Cənab Adnan Oktarın 5 dekabr 2012-ci il tarixli söhbətindən Quranda mehdiyyət ilə əlaqədar ayə təfsirləri
ADNAN OKTAR: Allah deyir ki; Rad surəsi, 42-də; şeytandan Allaha sığınıram; “Bu yurdun sonu,” dünyanın sonu, “kimindir, inkar edənlər çox yaxında biləcəklər.” Yurd, dayanan bir yurddan bəhs edir: “Bu yurdun sonu kimindir,” “bu yurd kimə aiddir, kimlərin idarəsindədir, Allah kimlərə vermişdir, bunu biləcəklər” deyir. Nə vaxt? “Çox yaxında” deyir. Allah üçün 1400 il, 1500 il uzaq bir vaxt deyil. Bu ayənin ifadəsi qarşımızdakı illərdə reallaşacaq.
Şüəra surəsi, 227; “Zülm etməkdə olanlar,” dəccallar, “necə bir inqilaba uğrayıb,” inqilab; yeni bir dəyişmə, yeni bir hal, yeni bir anlayış, yeni bir həyat; “necə bir inqilaba uğrayıb aşacaqlarını, “dağılacaqlarını, yox olacaqlarını, təsirsiz hala gələcəklərini , “çox yaxında biləcəklər” deyir, dəccallar. İndi bunu da görəcək insanlar çox yaxında. Allah buna da “çox yaxında” deyir, buna da “çox yaxında” deyir. 1430, 1440 Allah üçün uzaq deyil. Amma 1440 təbii çox əhəmiyyətli bir tarixdir.
İsra surəsi, 81; şeytandan Allaha sığınıram; “De ki: “Haqq gəldi, batil yox oldu.” Mehdiyyət gəldimi, dəccaliyyət gedər. “Heç şübhəsiz batil yox olmağa məhkumdur.” Yəni batil mütləq, darvinizm, materializm mütləq yıxılar. Yəni 100 il müqavimət göstərməsi, 150 il müqavimət göstərməsi əhəmiyyətli deyil. Mütləq yox olur. Bax, “heç şübhəsiz batil yox olmağa məhkumdur” deyir Allah.
Əraf surəsi, 137; “Özündə bərəkətli etdiyimiz yerin,” Türkiyə də bunun içində; Türkiyə, Səudiyyə ərəbistanı daxil, İsrail daxil, Fələstin daxil, Misirə qədər; “Özündə bərəkətli etdiyimiz yerin şərqinə, qərbinə də o xor qılınıb-zəif buraxılanları (müstazafları),” hz. Mehdi (ə.s) və tələbələri, hz. Mehdi (ə.s) tələbələri xor qılınacaq. İnsanlar tərəfindən xor görüləcəklər, hz. Mehdi (ə.s) daxil olmaqla zəif buraxılacaqlar.
Təhqirlərlə, böhtanlarla, sui-qəsdlərlə… Kimi məsələn, məhkəməyə verəcək, kimi həbs etməyə qalxacaq, kimi onları prokurorluqlara xəbər verəcəklər, əzməyə çalışacaqlar. “Zəif buraxılanları, “onlara ‘müstaz’af’ deyir Allah, “(müstaz’afları) varislər etdik.” “Onlar hakim olacaqlar” deyir. Yəni İsrail oğulları, hz. Davud (ə.s)-ın soyu, yəni hz. Mehdi (ə.s) və tələbələri. Biz İsrail oğullarıyıq. Mən İsrail oğullarındanam. Sizlər də İsrail oğullarındansınız. Bizlər Mehdi tələbəsiyik. Mehdi tələbələri İsrail oğullarıdır.
Tövbə surəsi, 32; “Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər.” Danışaraq yəni. Məsələn, internetdə söhbəti yazılır, kitablara söhbətləri yazılır. Ağızlarıyla deyərkən, ağızlarından çıxan sözlər, yəni fikirləri. “Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər.” Bu anda da bunu etməyə çalışırlar. Dünyanın hər tərəfində bildirişlərlə, söhbətlərlə, radio-televiziya proqramlarıyla.
“Hz. Mehdi (ə.s) gəlməyəcək, hz. Mehdi (ə.s) gəlməyəcək, hz. Mehdi (ə.s) gəlməyəcək, hz. İsa (ə.s) gəlməyəcək, hz. İsa (ə.s) gəlməyəcək…” Allahın nurunu, Mehdi (ə.s)-ı öz ağıllarına görə söndürmək istəyirlər. “Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər.” Bütün kanallarda çıxır. “Halbuki” deyir Allah, “əleyhdarlar,” əleyhdar olan kəslər, “istəsə də Allah, öz nurunu tamamlamaqdan başqasını istəmir. “Mehdiyyəti hakim etməkdən başqasını istəmir Allah. Axırzamana işarədir. Təbii hz. Mehdi (ə.s)-a qarşı olanlar küfr içindədir demirəm mən amma məlumatsızlıq içindələr. Səhv içindələr.
