Hörmətli Adnan Oktarın 9 yanvar 2013-cü ildəki söhbətindən İslam Birliyi ilə əlaqədar ayələrin şərhləri.
ADNAN OKTAR: Hucurat surəsi 10-cu ayə. Gülgün hocam, buyurun.
GÜLGÜN XANIM: Qovulmuş şeytandan Allaha sığınıram. “Möminlər ancaq qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin və Allahdan qorxub çəkinin. Ümid edilər ki, əsirgənəsiniz”. Hucurat surəsi, 10.
ADNAN OKTAR: Arasını deyərkən, məsələn, Suriya ilə aramız necə düzələr? Birləşincə. İraqla? Birləşincə. Pakistanla? Birləşincə. Deməli, müsəlmanlar birləşəcəklər. Ayrılıq varsa, o ayrılıq aradan qaldırılacaq, düzəldiləcək. Baxın, “arasını” deyir. Və “düzəldin” deyir. Əyrilik varsa, qopuqluq varsa, əlaqə qopuqluğu varsa, onu düzəldirsən, birləşdirirsən, qardaş kimi olursan.
Ənfal surəsi 46.
BƏRİL XANIM: “Allah və Rəsuluna itaət edin və bir-birinizlə çəkişməyin. Qorxub zəifləyər, gücünüz gedər. Səbir edin. Şübhəsiz, Allah səbir edənlərlə bərabərdir”.
ADNAN OKTAR: “Allah və Rəsuluna itaət edin.” Necə itaət edəcəyik? Qurana itaət edəcəyik. Qurana uyğun gəldiyimizdə onsuz da İslam Birliyinin fərz olduğunu görürük. “Bir-birinizlə çəkişməyin”. Yəni məzhəblərə ayrılıb, camaata ayrılıb, bir-birinizlə uğraşmayın. Bir-birinizlə didişməyin, bir-birinizin əleyhinə danışmayın, bir-birinizi sevin” deyir Allah. Əksini etsəniz, baxın birləşmiş bir şey ayrılınca nə olur? Ayrılıq deyilmi? Ayrılıqdır. O zaman birliyiniz gedər, deyir Allah. Birliyiniz gedər, ayrılarsınız. Ayrılıq birləşmiş bir şeyin ayrılmasıdır. “Ayrılarsınız” deyir.
“Və zəifləyərsiniz”. Təslimiyyətçi ruh inkişaf edər o zaman. Elə bir şey olmaz. Müsəlman əsla zəifləməz. Allah deyir ki: “Gücünüz gedər”. Bölünsən gücün gedər, parça-parça olarsan. Birləşsən, İslam Birliyi olsa, qeyri-adi bir gücə qovuşarsan, Allahın diləməsiylə. “Səbir edin” deyir Allah-Təala. Yəni zəifləyərsiniz, iradəli olun, ağlınızı istifadə edin, səbirli olun, müqavimətli olun, qərarlı olun. “Şübhəsiz, Allah səbir edənlərlə bərabərdir. “Əgər səbir etsəniz, ittifaqda qərarlı olsanız, mən sizə müvəffəqiyyət bəxş edərəm deyir. Allahın səbir edənlərlə birlikdə olması nə deməkdir? İslam Birliyinin olması, dünya hakimiyyəti deməkdir. Nur surəsi 55-ci ayənin həyata keçməsi deməkdir.
Səff surəsi, 4-cü ayə. Şeytandan Allaha sığınıram; “Şübhəsiz, Allah Öz yolunda, sanki bir-birlərinə birləşmiş bir bina kimi saf-saf düzülüb mübarizə aparanları sevər”.
