Cənab Adnan Oktarın 19 dekabr 2012 tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar açıqlamaları.
ADNAN OKTAR: 129-cu ayədə deyir ki, Allah; “Zalımların bir qismini digər qisminə rəhbər edərik” çox maraqlıdır.Ənam surəsi 123-“Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər” deyir.
Mütləq Allah ayağına dolayır, xəbəri yoxdur. O, müsəlmanın əleyhinə ediləcəyini zənn edir, halbuki, müsəlmanın şöhrəti artır, gücü artır. Allah onlara bəla olaraq deyir ki, Ənam sürəsi 124-cü ayədə-“Günahkarlar, qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər”
Alçaldacağam deyir Allah, həm əzab verəcəyəm, həm də alçaldacağam deyir. Həqiqətən, həmişə alçaldılırlar, diqqət etsəniz. Ənam surəsi 111-“Əgər Biz onlara mələkləri göndərsəydik” necə ki, deyirlər“hz. Mehdi (ə.s)-a mələk gəlsin görək, elə inanarıq”. Halbuki, mələk gəlsə də inanmazlar. “Onlarla ölülər danışsaydı və hər şeyi qarşılarına toplasaydıq, Allahın dilədiyi xaricində yenə iman gətirməzdilər”.
Yəni küfür elə bir azğın olur ki, ölü danışması, möcüzələr olması, heç bir şey fərq etmir, yenə inanmır, “ancaq onların çoxu cahillik edirlər, beləcə hər peyğəmbərə insan və cin şeytanlardan bir düşmən etdik”. Hz Mehdi (ə.s)-la da elədir, 30-un üzərində dəccal mübarizə aparar, cin düşmənlərdə vardır hz. Mehdi (ə.s)-la mübarizə apararlar. “Onlardan bəzisi bəzisini aldatmaq üçün cəfəng sözlər pıçıldayarlar”.
Yəni müsəlmanların əleyhinə cəfəng böhtanlar, orada burada bunlar elədilər, belədilər, belə azğındılar, belə səhv yoldadırlar, bir-birlərilə dedi-qodu edirlər, mənfi tiplərdir, məsələn, feysbukda qiraətxanalarda, küçələrdə orada burada edərlər. “Onlardan bəzisi bəzisini aldatmaq üçün cəfəng sözlər pıçıldayarlar”.
Müsəlmanların əleyhinə gizli-gizli danışırlar. “Rəbbin diləsəydi bunu etməzdilər”- Allah demək istəyir ki, onu da Mən yaradıram, onu da edə bilməzdilər deyir. “Belə isə onları yalan olaraq qurduqlarıyla baş-başa buraxın”. İstədikləri kimi danışsınlar, istədikləri kimi böhtan atsınlar deyir Allah.
Hz. Mehdi (ə.s)-a da böhtan atacaqlar, hər cür sözlər deyəcəklər. Allah deyir ki, mən yaradıram, narahat olmayın, inşaAllah. Allah deyir ki; “bir də axirətə inanmayanların ürəkləri onlara meyil etsin”, yəni əxlaqsız dələduz dəstəni, imansızlar, din əleyhdarları, onların fitnəçi dəstəni, onların içindəki soysuz olanlar, qanı çirkli olanlar, “ürəkləri ona meyil etsin də, ona görə bu cəfəng sözləri xoşlasınlar”.
Necə ki, müsəlmanlar əleyhində bir şey deyildiyində, adam çox maraqlanır, əleyhində olduğu üçün, bundan xoşlansınlar deyə xüsusilə yaradıram deyir Allah. “…Və yüklənməkdə olduqlarını yüklənsinlər”- getdikcə günahları artsın. Müsəlmanların savabları artsın, onların da günahları artsın.
Məsələn, “qardaşlarımızın, əleyhinə yazı yazmışlar, əhvalım pozuldu” deyirlər, Allah, onu Mən yaradaram və mütləq lehinizədir, heç bir şey edə bilməzlər, sizin savabınız artar, onların günahları artar deyir. Peyğəmbərimiz (s.ə.v); “Allahdan başqa bir hakimmi axtarım” deyir. Yəni Qurandan başqasınamı əsaslansın?
Adam Quranın xaricində nə varsa, onu eşitmək istəyir, yəni Qurandan eşitmək istəmir. “Allahdan başqa bir hakimi axtarım”- Qurandan başqa. “Halbuki, O, sizə kitabı açıqlanmış olaraq endirmişdir. “Allah Quranı göndərir, Kitabı açıqlanmış olaraq, gizli də deyil. Necə ki, deyirlər Quranın açıqlanması lazımdır, Allah onsuz da, açıqlanmış olaraq endirildi deyir.
“Kitab verdiklərimiz, bunu, həqiqətən, Rəbbindən haqq olaraq endirilmiş olduğunu bilməkdədirlər”. Yəni yəhudi və xristianlar, əslində Quranın haqq olduğunu bilərlər əslində, hər kəs bilər. “Bu halda əsla şübhəyə düşənlərdən olma”- bəzən insanlar niyə xristianlar, yəhudilər iman etmir, o, bu iman etmir deyirlər, əslində inanırlar deyir Allah, əsla şübhəyə qapılmayın deyir. “Rəbbinin sözü” Quran “düzgünlük baxımından da, ədalət baxımından da tamamlanmışdır” Bitmişdir. Hamısı tamamlanmışdır deyir Allah, düzgünlük baxımından tamdır, əksiklik yoxdur, ədalət baxımından da tamamlanmışdır.
“Onun” Quranın “sözlərini dəyişdirə biləcək kimsə yoxdur, O işlərini biləndir”- Quranın dəyişməyəcəyini buradan anlayırıq. “Yer üzündə olanların əksəriyyətinə itaət etsən” -necə ki deyir, məhəllə yoldaşlarım, və b. elə olmaz çoxluğa tabe olmayacaqsan, Qurana tabe olacaqsan, “səni Allah yolundan azdırarlar”. “Bu qədər adam yalanmı söyləyir” deyir. Söyləyər, söyləyə bilər. Adamı sən Qurana dəvət edirsən, “bu qədər adam səhvmi söyləyir” deyir? Söyləyər, ola bilər, sən Qurana bax.
“Onlar ancaq zənnə uyarlar” -zənn nə demək? Uydurma xurafatlardır, “və onlar ancaq zənn və təxmin edərək yalan danışarlar”. Tam qatı dinçi insanları izah edən bir açıqlamadır. Ənam surəsi 104-cü ayə, şeytandan Allaha sığınıram-“həqiqət budur ki, sizə Rəbbinizdən bəsirətlər gəlmişdir, kim bəsirətləri görsə, öz lehinə, kim də kor olsa”, yəni dəccallıq etsə, görmək istəməsə “öz əleyhinədir. Mən sizin üzərinizə bir nəzarətçi deyiləm”.