Yenə Saf surəsi, 8; “Onlar ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər.” O televiziya proqramlarına baxın. “Mehdi əlamətləri də çıxmadı, hz. Mehdi (ə.s) da çıxmayacaq, hz. İsa (ə.s) enməyəcək, İslam Birliyi də olmayacaq, İslam Birliyi heç bir zaman olmaz, insanların beşdə biri ancaq müsəlman olar, belə bir şey yoxdur” kimi; ağızlarıyla Allahın nurunu, İslam Birliyini, hz. Mehdi (ə.s)-ın çıxışını, hz. İsa Məsih (ə.s)-ın çıxışını, insanların xoşbəxt olmasını dayandırmağa çalışırlar.
“Halbuki Allah, öz nurunu tamamlayıcıdır.” “Mən edəcəyəm” deyir Allah. “Tamamladım” demir Allah, “tamamlayıcıdır.” Necə tamamlayır? Hz. Mehdi (ə.s)-la tamamlayır. Hz. İsa Məsih (ə.s)-la tamamlayır. Elə olsa Allah, “tamamladım” deyərdi. “Tamamlayıcıdır” deyir. Tamamlayacaq. “Kafirlər xoş görməsə belə.” “Söyənlər, İslama qarşı olanlar təbii ki, bundan xoşlanmayacaqlar” deyir Allah. Onlar xoş görməsə də İslam Birliyi olacaq. Terror da qalmayacaq, anarxiya da qalmayacaq, silahlar susacaq.
Əhzab surəsi, 27; “Və sizi onların torpaqlarına, yurdlarına, mallarına və daha ayaq basmadığınız bir yerə varis etdi. Allah, hər şeyə güc çatdırandır.” “Bütün dünyaya hakim olacaqsınız” deyir Allah. “Torpaqlarına, yurdlarına, mallarına, ayaq basmadığınız hər yerə varis olacaqsınız.” Yəni “siz hər yerdə olacaqsınız” deyir müsəlmanlara. İsrail oğulları, yəni Mehdi tələbələri. İsraili oğulları Tövrat təsvir edir: Yaqub oğullarının rəhbərliyindəki möminlər, müsəlmanlar, yəni hz. Mehdi (ə.s)-ın liderliyindəki müsəlman milləti, inşaAllah. Onun içərisində təbii ki, İsrail də var. Onlar da çünki haqqı, haqq olaraq, inşaAllah irəlidə qəbul edəcəklər. Əvvəlcə Tövratın əslinə uyacaqlar.
Hz. Mehdi (ə.s) onları Tövratın əsliylə idarə edəcək. Yaqub oğullarına bir varis olaraq, bir gözəllik olaraq, bir qoruyucu olaraq. Onları qoruyub gözləyən; onlara yaxşılıq, bərəkət, bolluq gətirən bir şəxs olaraq hz. Mehdi (ə.s) zühur etdiyində, İsrail oğulları 3000 ildən bəri görmədikləri sevinci, xoşbəxtliyi, gözəlliyi yaşayacaqlar. Hz. Mehdi (ə.s)-ın bir əlaməti də hz. Süleyman (ə.s)-ın məscidini inşa etməsidir. Məscidi inşa edəndə İsrail bayram edəcək, inşaAllah.
Hz. Mehdi (ə.s) hz. Musa (ə.s)-ın sandığını da gətirib, hz. Süleymanın məbədinin önünə qoyduğunda, Peyğəmbərimiz (s.ə.v) deyir ki; “çox azı xaricində bütün yəhudilər müsəlman olar” deyir. “Çox azı xaricində hamısı müsəlman olacaq” deyir. Qəti vəd olmuşdur çünki. Tövratın dediyi olmuşdur. Aydındır ki, hz. Mehdi (ə.s), yəni aydındır ki, Məsihdir (ə.s) o. Sandıq da gəlmişdir; sandıq onsuz Tövrata görə əlamətdir, çox dəqiqdir. Sandıq yalnız onun gətirə biləcəyi bir şey, hz. Mehdi (ə.s)-a aid bir şeydir. Sırf o etdiyinə görə; o. Quranda da ona işarə edir. “Hüzur və sakinlik gətirəcək sizə o sandıq” deyir. Ona işarə edir Allah. Müqəddəs sandığın bir əlamət olduğunu söyləyir Allah, Quranda.
