Hörmətli Adnan Oktarın 9 aprel 2013-cü il tarixli söhbətindən Həcc surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: “Ey insanlar, (sizə) bir nümunə verildi” deyir Həcc surəsi, 73-cü ayədə. “İndi onu dinləyin. Sizin, Allahdan başqa ibadət etdikləriniz hamısı bunun üçün bir araya yığışsalar belə bir milçək belə yarada bilməzlər. “Bax, təkamülçülərə cavab, deyilmi? “Bir milçək belə yarada bilməz” deyir. “Ağcaqanadın qanadını belə yarada bilməz” deyir Allah. Yarada bilməzlər. “Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər.” “O qədər acizlər” deyir Allah. “İstəyən də aciz, istənilən də.” “Gücsüzsünüz” deyir Allah. “Mən elə yaratdım” deyir. Və “Bir milçək də yarada bilməzsiniz” deyir Allah.
“Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər.” “Allahın sənətini; molekulyar səviyyəsiylə olsun, atomlarda olsun, insanların quruluşunda, xarici aləmdə; Allahın qədrini, sənətini, məlumatını, gücünü haqqıyla təqdir edə bilmədilər ” deyir Allah. “Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibi, əzizdir. Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir. “Elçi nədir? İnsanlardan Mehdilər seçir, Peyğəmbərlər seçir.” O, “Allah” bütün yaranmışların keçmişini və gələcəyini bilir.” Yəni, hər istiqaməti, bütün istiqamətləri bilir. “Bütün işlər axırda Allaha qayıdacaqdır. Ey iman gətirənlər, rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.
Allah adına lazım olduğu kimi cəhd edin. “Cəhd edin. Kimə söyləyir bunu? Bütün dünya müsəlmanlarına söyləyir Allah. Hamısına. “Kollektiv” bax, toplu bir əmr var, “Allah adına lazım olduğu kimi cəhd edin.” Cəhd edin. “O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.” “Asan dindir İslam dini” deyir Allah. “Atanız İbrahimin dinində olduğu kimi.” “Hz. İbrahim (ə.s)-ın dini kimi asandır” deyir Allah. Mehdiyyətin xüsusiyyəti budur məhz. Dini çətin göstərənləri təsirsiz hala gətirib; elmlə, mədəniyyətlə dinin asan olduğunu göstərmək.
Mehdiyyətin vəzifəsi budur. Eyni zamanda, yəni bir vəzifəsi də budur. “O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi “müsəlmanlar ” olaraq adlandırdı.” “Adınız müsəlman” deyir. “Elçi sizin üzərinizə şahid olsun, siz də insanlar üzərinə şahid olasınız deyə. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. “Kitaba sarılın.” Allah sizin ixtiyar sahibinizdir. Məhz, nə gözəl Himayədar, nə gözəl köməkçi.” Burada izah edilənlər nədir? “Müsəlmanlar toplu şəkildə Allah üçün mübarizə edin və Quranın bütün müddəalarına tabe olun!” Deyir Allah. “Bir yerdə olun” deyir. Bunun xaricində həlak var.