Hörmətli Adnan Oktarın 9 aprel 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Allah dinsizliyə, ateizmə qarşı Quranda bizi xəbərdar etmişdir; “Mübarizə edin” deyir Allah. Yəni, “bu gərginliyi, bu həyəcanı davamlı yaşayın” deyir. Allahın əmri. Təbii ki, ateizmə qarşı, marksist düşüncəyə qarşı, Allahı inkar edən darvinist, materialist zehniyyətə qarşı elmi, ağıllı mübarizə verəcəyik. Bölünmə riski sırf Cənub-şərq üçün deyil ki, bütün Türkiyə üçün bu mövzu keçərlidir. Əgər İslam, Quran yaşanmazsa sırf Cənub-şərqi getməz, hər yer gedər. Hər yer məhv olar. Bölünmə deyil, məhv olma təhlükəsi var. Bölünmə təhlükəsi ayrı bir təhlükədir. Bütün olaraq məhv olma təhlükəsi var. Həlak olma təhlükəsi var. Allah, Quranda qövmləri davamlı həlak olmaqla təhdid edir. Quranın harasında açsanız açın. Bismillahirrəhmanirrəhim. Açıram, baxın; şeytandan Allaha sığınıram, Muminun surəsi, Rəhman Rəhim olan Allahın adıyla;
“Möminlər, həqiqətən nicat tapacaqdır; Onlar namazlarında huşu içində olanlardır; “Onlar, “tamamilə boş” şeylərdən üz çevirənlərdir; Onlar, zəkata bağlı (söz və vəzifələrini mütləq) yerinə yetirənlərdir; Və onlar ismətlərini qoruyub; Ancaq zövcələri və ya sağ əllərinin sahib olduqlarına qarşı (ehtirasları) xaric; bu mövzuda qınanmazlar. Lakin kim bundan kənarını axtarsa, artıq onlar həddi aşanlardır. (Yenə) Onlar, əmanətlərinə və əhdlərinə riayət edənlərdir.” Əhd, söz. Biz kimə söz verdik? Allaha söz verdik, Quran oxuyacağımıza dair. Əhd bu. “Onlar, namazlarını da (diqqətlə) qoruyanlardır. ” Beş vaxt namazlarını qılanlar. “Məhz yer üzünün hakimiyyətinə,” İslam Birliyinə, ayə baxır; “məhz yer üzünün hakimiyyətinə və axirətin nemətlərinə varis olacaq onlardır.” “Bunu etsəniz dünya hakimi olarsınız” deyir Allah, Muminun surəsi 10-cu ayədə. “Ki onlar Firdovs (cənnətlərinə) də varis olacaqlar; içində də əbədi olaraq qalacaqlar. And olsun ki, biz insanı, süzmə bir palçıqdan yaratdıq.” “Təkamüllə yaratmadıq “deyir Allah, farfor kimi bir heykəldən. “Sonra onu bir su damlası olaraq, müdafiəsi möhkəm bir qərar yerinə yerləşdirdik” deyir Allah.