Hörmətli Adnan Oktarın 17 Mart 2013 tarixli söhbətindən Əsr surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. Allah: “1- And olsun axşam çağına!”-deyir. 2-”Həqiqətən, insan ziyandadır”. Allah bütün insanların ziyanda olduğunu deyir. 3-”Yalnız iman edən”. Bax, iman etsə rahat olar. İkinci, səmimi işlər görəcək, səmimi olacaq, “və bir-birinə haqqı tövsiyə edəcək”. Yəni Quranı, İslamı, İslam Birliyini, mehdiyyəti, hz. İsa Məsih (ə.s)-ın enişini, gözəlliyi, sülhü, döyüşlərə qarşı olmağı, haqq olan hər şeyi tövsiyə edəcək. Baxın, bir-birinə haqqı tövsiyə edəndən sonra, səbri tövsiyə etmək lazımdır. İslam Birliyi niyə hələ də olmadı, niyə əziyyət çəkirik deməməli, niyə bu çətinliklər var deməməli, səbir etməliyik. Çünki səbrin sonunda cənnət var, Allahın razılığını qazanmaq var. Səbir olmadan olmaz. “Mən səbir edə bilmirəm” deyir. Bu halda itirdin, səbir yoxdursa itirdin, “səmimi ola bilmirəm” deyir, bu halda itirdin, “haqqı tövsiyə edə bilmirəm” deyir, bu halda da itirərsən. Allah nə deyir? “Onda ziyandasınız” deyir, and içir. Belə insan mütləq ziyanda olar. Bütün dünya ziyandadır. İqtisadi böhran, iztirablar, əzablar yaşayırlar, narahatdırlar. Çünki iman etmirlər, etsələr də səmimi etmirlər. Bir-birinə haqqı tövsiyə etmir və səbirli olmurlar. Allah: “Onda itirərsiniz” deyir. Çox asan, aydın, gözəl olan bu hökmləri tərk etdikdə, bəla yağış kimi yağar.