Hörmətli Adnan Oktarın 23 yanvar 2013-cü ildəki söhbətindən Vaqiə surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Vaqiə surəsi, 10-cu ayə-“yarışıb önə keçənlərdən, önə keçmiş qabaqcıllardır”. Dünyada bir təqva yarışı var, hal-hazırda biz o yarışın içindəyik. Dəccaliyyət olduğunda, maneəli qaçış kimi olur. Daha çox savab qazanırsan. Maneələr nə qədər çoxdursa, qaçışdakı dərəcə o qədər yüksəlir. Maneə olmasa düz qaçsan, dərəcən də düşər. Maneə nə qədər çoxdursa, o qədər savab qazanırsan.
11-ci ayə:”Bax onlar yaxınlaşdırılmış (yaxın) olanlardır”. Allaha daha yaxın olanlardır deyir Allah, Allahın daha sevdikləridir.
12-ci ayə:“Allah Nəim cənnətlər içində, süslənmiş deyir. Yəni təmin edilmiş kimi deyir cənnət, hər yeri təchiz edilib.
13-cü ayə:“Bir çoxu keçmiş (ümmət) lərdən,
14-cü ayə:“Bir az da sonrakılardan”. Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) tələbələridir, inşaAllah. “Bir az da sonrakılardan” deyir. Onsuz da 14-Hicri 1400-ə də baxır, yəni 14-cü ayə.
15-ci ayə:“Diqqətlə işlənmiş ləl-cəvahirat taxtlar üstündədirlər”. Təkamüllə yaradılır bu cənnət taxtları? Baxın, “diqqətlə işlənmiş” deyir. Kresloları milyonlarla təfərrüatla işlənmiş olur. Qoltuq hissələri, incə-incə gözəl daşlar, tək-tək bəzənmiş, möhtəşəm görünüşlü oturacaqlardır. Nə deyir ayədə; Diqqətlə işlənmiş ləl-cəvahiratlı taxtlar üstündədirlər. “Ləl-cəvahiratlı taxt, hər yeri diqqətlə işlənmiş, üstündə milyonlarla incəlik var.
16-cı ayə“Qarşılıqlı söykənmişlər”. Belə qarşılıqlı, söykənərək. Söykənməyi cənnətdə niyə sevirik? Cənnətdə yorulmaq yoxdur. İstəsək ayaq üstə kreslosuz da dayanarıq. Yəni eynilə oturmuş kimi dayanarıq kreslo olmadan, istədiyimizdə, havada da dayanırıq. Dirsəklənməyi bu dünyada çox sevdiyimiz üçün alışdığımız üçün, onu cənnətdə həmişə istəyəcəyik. Sonsuza qədər unutmuruq. O yorğunluğa alışdığımız üçün, mütləq kürəyimiz söykənəcək, yorğunluqla bir əlaqəsi yoxdur normalda, dünyada biz onu öyrənirik. Ona görə cənnətdə sevirik, yoxsa biz onsuz da ayaq üstə dayanmaqdan yorulmarıq. Ayaq üstə milyon il dayana bilərik, heç bir şey olmaz, davamlı gəzə bilərik. Amma oturma nemət olduğu üçün dünyada, mütləq kresloda oturmaq istəyirik, instinkt olaraq insan, mütləq döşəkdə olacaq, döşəyə uzanmaq xoşuna gəlir. Çünki yorğunluğu dünyada dadmışıq, döşəyə uzanmağı dadmışıq, döşək bizim üçün əhəmiyyətli bir nemət olduğu üçün, mütləq onu istəyirik, o şəkildə istəyəcəyik. Yoxsa cənnətdə istəsən taxtda oturmuş kimi havada otura bilərsən, milyonlarla il istəsən havada dayanarsan. Tamamilə sənin istəyinə bağlıdır.