Cənab Adnan Oktarın 17 dekabr 2012-ci ildəki söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: “Yaraşıqlı, gözəllər gözəli, seyid hocam, bu ayəni açıqlaya bilərsinizmi inşaAllah” deyir. Bəqərə surəsi, 62-ci ayə. Şeytandan Allaha sığınıram. “Şübhəsiz, inananlarla” müsəlmanlarla, “yəhudilər, xristianlar və sabilərdən hər bir qrupun öz şəriətində Allaha və axirət gününə inanan və saleh əməllər işləyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxuya uğramayacaqlar və qəmli də olmayacaqlar” deyə hökm edilmişdir. Həqiqi yəhudilər, yəni təhrif edilməmiş şəkildə Tövrata tabe olsa, Cənnətə girər. Həqiqi xristian da amma Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul edəcək, inşaAllah. O çox böyük bir zülm olar. Sabilər, çox azdır indi sabilər. Hz. İbrahim (ə.s)-ın dininə uyanlar sabilər. Çox-çox az Suriyada var, biz tanış olduq sabilərlə. Çox bənzəyir islamiyyətə dinləri. Öz kitabları var, gizli kitabları var. Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etməmək çox böyük zülm olar. Qəbul edəcək, təhrif edilməmiş şəkildə öz kitabına itaət edərsə, tamamdır inşaAllah, amma Peyğəmbər (s.ə.v)-in peyğəmbərliyini qəbul etməsi lazımdır. Onsuz da ayədə deyir; “zəkatı verib, namazı etmələri şərtiylə” deyir Allah. Peyğəmbər (s.ə.v)-i qəbul edir. Onsuz da namazı qılacaq; yəhudi də olsa, xristian da olsa namazı qılacaq. Zəkat vermək şərtiylə, tamamdır, inşaAllah.
Müsəlman desə ki, mən hz. Musa (ə.s)-a inanmıram, haşa; bütün peyğəmbərləri qəbul etmirsə, dini qalmaz. Məsələn, bir xristian, “mən hz. Nuh (ə.s)-a inanmıram” desə, bitdi; dini qalmaz. Gizli kitabları, biz məsələn, istədik vermirlər. Xeyli bənzəyirlər. Sarıqlılar. Ağ sarıq istifadə edirlər. Ağ paltar geyirlər sabilər.