Hörmətli Adnan Oktarın 4 aprel 2013-cü il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Möminlər bir-birlərinə qarşı çox sevgi bəsləyirlər, bax, Tövbə surəsi, 100-cü ayədə belə deyilir. Şeytandan Allaha sığınıram. “Önə keçən mühacirlər”-deyilir. Hicrət etmiş, içlərində əvvəlki yəhudilərdən olan müsəlmanlar vardır. Xristian olan müsəlmanlar da var, yəni xristian ikən müsəlman olmuşdur. Yəhudi ikən müsəlman olmuşdur. İranlılar da, köhnə atəşpərəstlər də müsəlman olmuşlar. “Önə keçən mühacirlər” hicrət edirlər.  Hara hicrət edirlər? “Ənsara” hicrət edir, müsəlmanlar onları qonaq qəbul edir, evinə çağırır, bir qardaş kimi yeməyini, içməyini və evlərini bölüşürlər. “Ənsar ilə onlara gözəlliklə uyanlar”, gözəllik deyir, Allah nə deyir? Gözəllik. Allahın həmişə istədiyi şey budur. “gözəlliklə uyanlar”, belə ki, uymaq demir, “gözəlliklə uymaq”-deyir. “Allah onlardan razıdır”. Bax, gərəkli olan iki mövzu sevmək və gözəllikdir. Allah bunun əvəzində məmnun olar. Həm Allahı, həm də Allahın sevdiyini sevəcəksən. “Onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır”. Hal-hazırda Cənnət hazırdır, yəni yenidən yaradılmayacaq, artıq hazırdır. “Bu, böyük uğurdur” (Tövbə surəsi, 100). Allah: -“bununla xilas olar və xoşbəxt olarsınız”-deyir.

kurani-kerim