Müşriklərin matəm anlayışı
Ölüm hadisəsi baş verərkən günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq bir cahillik adətidir. Müsəlmanlar üçün ölüm dünyadakı imtahanın sona çatması, həqiqi yurd olan axirətə keçid və hər şeydən əhəmiyyətlisi ən sevimli olan Rəbbimizə qovuşmaqdır. Bu səbəblə, müsəlmanlar bir kimsənin ölüm zamanı matəm tutmazlar. Tam tərsinə, sevdiklərinin Allaha qovuşmasından ötəri sevinər, “inşaAllah Rəbbim ondan razı olmuşdur” deyə dua edərlər. Matəm, qədərdəki hikməti qavraya bilməyən, qədərə könüldən təslim olmamış, Allahın yaratmasındakı gözəllikləri görə bilməyən, dünyanın keçici olduğunu bilməyən insanların batil bir adətidir.
Buna görə ölüm hadisəsi olduğunda müsəlmanlar bir-birlərinə yas tutmağı tövsiyə etməzlər. Kədərlənməyi tövsiyə etməzlər. Hüznlü olmağı tövsiyə etməzlər. Bədbəxt olmağı tövsiyə etməzlər. Ölüm hadisəsi baş verdiyindəmüsəlmanlar bir-birlərinə səbirli olmağı, Allahın qədərdə təqdir etdiyini sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq demək, haşa Allahın təqdir etdiyi qədərdən razı olmamaq deməkdir. Yas tutmaq demək, haşa Allahın yaratdığına üsyan etmək deməkdir.
“Suriyada, Fələstində, Misirdə insanlar ölərkən siz necə əylənirsiniz?”-deyə düşüncəsini ifadə edən bəzi insanlar da bu həqiqəti unudur. Suriyada, Misirdə, İraqda və dünyanın hər hansı bir yerində yaşanan itkilər, ağrılar qarşısında müsəlmanların yas tutması deyil, bu ağrıların sona çatması üçün səy göstərməsi lazımdır. Qaldı ki, bu tənqidi ifadə edən insanların özləri də dünyadakı bütün bu ağrılara baxmayaraq, toylarda əylənərək, televiziya söhbətlərini gülərək izləyir, seriallarla, filmlərlə yaxşı vaxt keçirirlər.
Mömin üçün ölüm son deyil. Tək həqiqət sevgilisi və dostu olan Allaha qovuşmaqdır. Mömin özü üçün ölümü necə sevinclə qarşılayırsa, sevdiyi bir insanın ölümünü də sevinclə qarşılayar. Ölümlər qarşısında kədərlənmək lazım olduğu inancı isə cahil insanlara aid bir düşüncədir. Allahın gücünü və qüdrətini gərəyi kimi qavramayan insanlar ölümdəki hikmətləri də təqdir edə bilməzlər. Ölümü bir yox olma sandıqlarından kədərlə qarşılayarlar.
Bu səbəblə, cahil cəmiyyətlərdə və xüsusilə köhnə bütpərəst mədəniyyətlərində bir çox batil matəm adəti vardır.
Məsələn, qədim Misirdə bir kimsə öldükdə, ölü evinin qadınları başlarına, üzlərinə palçıq çəkər, paltarlarını bədənlərinə iplə sarıdıqdan sonra çılpaq sinələrinə döyərək gəzərdilər. Buna bənzəyən adətlər aşşurlarda, fars, yunan və romalılarda da vardı. Yəhudilikdə də matəm adətləri arasında paltar yırtmaq, çula sarılmaq, yerə oturmaq, başa kül səpmək, kül üstündə yatmaq, bədəni kəsmək, saç yolmaq, ağlayıb özünü döymək kimi adətlər var. Bəzi mədəniyyətlərdə isə ağlamaq üçün xüsusi insanlar tutulduğu, bu insanların günlərlə ağladığı bilinir.
Məkkəli müşriklərin də ölən bir adamın ardından bənzər şəkildə matəm tutduğu bilinir. Peyğəmbərimiz (s.ə.v.) isə yas tutmağı müsəlmanlara qadağan etmişdir:
İbni Abbas rədiyallahu ənhə izah edir: “Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki: YAS TUTMAQ CAHİLLİK ƏLAMƏTLƏRİNDƏNDİR….”
İbni Ömər rədiyallahu ənhə izah edir: “Rəsulullah əleyhissalatu vəssalam, özü ilə birlikdə YÜKSƏK SƏSLƏ AĞLAYAN BİR QADIN OLAN CƏNAZƏLƏRİ TƏQİB ETMƏYİ QADAĞAN ETDİ. “
Cərir Mövla Müaviyə izah edir: “Hz. Müaviyə rədiyallahu ənh Homsda xalqa xütbə verdi və xütbəsində Rəsulullah əleyhissalatu vəssalamın yas tutmağı (nevh) qadağan etdiyini də xatırlatdı.”
Rəsulullah (s.ə.v)-in oğlu İbrahim vəfat etdiyində çox qısa bir an ağlamış olması isə Peyğəmbərimiz (s.ə.v)-in şəfqətinin və mərhəmətinin təcəllisidir. Peyğəmbərimiz (s.ə.v)-in bu gözəl əxlaqını səhv anlayıb, cahil şəkildə müşrik adətlərini davam etdirmək istəyənlər isə bu vəziyyəti səhv şəkildə tətbiq edirlər.
Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq. (Qəmər surəsi, 49)
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”. (Tövbə surəsi, 51)
Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!. (İnsan surəsi, 30)
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabün surəsi, 11)