Hörmətli Adnan Oktarın 17 Mart 2013 tarixli söhbətindən Kövsər surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: MaşaAllah. Şeytandan Allaha sığınıram. Allah Təala: “Həqiqətən, Biz sənə Kövsəri verdik”-deyir. Əbcədi 1453-cü il tarixini, həm İstanbulun fəthi, həm də dünya hakimiyyətinin tarixini verir. Yəni 1453-cü il, iki cəhətdən də. Həm hicri təqvimə görə, dünya hakimiyyətinin tarixini, miladi təqvimə görə isə, İstanbulun fəth olunma tarixini verir, inşaAllah. “Rəbbin üçün namaz qıl və qurban kəs”. Deməli, Allah, namazı və qurbanı mübarək buyurmuşdur. Bəzi kəslər qurban kəsməyə qarşı çıxırlar. “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. Hz. Mehdi (ə.s)-a ədavət bəsləyənlərin, Peyğəmbərimiz (s.ə.v)-in soyunun müvəffəqiyyətini görərək necə hala gələcəyini görəcəyik, inşaAllah.