ADNAN OKTAR: Necə olmalıyıq? Birləşmiş olaraq, bir-birinə tam bağlanmış şəkildə. Müsəlmanların halı parça-parçadır, camaat parça-parça, qruplar parça-parça, partiyalar var, dərnəklər var, o buna qarşı, bu ona qarşı, o ona qarşıdır. Halbuki, Allah nə deyir, “Öz yolunda”, yəni Quran yolunda, hər hansı bir yolda deyil. Öz yolunda olmadıqdan sonra o qəbul edilməz. Allah qəbul etmir onu. Bax, “Şübhəsiz” deyir. Allah Öz yolunda, şərt budur, Quran yolunda, Allah yolunda, Öz yolunda, bir-birinə birləşmiş bir bina kimi. Yəni Allah Təala bir mənzil, dəmir-beton, blok, İslam aləmi belə olacaq deyir. Bir mənzil kimi bir bina kimi, dəmir-beton kimi birləşmiş, olacaq deyir. “Saf-saf düzülərək mübarizə aparanları Allah sevər” deyir Allah-Təala.
Ali İmran surəsi, 103-cü ayə.
DİDƏM XANIM: “Qovulmuş Şeytandan Rəbbim Sənə sığınıram; “Hamınız Allahın ipinə möhkəm sarılın. Dağılıb ayrılmayın. Və Allahın sizin üzərinizdəki nemətini xatırlayın. Siz düşmənlər idiniz. O, ürəklərinizi birləşdirdi və siz, Onun nemətiylə qardaşlar olaraq səhərlədiniz. Yenə siz tam atəş çuxurunun sahilində ikən, oradan sizi qurtardı. Ümid edilər ki, hidayətə çatarsınız deyə, Allah, sizə ayələrini belə açıqlayar”.
ADNAN OKTAR: MaşaAllah. “Hamınız Allahın ipinə möhkəm sarılın”. Nə? Quran. Necə sarılacağıq?Möhkəm. “Dağılıb ayrılmayın”. Bütöv olaraq dayanın. Müsəlman aləmi necədir? Dağılıblar. Ayrılıq meydana gəlmiş, ayrılıblar. Cənub-Şərqdə deyir ki; “Bizdə ayrılmaq istəyirik”. Allah; “ayrılmayın” deyir. “Allahın üzərinizdəki nemətini xatırlayın”. Nemətləri müsəlman dayanmadan düşünəcək. “O zaman ki, siz düşmənlər idiniz”. Müsəlman aləmi, şiə, sünni bir çox yerdə bir-birlərinə düşmən kimidirlər, döyüşürlər. Camaat bir-birinə düşmən kimidir, aralarında mübarizə var.
“O, ürəklərinizi birləşdirən idi”. İndi olması vacib olan; ürəklərinin arası uzlaşıb, mehdiyyət sayəsində uzlaşıb, “uzlaşma”, yəni ittifaq, uzlaşıb isitdi. O soyuqluq getdi. Soyuqluq gedəcək, mehdiyyətin vəsiləsiylə, inşaAllah. “Onun nemətiylə qardaşlar kimi səhərlədiniz”. İslam Birliyi olduğunda, səhərə birdə baxacağıq ki; hamımız qardaşıq. Səhər qalxdığımızda, bütün İslam aləminin qardaş olduğuna inanacağıq. Axşama hz. Mehdi (ə.s)-a bağlanacağıq, səhərə belə qalxacağıq. Çünki hədisdə bağlanma axşamdır. Axşam. Ayədə də nə deyir; “Səhərlədiniz. Onun nemətiylə qardaşlar olaraq səhərlədiniz”- səhər, İslam Birliyi elan edildiyində, bütün ümmət qardaşlar olaraq səhərləyəcəklər, inşaAllah.
“Yenə siz tam atəş çuxurunun sahilində ikən”, yəni anarxiyanın, terrorun, döyüşlərin içində ikən və bunu yaşayarkən, yaşamaq üzrə ikən, “oradan Allah sizi qurtardı”. Yəni böyük Armagedondan, böyük döyüşlərdən, böyük fəlakətlərdən, mehdiyyət vəsiləsi ilə Allah qurtardı və Allahdan gələcək böyük bəlalardan, böyük zəlzələlərdən qurtardı, hz. Mehdi (ə.s) vəsiləsiylə, inşaAllah. “Umulur ki, hidayətə çatarsınız.” Hidayətə çatmaq nə deməkdir? Mehdi-hidayət eyni sözlərdir, inşaAllah. Eyni kökdən sözlərdir. “Ümid edilər ki, hidayətə çatarsınız”, mehdiyyət vəsiləsiylə bütün ümmət, hidayətə çatacaq, inşaAllah. Mehdi demək, hidayətə çatdıran, hidayətə vəsilə olan deməkdir. “Ümid edilər ki, hidayətə çatarsınız. Allah sizə ayələrini belə açıqlayar” deyir. Nə gözəl açıqlayır, nə gözəl anlayırıq, maşaAllah.
