Hörmətli Adnan Oktarın 15 Mart 2013 tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” –dedi. Peyğəmbərimiz (s.ə.v)-in şikayətidir. Quran, xurafatçıların nə qədər azğın və nə qədər güclü olacaqlarına işarə edir. Baxın, Peyğəmbərimiz (s.ə.v)-in  axirətdə bir şikayəti var: Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”. Yəni xurafata yönəldilər, Quranı əsas götürmədilər. Onsuz da hal-hazırda bütün islam aləminin başı xurafatlarla bəladadır. Çəkdikləri əzabların səbəbi də xurafatlar, uydurmalardır.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale