Hörmətli Adnan Oktarın 16 Mart 2013 tarixli söhbətindən Təkasur surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Allah: “Çoxluqla öyünmək başınızı o qədər qatdı ki, özünüzdən keçdiniz” deyir. Allah çoxluqla öyünməyi bəyənmir. Bəzi xurafatçılar: “Bizim sayımız çoxdur” deyərək, bununla öyünür. Halbuki bunun heç bir faydası yoxdur. Məğlub olurlar. “Özünüzdən keçdiniz”, yəni “Özünüzü unutdunuz” deyir. Yəni çoxluq əhəmiyyətli deyil. Allahın razılığı əhəmiyyətlidir. Keyfiyyət əhəmiyyətlidir. “Xeyr; gələcəkdə biləcəksiniz. Yenə xeyr; gələcəkdə biləcəksiniz”. Allah gələcək üçün bizə müjdə verir.