Hörmətli Adnan Oktarın 18 Mart 2013 tarixli söhbətindən Maun surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Maun surəsi, 4-6-cı ayələrində buyurur: “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarında səhvə yol verirlər. Onlar göstəriş edirlər”. Bu xurafatçıları necə də dəqiq təsvir edən bir ayədir. Bax, Allah: “Göstəriş edirlər” deyir. “Vay halına o namaz qılanların ki, Onlar öz namazlarında səhvə yol verirlər. Onlar göstəriş edirlər”. Çünki öz azğın fikirləriylə səhv şeylər edirlər. Xurafatçıların əsas xüsusiyyəti nədir? Göstəriş etmələridir. Göstəriş etməyi çox sevirlər.