Hörmətli Adnan Oktarın 17 Mart 2013 tarixli söhbətindən Fil surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah filləri nə ilə təsirsiz hala gətirir? Çoxlu sayda quşla. Müsəlmanlar da bir araya gəlsələr, sıx olsalar, fil kimi gücləri ortadan qaldıra bilərlər, təsirsiz hala gətirə bilərlər, inşaAllah. On minlərlə quş, yüzlərlə fil ilə mübarizə apardılar. Quşlar kiçik olsalar da çox təsirli idilər. Həm gücləri az idi, həm də atdıqları daş kiçik idi, amma buna baxmayaraq filləri məhv etdilər, çünki birlikdən güc doğar, Quran ona işarə edir. Yəni birlikdə olsanız, böyük güc sahibi olarsınız, inşaAllah.