Ali İmran surəsi, 139; “üzülməyin deyir Allah.Üzülmək nə deməkdir? Zorakılığı azaltmaq, sıxlığı azaltmaq, təzyiqi azaltmaq, güclü hücumları azaltmaq, üzülmək. “Çox güclü olun” deyir Allah.” “Kədərlənməyin.” Haram etmişdir. Bütün müsəlmanlara Allah bu ayə ilə kədərlənməyi haram etmişdir. Üzülməyi də haram etmişdir. Hücum halında olacaq. Kədərlənməyi də haram etmiş. “Əgər həqiqətən iman etmişsinizsə,” səmimi iman edirsinizsə, “ən üstün olan,” hər istiqamətdən amma; hərbi, siyasi, hər istiqamətdən; “üstün olan sizsiniz” deyir Allah. “Sizə söz verirəm, zəmanət verirəm” deyir Allah. Mehdiyyətin bir başqa şərhidir bu ayə.
Həcc surəsi, 41; “Onlar ki,” yəni Mehdi tələbələri; ‘onlar ki dediyi’, ayənin ifadəsidir o, inşaAllah. “Onlar ki, yer üzündə özlərini yerləşdirər,” yer üzü haradır? Dünya. Dünyada özlərini yerləşdirər, bütün dünyaya hakim edər, “iqtidar sahibi etsək,” dünyanın iqtidarına, dünya dövlətinə hökumət etdiyinizdə ki edəcəksiniz, “iqtidar sahibi etsək, onlar doğru namaz qılarlar.” Hz. Mehdi (ə.s) və tələbələri. Doğru namaz, tam təsvir edildiyi kimi. “Zəkatı verərlər,” bol-bol mal paylayarlar. Hz. Mehdi (ə.s)-ın şeyi odur. “Gəlir, iki rükət namaz qılar” deyir; “zəkatı verərlər, malı paylayarlar.” “Bilinəni əmr edərlər,” gözəlliyi söyləyərlər. Anarxiyadan, terrordan, döyüşdən çəkinməyi; qardaşlığı, sülhü, yaxşılığı, gözəlliyi əmr edərlər. “Münkərdən çəkindirərlər.” Qan tökməkdən, şiddətdən, döyüşdən çəkindirərlər. “Bütün işlərin sonu Allaha aiddir.” “Hamısını Allah edər” deyir Allah ayədə.
Yunis surəsi, 82; şeytandan Allaha sığınıram; “Allah, günahkar-günahkarlar istəsə də”, “günahkar və günahkarlar istəməzlər” deyir Allah. Nəyi? Haqqı. Haqq nədir? İslamdır. “Haqqı (haqq olaraq) Öz sözləriylə,” Quranın hökmüylə, Quranın sözləriylə, hz. Mehdi (ə.s)-ın dilindən tökülən sözlərlə, hz. İsa Məsih (ə.s)-ın ağızından çıxan sözlərlə, Quran hökmləriylə, “reallaşdıracaq.” Reallaşdıracaq nə deməkdir? Vəddən reallaşmağa çevriləcək. Reallaşdıracaq nə deməkdir? Konkret, əllə tutular, dəqiq hala gələcək. Yəni hadisə reallaşdırılacaq. “Günahkarlar istəsə də,” yəni “onlar müqavimət göstərəcəklər” deyir, əleyhdarlar müqavimət göstərəcəklər. “Haqqı (haqq olaraq) Öz sözləriylə reallaşdıracaq.” “Haqq hər yerə hakim olacaq” deyir Allah.
Ənbiya surəsi, 18; şeytandan Allaha sığınıram; “Xeyr” deyir Allah, “Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər” deyir. Fikir quruluşunu; beyindən qəsd, fikir quruluşudur. “Beynini darmadağın edər; partladar, parçalayar beynini” deyir; fikirlə, elmlə, ağılla. “Bir də baxarsan ki, o, yox olub getmişdir.” “Baxarsan ki,” “görəcəksən” deyir. “Görəcəksiniz, baxacaqsınız, yox olub getdiyini görəcəksiniz” deyir.
