Hörmətli Adnan Oktarın 20 fevral 2013-ci il tarixli söhbətindən Qələm surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: “Gözəllər gözəli hocam mənə Qələm surəsi 42, 43 və Ali İmran surəsi 24-cü ayələrini izah edin”-deyir, inşaAllah.
“Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün; onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular”, yəni Allah çox bədbəxt olacaqlarını ifadə edir. “Ayağın açılacağı” deyərkən çılpaq olduqları bildirilir, əlbəttə ki, bu da onları çox rəzil edir. Çılpaqlaşmış, üstlərinə toz hopmuş, çox çirkin və çirkli bir hala düşmüşlər, səcdəyə qapanmaq istəyir, lakin bunu edə bilmirlər. Çünki şikəst olmuşlar. Bir qisminin başı arxasına çevrilmişdir. Yəni, öz kürəyini görəcək vəziyyətə gəlmişdir. Gözləri görmür. Yəni, ayə çaşqın vəziyyətdə olduqlarını və o bədbəxtliklərini bildirir. Yəni, Allah hörmətdən salmış və intiqam almışdır.
Çünki, bütün həyatı boyu haşa Allaha qarşı çıxır, öz ağlına görə çoxbilmişlik edir, özünü üstün görüb danışır, axirətdə də yenə həmin artistlik və arsız rəftarı edə biləcəyini zənn edərkən, Allah onu möhtəşəm bir acizliyə düçar edir. Həmçinin də yekəxanalıq etdiyi adamlar, öz fırıldaqçı dostları, onlar və bunlar da ətrafındadırlar, onlarda bədbəxtdirlər, heç kimin heç kimə kömək edə bilmədiyini və heç kimin heç kimə dost olmadığını görür. Axı əvvəllər dost idin, əvvəllər himayədarlıq edərdin. Mal-dövlətin və şöhrətin də yox olub getmişdir, ünvanın, həmçinin heç bir şeyin də yoxdur, hər tərəfi çılpaqlaşmış, rüsvay olmuş və üst-başı bərbad vəziyyətə düşmüşdür, həmin anda səcdəyə qapanmaq istəyir, lakin bunu da edə bilmir.
Yıxılıb qalxır, yəni bədəni uyğun deyildir. Allah orada burnunu sürtmüş, yəni onu alçaltmışdır. Eqoistliyi və qüruru da yox olub getmişdir. Allah eqoistliyini və qürurunu da, tamamilə yox etmişdir. Məsələn, cəhənnəmdən qaçmağa çalışırlar, Allah da müsəlmanları güldürmək üçün onların rüsvayçılıqlarını göstərir. Məsələn, qaçmağa çalışır, lakin yıxılıb düşür. Bir yerdə deşik tapdığını zənn edir və oradan yıxılıb yerə düşür. Allah: -“müsəlmanlar da oturduqları yerdən”, “coşğuyla onlara gülərlər”-deyir. Davamlı surətdə belə axmaq hərəkətlər edirlər. Halbuki cəhənnəmdən çıxmaları mümkün deyildir, lakin çıxacaqlarını zənn edirlər. Yəni, dünyadakı kimi bir hiyləgərlik edib çıxa biləcəyini zənn edir. Xilas olacağını zənn etdiyi vaxt oradan yıxılıb yerə düşür, guya oradan xilas olmağa çalışır və davamlı olaraq bu cür rüsvayçılığın içində yaşayırlar. Müsəlmanlar da bunların bu hallarını gördükləri üçün çox şiddətli bir şəkildə, belə ki, yırğalanaraq onların halına gülürlər.
Allah möminlərin: -“oturduqları yerdən onlara güldüyünü”-deyir. Allah xüsusilə o cür eqoist insanların rüsvayçılıqlarını göstərir. Əlbəttə ki, eqoist bir insanın o cür rüsvay olması çox gülməlidir. Yəni, normal bir insandansa, o cür insanlar gülmək cəhətdən daha çox təsirli olurlar.