Header

Maidə surəsi, 56-57, 64-cü ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 19 dekabr 2012-ci il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Maidə surəsi 56-cı ayə, şeytandan Allaha sığınıram-

“Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa” deməli, Allahı çox sevəcəyik, Peyğəmbəri çox sevəcəyik və müsəlmanları çox sevəcəyik, dost sayacağıq, vəli edəcəyik, “heç şübhə yoxdur, qalib gələnlər Allah tərəfdarlarıdır”. Çox mənalıdır: “qalib gələnlər Allah tərəfdarlarıdır. “Hizbullah”dır, Allah hizbidir, yəni hz. Mehdi (ə.s)-ın tələbələridir. Şəddəsiz; 2007, şəddəli; 2055. Dünya hakimiyyətinin ən önəmli illəri, ən kəskin, dəqiq illəridir. Biri 2007-hücum ili, digəri nəticələnmə, tam nəticələnmə ilidir, maşaAllah.

“Ey iman edənlər, sizdən əvvəl kitab verilənlərdən” -xristian və yəhudilərdən, “dininizi lağ və oyun-oyuncaq edənləri”- yaxşı, dinimizi lağ və oyun mövzusu etmirsə, dost oluruq, amma dinimizi lağ və oyun mövzusu edirsə, dost olmuruq, “və kafirləri dost-vəli etməyin”. Yəni özünüzə rəhbər etməyin, onların hakimiyyəti altına girməyin, onlara itaət etməyin. “Əgər inanırsınızsa, Allahdan qorxub çəkinin”- Maidə surəsi 56, 1956-cı ilə baxması ilə də mənalıdır. “Heç şübhə yoxdur, qalib gələnlər Allah tərəfdarlarıdır. “Baxın “heç şübhə yoxdur” deyir, Allah, qəti deyir. Allah tərəfdarları, Hizbullah, hz. Mehdi (ə.s) tələbələri, mütləq qalib gələcək. Şəddəsiz-2007, şəddəli- 2055, çox dəqiqdir, maşaAllah.

64-cü ayədə- “Yəhudilər: “Allahın əli möhkəmdir” dedilər. Onların əlləri bağlandı və söylədiklərinə götə lənətləndilər”. Zənn edirlər ki, bu ayə bütün yəhudilərə xitab edir. Elə deyil. Bu, onu deyənlər üçündür. “Allahın əli möhkəmdir” dedilər. Onların əlləri bağlandı”. Yəni xəsis oldular, “və söylədiklərinə görə lənətləndilər”. Deməli, bunu söyləyən yəhudilər olmuşdur. Allah olduğunu söyləyir. Allahın əli möhkəmdir deyən yəhudilər olmuşdur. Bu söylədiklərinə görə lənətlənirlər, amma deyənlərdir. Əllərini də bağlayır Allah. “Xeyir; Onun iki əli açıqdır, necə diləsə infaq edər. And olsun, Rəbbindən sənə endirilənə, onlardan çoxunun azğınlıqlarını və inkarlarını artıracaq”. Vəhyi eşitdikcə daha qudurub, daha şiddətlənir.

Quran kifayətdir dediyimizdə, xurafatçılara da eynisini söylədiyimizdə havalanırlar. “Biz də, onların arasına qiyamət gününə qədər düşmənlik və kin saldıq”. Həqiqətən xurafatçılar, qatı dinçilər, çox kinli və nifrət dolu insanlardır. Baxın “düşmənlik və kin saldıq.

Onlar nə vaxt döyüş məqsədiylə bir atəş alovlandırdılarsa”, yəni fitnə çıxarmağa çalışsalar, terror anarxiya etməyə, bölgələr arası döyüş salmağa çalışsalar, “Allah onu söndürmüşdür. Yer üzündə təxribat törətməyə çalışarlar. Allah isə təxribatçıları sevməz”. Təbii ki, ayələrlə əsas mənayla yəhudilərin içərisində belə tiplərin olduğuna işarə etmiş olur eyni zamanda. Həqiqətən, həmişə belə tiplər çıxar, döyüş çıxartmağa, döyüşə, anarxiyaya uyğun, amma döyüşə qarşı olan yəhudilər də daha çoxdur. Məsih tərəfdarları daha çoxdur Yəhudilərin içərisində döyüşçü və dəccal tərəfdarı yəhudilər də vardır.

images

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313