“Həqiqətən olacaq” deyir. “(Allaha qarşı) Xarakterizə etdiklərinizdən ötəri heyiflər sizə. “”təsadüfən oldu, öz-özünə oldu” deyirlər darvinistlər; “heyif sizə” deyir Allah. Çünki axirətdə, cəhənnəmə getdiyində… Məsələn, adam darvinistdir, Allaha inanmır. İndi torpaq dümdüz; torpaq maqma, qaynayır. Belə şeytan başı kimi çox çirkin görünüşlü ağaclar -tək ağac odur, bitkilər- meyvəsi elə, şeytan başı kimi və murdar qoxulu, xeyli iyrənc qoxulu bir ağac. Belə irin dənizləri var, irin gölləri var; onların zülal qaynağı olacaq. Bir də qaynar su, qaynayan su. İndi təsadüf demirdi bunlar? “Təsadüfən meydana gəlmiş bitkidir bu” deyir Allah.
“Elə inanırsınız ” deyir, təsadüf kimi olan. “Təsadüf deyil, Mən yaratdım amma sizin öz başınıza təsadüf belə olmurmu?” deyir Allah. “Bu bitkini, o zaman bu meyvəni yeyəcəksiniz” deyir. Belə xoş ətirli iy verən çiyələklər, portağallar, naringilər; xoş ətirli iy verən qovun, qarpız; siz bunlara təsadüf deyirdiniz. “Təsadüf elə olmaz, belə olar” deyir Allah, sizin zehniyyətinizə görə. “İndi yeyin bunu” deyir Allah. Tərtəmiz xoş ətirli su. Oranın suyu leş kimi kükürd iy verər. Qaynar və duzlu, murdar bir sudur; hər yerdə vardır bu, yer üzündə də vardır qaynar maqma. Bir çox yerdə var, görürsünüz. “Su olaraq bunu içirsiniz” deyir Allah.
“Təsadüf demirdinizmi?” deyir. “Təsadüf olduqda belə olar” deyir Allah inşaAllah. Sizin inancınıza görə. Çünki yerdə maqma olduğuna görə, suyu da isitdiyinə görə o; quru torpağın içindən, kükürdün içindən, duzun içindən keçərək gəldiyinə görə bu su, sizin təsadüf inancına görə bunun kükürdlü, civəli, leş kimi iy verən, bulanıq, palçıqlı, qaynar bir su olması lazımdır. Məqbul olan bu deyilmi, onların dediyinə görə? “İçin” deyir Allah indi. Adam tərslik edir yenə orada. Darvinistlər yenə tərslik edir. “Təkamüllə oldu” deyir. “O zaman təkamüllə oldusa, belə olmurmu?” deyir. Adam da inkar edə bilmir. “Bəli, təkamüllə olduqda belə olar” deyir.
“Bitki də belə olar” deyir. İnsan? “İnsanı da ‘təkamüllə oldu’ deyirsən” deyir. Kəlləsi, başı arxaya çevrilmiş insanların, cəhənnəm əhlinin. Yəni sinəsi düz, bu tərəfə; başı kürək tərəfini görür. “Mutasiya” deyir; madam mutasiya, mutasiyaya uğramısan. Mutasiyaya inanmırsanmı sən? Başları arxaya çevrilmiş, gözü görmür. Mutasiya demirsənmi? Gözü görmür. Qolları tutmur, yerdə sürünürlər. Hanı deyirdi, “yerdə idilər əvvəlcə, sürünən idilər; sonra yavaş-yavaş ayağa qalxdı.” “İlk atalarınız kimi oldunuz” deyir Allah da. “İnanmırsınızmı?” deyir Allah. “Yerdə sürünəndik” deyirdiniz. “Əvvəl gözlər görmürdü, təkamüllə oldu” deyirdiniz.
“İndi gözünüz görmür” deyir Allah. Ayədə var, “gözləri görməz” deyir. Yerdə süründürür Allah, sürünmə var. O da yenə “sürünənlərdən olduq” deyirlər, Allah onu meydana gətirir. Rədd edəcəyi bir vəziyyət varmı? Yox. İnancına görədir elə. Öz inancını yaşamış olur. Davamlı da bu inancı mühafizə edir onsuz da, heç bir şəkildə imtina etmirlər. Deyirlər ki; “Rəbbinizə söyləyin o nemətlərdən bizə də versinlər” deyir. Orada cəhənnəm mələkləri var, onlar hərdən gəlirlər, onların vasitəçi olmasını istəyirlər. “Ya Rəbb bizə o nemətlərdən ver” demir. “Rəbbinizə söyləyin bizə də onlardan versin” deyir. Hələ inad edir. Cəhənnəm təbəqə-təbəqədir, növ növdür. Məsələn, bəzi insanlar vardır, sırf Allahı inkar edər amma heç kimə pisliyi olmaz.