Şura surəsi, 13.
BEYZA XANIM: Şeytandan Allaha sığınıram; “O “dini qoruyun və onda ayrılığa düşməyin” deyə dindən Nuha vəsiyyət etdiyini və sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya vəsiyyət etdiyimizi sizin üçün də teşri” etdi (bir şəriət etdi). Sənin onları çağırdığın şey, müşriklərə ağır gəldi. Allah dilədiyini buna seçər və səmimi olaraq Ona yönələni hidayətə çatdırar”.
ADNAN OKTAR: Baxın, həmişə hidayətə çatdırma vardır, həmişə mehdiyyətə diqqət var, inşaAllah. “O dini qoruyun”. Qurana möhkəm sarılın, qoruyun, dinə dəstək olun. İndi bir çox yerdə din devrilib, yıxılıb. Allah ona dəstək olun deyir. Hər istiqamətiylə, həyata hakim olan hər istiqamətiylə. Dinin hər istiqamətiylə dəstək olun onu deyir, Allah Təala yıxılmasına icazə verməyin, yıxıldısa da ayağa qaldırın, dəstək olun. “Və onda ayrılığa düşməyin” müxtəlif camaata, məzhəblərə, qruplara ayrılıb bir-birinizlə çəkişməyin. Bir-birinizə döyüş elan etməyin, bir-birinizə nifrət etməyin, “deyə dindən Nuha vəsiyyət edin” hz. Nuh (ə.s)-a da vəsiyyət etdim deyir Allah Təala.
“Və sənə vəhy etdiyimizi” Peyğəmbərimiz (s.ə.v)-ə sənə də söylədim deyir, “İbrahimə, Musaya və İsaya vəsiyyət etdiyimizi” Ona da söylədim deyir Allah. Onlara da “İbrahimə, Musaya və İsaya” da, yəni hər üç din mənsublarına da söylədim deyir. Xristian, yəhudi din mənsublarına da söylədim deyir, Allah Təala, müsəlmanlara da söylədim deyir. “Sizin üçün də teşri etdi” sizə də bu hökmü şəriət etdim deyir. “Sənin onları çağırdığın şey” İslam Birliyi, müsəlmanların birləşməsi, birlik bir yerdə olmaq, müşriklərə, xurafatçı dəstəsinə ağır gəldi. Qatı dinçiləri istəmir.
Nə hz. Mehdi (ə.s)-dan, nə hz. İsa Məsih (ə.s)-dan, nə İslam Birliyindən xoşları gələr. Ağır gəldi qürurlarına, hökmranlıqlarına, mənfəətlərinə, qürurlarına, təkəbbürlərinə, çünki bir çoxu ən böyüyü mənimdir deyir. “Müşriklərə ağır gəldi” deyir Allah, qürurlarına. “Allah dilədiyini buna seçər”. Kimi seçir? Hz. Mehdi (ə.s)-ı seçir. Kimi seçir? Hz. İsa Məsih (ə.s)-ı seçir. Kimi seçir? Hz. Mehdi (ə.s) tələbələrini, hz. İsa (ə.s) tələbələrini seçir. “Və içdən Ona yönələni hidayətə çatdırar”. Səmimidirsə “içdən yönəldisə” deyir, səmimidirsə hidayətə çatdırar. Hz. Mehdi (ə.s)-ı vəsilə edər, Quranı vəsilə edər, hidayətə çatdırar, inşaAllah.