Hörmətli Adnan Oktarın 22 yanvar 2013-cü il tarixli söhbətindən Tövrat və İncillə əlaqədar ayələrin şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınaram. Bəqərə surəsi, 136-cı ayədə “Deyinki” deyir Allah, “Biz Allaha; bizə endirilənə, İbrahim, İshaq, Yəqub və nəvələrinə endirilənə, Musa və İsaya verilənlə peyğəmbərlərə Rəbbindən verilənə iman etdik”. Burada kitablardan bəhs edilir. Sən deyirsən ki; “Tövrat və İncil yoxdur”. “Var” deyir Allah və “nurdur” deyir Tövrat üçün. Olmayan bir şey üçün söyləmir ki, Allah.

“Ona içində hidayət və nur olan”.  İçində nə var? Hidayət; Mehdilik. Hidayət; Mehdilik. “Hidayət və nur olan, önündəki Tövratı təsdiqləyən”. “Önündəki”, yəni var, mövcuddur. Peyğəmbərimiz (s.ə.v)-ə söyləyir bunu; “önündəki”, “yanında dayanan” deyir. “Tövratı təsdiqləyən” təsdiq edən. “Yalanlayan” demir bax; “təsdiqləyən”. Çünki Quranın hökmüylə eynidir, razıdır. Səhv yerlərini onsuz da Quran qaldırır. “Təsdiqləyən və müttəqilər üçün yol göstərici və nəsihət olan İncili verdik”. Nədir? “Müttəqilər üçün”. Kimlər üçün? “Müttəqilər üçün yol göstərici” yol, “və nəsihət olan İncili verdik”. Allah; “sizin üçün bir gözəllik” deyir, Tövrat və İncil üçün.

“Bundan əvvəldə, bir rəhbər (imam) və bir rəhmət olaraq Musanın kitabı var”. Olmayan bir şeydən bəhs etmir ki, Quran. “Bir müjdə olmaqla (özündən əvvəlki kitabları) təsdiqləyici”. Quranın xüsusiyyəti; özündən əvvəlki kitabları təsdiqləyir. “Doğru, var” deyir Allah.

Məsələn, xurafatçıların, qatı dinçilərin səhv sözləri olur; biz nə edirik? Quranla deyirik ki; “elə bir şey yoxdur”, açıqlayırıq. HəmçininTövratda da. Anormal bir hökm olduğunda biz nə deyirik? “Quranda belə bir şey yoxdur.” Açıqlayırıq. “Hamısı səhvdir” demirik. Və yaxud bizə deyirlər ki; “bir Quran gətirdik sizə”. “Tamam, baxaq”. Baxırıq; pozmuşlar, dəyişdirmişlər. Deyirik; “Mən Quranın əslini sənə oxuyum. Bu ayələri yox. Bunu azaltmısan, bunlar səhvdir” deyirik. İstiqamətləndiririk. Məsələn, Eyyub Yüksəlin nəşr etdiyi Quranda iki ayə əksikdir, iki ayə yoxdur. Biz deyirik; “açın Quranı, baxın. Burada iki ayə əskikdir”. Quranla təsdiqləyirik. Nə olur o Quran? Yenə etibarlıdır. Yalnız əksik qismini istiqamətləndirmiş oluruq. Səhv olan yerləri varsa düzəltmiş oluruq. Vardır məsələn təfsirdə, şərhdə səhv varsa; onuda yenə Quranla düzəldərik.

1