Yəni dürüst, normal yaşayar amma təkamülçüdür; onlara elə bir mühit olur. Lakin belə pis məhəllələr, soyuq məhəllələr… “Neməti Allah yaratdı” demir, bütün nemətlərin alındığı bir mühitdə Allah yaşadır. Onun inancına uyğun bir mühitdə yaşadır. “Allah etmədi” dediyi hər şeyi Allah, orada ona, onun dediyi inancla yaradır. Allaha vermir bu şeyləri, onların hamısını alır Allah. Amma odda da yandırmır. Odda yandırmır, yalnız dayanır. Sıxılmaqla Allah böhrana salır onları da, sıxılırlar. Biz necə televiziyada xəbərlər seyr edərkən gözəl bir yer gördüyümüzdə qibtə edirik, pis bir yer gördüyümüzdə də Allaha sığınırıq. Onlar da davamlı televiziyadan baxar kimi cənnət əhlini görüb, müqayisə edib, onun çətinliyini çəkəcəklər.
Davamlı böhrana düşəcəklər. Məsələn, bəzi kəslər var; Allaha, dinə inanır amma islamın, Quranın hökmlərini heç etmir. Davaçı, dedi-qoduçu, söz soxur, millətlə məşğul olur amma Allaha, dinə müxalif hər şeyi də edir. “İnanıram” deyir amma inanmır. Söz aparır-gətirir, döyüş imkanı olduğunda dərhal döyüşür. Cəhənnəmdə də bunlar davamlı döyüşürlər, ayədə açıqlanmışdır. Bir-birlərini gözləyirlər, davamlı axtarırlar qaranlıq cəhənnəm məhəllələrində, cəhənnəm küçələrində. Məsələn, bunlar da elə; günahı ağır olmayanlar yanmaz atəşdə. Yəni hər kəs atəşdə yanmaz.Günahının dərəcəsinə görə edilər. Təbəqə-təbəqədir. Məsələn, münafiqlər cəhənnəmin ən aşağı təbəqəsindədir. Onlara çox şiddətli əzab edilir. Məsələn, daha üst təbəqələr var; olduqca çox daha sakit cəhənnəm təbəqələri var.
Bədiüzzaman da onu izah edir, olduqca çox sakit. Amma çətinliklə Allah orada əzab edir. Dümdüz səhra, çöl kimi bir mühit; oturur, dedi-qodu edib oturur. Davamlı görür cənnət əhlini. Məsələn, yüz min il keçir, böhrana düşür; çətinlikdən havalanacaq belə. Bir yüz min il daha keçir, elə oturur. Çünki əhəmiyyət verməmiş; dinə, Allaha əhəmiyyət verməmişdir; İslama əhəmiyyət verməmişdir, gərəksiz görmüşdür. Müsəlmanlarla lağ etmişdir. Cənnətə də girə bilmədikləri üçün, Allah orada yalnız çətinliklə böhrana salır. Elə dayanır. Amma anlamır təbii çətinlikdən, ondan da anlamır. Bir-birləriylə dalaşır. O, onu cəhənnəmə kim saldı, onu axtarır; o, onu cəhənnəmə kim saldı, onu axtarır. Bir-birlərinə dalaşırlar. Bir-birlərini qovurlar cəhənnəm məhəllələrində.
Yəni onların məşğuliyyəti budur. “Cənnət əhli də gözəl bir məşğuliyyət içindədir” deyir Allah ayədə. Onlar da pis bir məşğuliyyət içindələr. Çətinlikdən bir-birləriylə məşğul olurlar cəhənnəmdə. O, ona dedi-qodu edir; o, onun sözünü aparıb gətirir; o, ona hücum edir, döyüşür. Bütün həyatı elə keçmiş olur. Ölmək də istəmirlər bunlar. Soruşsan ki, “ölmək istəyirsənmi?” deyə; “ölmək istəmirəm” deyir. Allahı qəbul edirmi? Etmir. Amma bir qismi; “bizi göndər Allahım, çox mükəmməl olacağıq” deyir. O zənn edir ki, geri getdiyində imtahandakı o mühit qalxacaq. O şərtlərdə gedəcəyini zənn edir. Halbuki unutdurulub göndərilər o. Allah; “Getsə də yenə eyni şeyləri edərlər” deyir. Çünki o cəhənnəmə getsə, axirətə getsə, Allah yenidən dünyaya göndərsə; yuxusunda gördüyü kimi qəbul etsə adam, yuxusunda kabus görmüş kimi qalxsa; “nə qədər qorxunc bir kabus gördüm” deyir. Eyni azğınlığıyla davam edər, daha şiddətli azğınlığıyla davam edər. İmtina etmir. “Onlar yalançıdır” deyir Allah.