücü bir fəaliyyətindən; “ya da ‘azğın davranmasından’ qorxuruq.”
Təhqir, küfr, böhtan, həbs kimi çirkin hərəkətlərindən, “çəkinirik, qorxuruq” deyirlər. Dəccal nə edəcək onsuz da; terror, təhqir, böhtan… Ayədə bu iki azğın rəftara diqqət çəkilir.Təcavüzkar, yaxud azğın davranması. Dəccaliyyətin terror, anarxiya, küfr, böhtan kimi çirkin hərəkətlərinə diqqət çəkilir. “Allah dedi ki: “Qorxmayın.”” Haramdır qorxmaq. Hz. Mehdi (ə.s) qorxmayacaq. “Havf damarı” deyir Bədiüzzaman. Bədiüzzaman məsələn, qorxmurdu. Hz. Mehdi (ə.s) da qorxmaz. Bədiüzzamanı da qorxaqlığa təşviq edirlər. “Məkkəyə, Mədinəyə, Hicaza get” deyirlər. “Qaç” deyirlər, “qorx” deyirlər. “Orada sən sevgi görərsən, hörmət görərsən” deyirlər və ya “Amerikaya get” deyirlər.
Bədiüzzaman nə Amerika təklifini qəbul edir, nə Hicaz təklifini qəbul edir. “Orada da olsam mən gələrdim İstanbula” deyir, “bura gələrdim” deyir. “Yer buradır” deyir. Çünki mehdiyyətin mübarizə etdiyi yer İstanbuldur. Yəni darvinizmin, materializmin. İstanbul mədəniyyət paytaxtıdır. Mədəniyyətlərin qarşılıqlı mübarizə etdiyi yer buradır. Darvinist, materialist zehniyyətə qarşı ayədə nəyə işarə edir; mülayimliklə, sevgiylə, sülhlə, demokratik yanaşma ilə, hörmətlə, gözəl rəftarla yaxınlaş. Elə təbliğ et. “Mən sizinlə birlikdəyəm. “Birlikdəyəm nə deməkdir? Allah, “Mən hər yerdəyəm” deyir. Bu anda da Allah buradadır, bizi görür və eşidir. “Eşidirəm və görürəm” deyir Allah.
Yəni bizim bu söhbətimizi hal-hazırda dinləyir Allah. Bu söhbətimizi, Allah “görürəm” deyir. Hamımızı indi seyr edir Allah. “Mən oradayam” deyir. “Yanınızda olacağam” deyir Allah. “Ona gedin” deyir Allah, bir daha söyləyir. “Və deyin ki: Biz sənin Rəbbinin elçiləriyik, İsrailoğullarını bizimlə birlikdə göndər və onlara (artıq) əzab vermə.” Yəni müsəlmanlara artıq əzab vermə, onlar artıq azad olsunlar, üzərilərindəki təzyiqi qaldır. “Sənə Rəbbindən bir ayə ilə gəldik. Salam, hidayətə tabe olanların üzərinə olsun.” Yəni, qurtuluş, fərahlıq, sağlamlıq, Allahın Salamı hidayətə tabe olan, yəni iman edən, Allahın Hadi adının təcəllisi olan, insanların üzərinə olsun.